Bu 3 dua mütləq həyata keçər

Bu 3 dua mütləq həyata keçər
Qadın və Din
10.09.2017 29
İmam
Sadiq (ə) buyurur: "Üç dua vardır ki, Allah üçün hicabda qalmaz və
mütləq həyata keçər: ata və ananın saleh övladı üçün etdiyi dua,
məzlumun zalımı nifrin etməsi, möminin mömin qardaşı üçün etdiyi dua".
(Tebyan)

Övladların
bu dünyada müvəffəq olmaqlarının ən mühüm açarı - valideynlərinin onlar
haqqında etdiyi xeyir dualarıdır. O zaman ki, valideyn övladı üçün
ürəkdən dua edər, bu dua yeddi qatlı göyə qalxar. Heç bir maneə olmadan
Allaha çatar və Allah onu yerinə yetirər.

Əllamə Məclisinin atasının xatirəsi.

Alimin atası nəql edir: "Səhər çağı gecə namazını bitirəndən sonra
Allahla münacat etdiyim zaman başa düşdüm ki, hansı duanı etsəm, yerinə
yetəcəkdir. Düşündüm ki, hansı duanı edim. Bu zaman Muhəmmədbaqirin
ağlamaq səsi beşiyindən eşidildi. Bu zaman dedim: "Pərvərdigara!
Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına, bu körpəni dininin
təbliğçisi, Peyğəmbər (s) əhkamının naşiri, İmam Zamanın (ə.f)
yardımçılarından qərar ver və bu yolda ona sonsuz tofiqlər nail et!".

Əllamə Məclisinin nə qədər böyük işlər gördüyünü və dinimizə nə qədər
xidmət etdiyini hamımız eşitmişik. Bəli, bu böyük alim atasının duası
ilə dövrünün böyük alimi və İmamın (ə.f) ən yaxın yardımçılarından olur.
Biz valideynlər də övladımız üçün belə xeyir dualar edək ki, bu dualar
mütləq yerinə yetəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!