Vəhy nədir?

Vəhy nədir?
Qadın və Din
10.09.2017 18
1. Vəhyi-müstəqim (birbaşa)

2. Qeyri-müstəqim vəhy

"Vəhyin” ən çox işləndiyi yer haqqında, yəni peyğəmbərlərə olunan
vəhy barəsində danışacağıq. "Vəhy” və bu mənada olan sözlər Quranda
peyğəmbərlərin barəsində 70-ə yaxın yerdə istifadə olunmuşdur. Bu kəlmə
başqa yerlərdə çox az işlədilibdir. Buna əsasən də Əllamə Təbatəbai
(rahmətullahi ələyh) buyurur: "Dini ədəbə görə gərək "vəhy” kəlməsini
ənbiyadan başqa yerlərdə işlətməyək”.

Vəhy – başqa bir aləmlə (qeyb aləmi) rabitə olduğuna görə adi
insanlar üçün adi yollarla mümkün deyil. "Vəhy” – bir növ asimani (qeyri
maddi) danışıqdır. Hiss və fikir yolu ilə dərk olunmur. Bəlkə, başqa
bir dərk və şuurdur ki, Allahın istəyi ilə bəzi adamlarda vücuda gəlir
və qeybi dəsturlar (hiss və əqlin dəxaləti olmadan) ilahi təlimlərin
vasitəsi ilə həmən adamlara çatdırılır.

Başqa bir ibarətlə vəhyi belə tərif etmək yaxşı olardı: "Vəhyin
həqiqəti təkcə peyğəmbərlərə məlumdur. Ona görə ki, ancaq onlar vəhyin
müxatəbi olublar. Vəhy bir növ asimani təkəllümdür (danışıq – red.). Onu
hiss və əql yolu ilə dərk etmək mümkün deyildir və xüsusi şuur tələb
edir. Bu da Allahın iradəsi ilə seçilmiş adamlarda olur. Onlar da qeybi
bəyənatları hüzuri elm* ilə əldə edir, ona uyğun olaraq vəzifələrinə
əməl edir.

Peyğəmbərlərin zamanında Allahçılıqda, həqiqətlə, bəşərin şərafət
və ləyaqəti ilə, insanların ali qanunlara tabe olub, o qanunlar vasitəsi
ilə şərəflənməyi ilə müxalif olub, həmişə bəşəriyyəti cəhalət
zülmətində, rəzalətdə saxlamaq istəyənlər vəhyin dediyimiz kimi ağır bir
məfhum olduğunu dərk edə bilməyib cürbəcür bəhanələr gətirirdilər.
Həzrət Peyğəmbərə (s) cünun, sehrbaz adı qoymaqla, ya "əgər Allah
istəsəydi mələk nazil edərdi” deməklə camaatı bu həqiqətdən
uzaqlaşdırırdılar.

Bu gün, modern bir cahiliyyət dövründə o vaxtda olan müşrik və
kafirlərin həqiqətin qarşısında çıxartdıqları aldadıcı, çirkin
fikirlərin təsirdən düşdüyü bir gündə, modern müşriklər yeni-yeni çirkin
fikirlər yürüdürlər ki, o zamanda olan həqiqət müxaliflərinin yolunu
davam etdirsinlər. İnsanları ali qanunlardan, vəhy şərbətindən binəsib
edib müasir cəhalət zəncirlərinə bağlasınlar. Əlbətdə bu barədə geniş
söhbəti yazımızın sonunda qeyd etməyi nəzərdə tutmuşuq. Amma, yeri
gəlmişkən bu məqsədimizi nəzərə çatdırmaq yaxşı olar.

Qayıdaq mövzumuza. Allah ilə peyğəmbərlər arasında olan qeybi
rabitə ki, ona "vəhy” deyilir, üç yol ilə mümkündür. Buna Quran ayəsi
dəlalət edir: "Hec bir bəşərlə Allah-Təala vəhy yolundan, ya hicab
arxasindan ünsiyyət və ya elçi göndərmək yolundan başqa bir yolla söhbət
etməyib”. (Şura-51).

و ما كان لبشر ان يكلمه الله الا وحيا او من ورا ئ حجاب او يرسل رسولا فيحى باذنه ما يشاء

Bu ayədə insanla Allahın rabitəsinin üç yolla olduğu bildirilir.
Birinci, vəhy - vasitəsiz və müstəqim bir rabitə, ikincisi hicab
arxasından, üçüncüsü isə, elçi ki, burada hər iki yerdə mələk vasitədir.

Başqa bir sözlə desək, üç qism vəhy aşağıdakılardan ibarətdir:

1. Allah-Təala ilə xəlq arasında vasitəsiz olaraq vücuda gələn rabitə,

2. Hicab arxasından eşidilən söhbət. Necə ki, həzrəti Musa dağda o səsi eşidərdi,

3. Allah tərəfindən mələk nazil olub bəşərə ilahi danışığı çatdırır.

Vəhyi-müstəqim (birbaşa vəhy)

Vəhyin ən çətin növü birbaşa olan vəhydir. Bu vaxt peyğəmbər (s)
bütün vücudu ilə vasitə olmadan "məbdə” ilə əlaqəyə girirdi. Bu işin nə
dərəcədə çətin olması bizim üçün çətin dərk olunan bir məsələdir. Amma
Quran ayələrinin və islam hədislərinin verdiyi açıqlamalarla bu məsələ
bir az yüngülləşir.

Həzrət Peyğəmbər (s)-in fövqəladə və quvvətli bir ruhiyyəyə malik
olmasına baxmayaraq, o həzrətin bu vəhyi çətinliklə qəbul etməsi
"müstəqim vəhyin” çətin və əzəmətli olduğunu göstərir.

Əminül-İslam Təbərisi "Müzəmmil” surəsinin 5-ci ayəsinin təfsirində
Haris ibni Hişamın vasitəsilə Həzrət Peyğəmbər (s)-dən bir hədis nəql
edibdir. Həzrət Peyğəmbər (s) Hişamın "vəhy sizə necə nazil olur?”
sualının cavabında buyurur: "Bəzən zəng səsi kimi nazil olur. Bu vəhyin
ən ağır növüdür ki, mənə nazil olur. Mən çox yoruluram. Ona qulaq
asarkən əzbərləyirəm”.

Abdullah ibni Ömər deyir: Peyğəmbərdən (s) vəhyi necə hiss
etməyindən soruşdum. O Həzrət (s) cavabında buyurur: "Zəng səsləri
eşidirəm. Bu vaxt sakit qalıram. Hər dəfə bu formada vəhy qəbul edəndə
az qalır canım vücudumdam xaric olsun."

Ayişədən nəql olunur: çox soyuq bir gündə o Həzrətə (s) vəhy nazil
oldu. Vəhy tamam olandan sonra o Həzrətin (s) alnından tər axırdı.

Bəzi tarix kitablarında başqa halətlər də nəql ediblər: Vəhydən
sonra soyuq su ilə yuyunardı, rəngi qızarar, ya göyərərdi. Bəzən o qədər
ağır olardı ki, Həzrətin (s) mindiyi heyvan hərəkət edə bilməzdi. Bəzən
də baş ağrısına düçar olardı.

Bu deyilənləri "Müzəmmil” surəsinin 5-ci ayəsi də təsdiq edir: "Həqiqətən biz tezliklə sənə ağır bir danışıq çatdıracağıq”.

انا سنلقى عليك قولا ثقيلا

Qeyri-müstəqim vəhy

"Şüəra” surəsinin 192 – 194-cü ayələrində Allah-Təala buyurur:
"Həqiqətən bu (Quran) aləmlərin Rəbbinin vəhyidir. Onu Ruhul-Əmin sənin
ürəyinə nazil edibdir ki, nəsihət edənlərdən olasan.

نزل به الروح الامين وانه لتنزيل رب العالمين

Bu ayədə ürəkdən məqsəd insani nəfsdir ki, idraka malikdir və
insanın bütün hiss və iradəsi ona bağlıdır. Ayə bununla (qəlb kəlməsini
işlətməklə) zahiri qüdrətin vəhyi almaqda dəxalətinin olmadığını
bildirir.

Başqa bir sözlə desək Həzrət Peyğəmbər (s), bütün vücudu ilə bu
vəhyi qəbul etmişdir. Əgər belə olmasaydı, yəni zahiri əzaların vəhyi
almaqda dəxaləti olsaydı, onda peyğəmbər olmayanlar da vəhyi ala
bilərdilər.

Vasitəli vəhydə (qeyri-müstəqim vəhy) Cabrail bəzən bəşər surətində
Peyğəmbərə (s) nazil olurdu. İmam Sadiq (ə)-dan bu barədə olan bir
hədisdə belə nəql olunur: "Cəbrail Peyğəmbərin (s) hüzuruna gələndə
bəndələr kimi əyləşərdi və icazəsiz daxil olmazdı”.

كان جبرئيل اذا اتى النبى قعد بين يديه قعدة العبد و كان لا يدخل حتى يستاذنه

Bu hədis Həzrət Peyğəmbər (s)-in Cabrail qarşısında əzəmətini
göstərir. Buna görə də bu forma vəhy almaq Həzrət Peyğəmbərə (s) çətin
bir iş deyildi.

Bəzən də Cabrail Peyğəmbərə (s) Dəhyət ibni Xəlifə Kəlbinin surətində nazil olurdu.

Bəzi ayələrdən məlum olur ki, Cəbrailin "əmini-vəhy” olmasına
baxmayaraq ayə nazil olan zaman, o, bir dəstə mələyin vasitəsi ilə
müşayət olunardı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!