Allahım! Bu duamızı sənə çatan dualardan et!

Allahım! Bu duamızı sənə çatan dualardan et!
Qadın və Din
10.09.2017 9
Su
hovuz içində məhbus kimidir. Lakin külək onu əmər yuxarı çəkər. Çünki
su da külək kimi dörd ünsürdən biridir. külək o suyu yavaş-yavaş götürüb
mədəninə qədər aparar. Onu həbsdən qurtarar. Sən bu halı, bu gedişi, bu
tükənməni görə bilməzsən. Bizim alıb-verdiyimiz bu nəfəslər də bizim
canlarımızı sanki onun kimi yavaş-yavaş dünya həbsxanasından oğurlayıb
aparar. Candan, könüldən söylənən gözəl sözlər, dualar, niyazlar,
yalvarışlar Haqqa doğru yüksələr, Haqdan başqa heç kimin bilmədiyi bir
yerə qədər çatar. 



Təmizlənmiş və arınmış olan nəfəslərimiz, xoş sözlərimiz ucalar,
ucalar, bizdən hədiyyə olaraq ölümsüzlük, sonsuzluq aləminə çatar. Sonra
sözlərimizin, niyazlarımızın savabı Allahın rəhmət əsəri olaraq qat-qat
çoxalaraq bizə qayıdar. Sonra da qul əldə etdikləeinə bənzər savabı
yenidən əldə etsin deyə Allah bizə yenə onlara bənzər sözlər söylədər.
Beləcə davamlı olaraq gözəl sözlər o biri aləmlərə yüksələr. Əvəzində
rəhmət enər. Bu iki hal səndə, sənin varlığında daimi olaraq qalar.



Mövlana Cəlaləddin Rumiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!