Namaz qılmayıb, onu tərk edən mənim ümmətimdən sayılmaz

Namaz qılmayıb, onu tərk edən mənim ümmətimdən sayılmaz
Qadın və Din
10.09.2017 32
Allah -Təala Müddəsir surəsinin 40-43cü ayələrində buyurur:"Onlar
cənnətlərdədilər bir- birindən soruşacaqlar günahkarlar barəsində(və
sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər)Sizi
Səqərə(Cəhənnəmə) salan nədir? Onlar deyəcəklər;Biz namaz qılanlardan
deyildik." Şəni uca olan peyğəmbərimiz insanı düşündürməyə vadar edən gözəl
hədislərdən birində buyurub: "Hər kim namaz qilmayan və
ya namazı qılıb sonra tərk edən şəxsin üzünə gülsə elə bil ki,yeddi dəfə
beytül-məmuru dağıdıb və Allaha yaxın olan mələklərdən və mürsəl
peyğəmbərlərdən min nəfərini qətlə yetirmiş kimidir".Allaha  bu işdən
pənah aparırıq! Peyğəmbərimiz başqa bir hədisində
namazı tərk etməyin haram olması barədə buyurur; "Namaz qılmayıb onu tərk edən mənim ümmətimdən sayılmaz".Rəvayət olunur ki,
bir nəfər peyğəmbərin yanına gəlib, çətin dolanmağından və kasıblıqdan
şikayət edir.Peyğəmbər onu dinləyəndən sonra soruşdu;Məgər namaz
qılmırsan?Dedi:Ya Rəsuləllah beş vaxt namazda sənə iqtida
edirəm.Peyğəmbər soruşdu;Bəlkə oruc tutmursan? Ərz etdi:  Bir ilin üç
ayını oruc tuturam.Ola bilsin, Allahın hər hansı vacibatını yerinə
yetirməyib, haram buyurduğunu isə yerinə yetirimisen və ya hansısa günah
iş görmüsən deyə peyğəmbər buyurdu.

Bu dəfə də kişi dedi: Ya
Rəsuləllah, bildiyimdən, bacardığımdan haram işlər məndən sadir olmayıb.Həzrət  heyrətdə qalıb, mübarək başını aşağı salıb
fikrə getdi.Nagahan cənab Cəbrail nazil oldu.Ərz etdi:Ya Rəsuləllah
Allah-Təala sənə salam göndərir və buyururki bu şəxsin qonşuluğunda bir
bağ var.Həmin bağda quş yuvasında namazını tərk etmiş bir şəxsin sümüyü
var.O sümük sahibinin bədbəxtliyindəndir ki bu kişini  fəqirlik əhatə
edib.Əziz peyğəmbərimiz Cəbraildən eşitdiklərini kişiyə danışdı.Həmin
şəxs bağa gedib quş yuvasındakı sümüyü götürüb yaşadığı ərazidən
uzaqlaşdırıb tulladı və elə o gündən onun güzəranı yaxşılaşdı. Həzrət peyğəmbərimiz başqa bir hədisində buyurur:"Hər kim
namazını bir rəkətini belə qəsdən tərk etsə cəhənnəm atəşində səksən il
qalar."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!