Mövlanədən ibrətamiz misal

Mövlanədən ibrətamiz misal
Qadın və Din
10.09.2017 30
Xoş o şəxsin halına ki, yetgin ağlı var...



Xurafat,
qondarma və düz olmayan mətləbləri düz və səhih mövzulardan ayırmaq
barədə Mövlanə Cəlaləddin Ruminin bir gözəl, hikmətli, əlbəttə bir az da
pərdəsiz bir misalı vardır ki, onu nəql edirik:



Mövlanə
deyir ki, itin qabağına bir tikə yemək atanda, çarəsiz, onu birbaşa
yemir. Əvvəlcə onu iyləyərək öz zövqünə uyğun və zərərli olub-olmamasını
yoxlayır.

İnsan
da bir məsələni eşitdiyi zaman onu ağlın-düşüncənin gücü ilə iyləməli,
ağıl saflığından keçirməli, ağıla və şəriətə uyğun olub-olmamasını
müəyyən etməli, "onun həqiqəti varmı və ya yoxmu" deyə düşünməlidir.



İtə bir tikəni atsalar əgər,

Əvvəlcə iyləyər sonradan yeyər.

İt burunla iylər, insan ağılla,

Saf-çürük eyləyər insan ağılla.



Ustad Həsənzadə Amulilin dili ilə desək, "İlahi! Birinin güclü yaddaşı var, digərinin güclü həzm etməyi (yeməyi)! Xoş o şəxsin halına ki, yetgin ağlı var!".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!