Əməllərimiz

Əməllərimiz
Qadın və Din
10.09.2017 10
Mərhum Əllamə Məclisi din və məzhəbə çox böyük xidmətlər göstərmiş şəxsiyyətdir.

Alimin vəfatından sonra yaxınlarından biri onu yuxuda görüb soruşur ki, köməyinizə hansı əməl çatdı?

Əllamə Məclisi belə cavab verir: "Əməllərimin heç biri gözlədiyim
nəticəni vermədi. Sorğu zamanı mə'lum oldu ki, bütün əməllərim
nöqsanlıdır.

Amma bir iş karıma gəldi. Bir gün əlimdə alma
küçədən keçərkən qucağında körpə uşaq bir qadınla üz–üzə gəldim. Qadın
mənim bərabərimə çatanda uşaq əlini almaya uzatdı.

Ana dərhal uşağının əlindən tutub çəkdi. Mən uşağı sevindirmək üçün almanı ona verdim.

Bir ömür gördüyüm işlər arasında yalnız bu iş xalis çıxdı. Bu işə görə
aldığım savab bütün savabları üstələdi. Yazdığım kitabların nöqsanı bu
oldu ki, kitabların üstündə adım yazılmışdı.

Bu adı görənlər
ünvanıma tə'rif yağdırmışdılar. Amma doğrudan da almanı uşağa verəndə
yalnız Allaha xatir onun qəlbini sevindirmək istəmişdim".

Bəli,
Allah qarşısında ən qiymətli şey ixlas, saf niyyətdir. Allah öz
bəndələrini riyakar, saxtakar görmək istəmir. Allah yalnız saf niyyətli
əməlləri qəbul edir və yarı Ona, yarı başqasına görə olan əməldə öz
payını qaytarır. Allah əməlin böyük–kiçikliyinə yox, hansı niyyətlə
yerinə yetirildiyinə baxır. Əməlin ruhu niyyətdir. İnsan heç zaman öz
ibadətləri və digər saleh işləri ilə öyünməməlidir. Çünki bu əməllərdə
gizli riya olarsa, nəticədə əlimiz boş qala bilər!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!