Kəramət nədir?

Kəramət nədir?
Qadın və Din
10.09.2017 5
Kəramət – bəzi
Allah dostlarında, arif və alimlərdə müşahidə olunan qeyri-adi,
möcüzəyə bənzər əməllərə deyilir. Allaha ardıcıl ibadətin, səmimi
itaətin, bəzən isə xüsusi təmrinlərin və zikrlərin nəticəsi olaraq bəzi
övliyalara Allah tərəfindən kəramət qabiliyyəti verilir. Kəramət möcüzə qədər təsirli və ardıcıl deyil,
daha dar çərçivəyə maikdir, bəzən nadir hallarda baş verir, insanların
tələbindən və ya övliyanın öz istəyindən asılı olmaya da bilər.
Övliyaların heç də hamısı mütləq kəramət göstərmək məcburiyyətində də
deyillər. Bir çox hallarda hətta
övliyaların özləri təvazökarlıq üzündən öz kəramətləri haqqında xəbər
verməmiş, bunu gizli saxlamışlar. Gələcəkdən, hətta öz ölüm vaxtından
xəbər vermək, xəstələri sağaltmaq, fikirləri oxumaq, teyyi-ərz etmək (bir an içində çox uzaq məsafəyə səfər etmək), müstəcab olan dualar etmək kəramətin ən çox rast gəlinən növləridir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!