İblisin çox sadəlövh birisi olduğu görünür

İblisin çox sadəlövh birisi olduğu görünür
Qadın və Din
10.09.2017 21
Adəmlə Həvvanın bizdən çoxlu üstünlükləri vardı, ancaq onların
körpəlikdə diş çıxararkən çəkdiyimiz ağrılara tuş gəlməməkdə bəxtləri
daha çox gətirmişdi.



* * *



Adamla Həvva danışmağa çətinliklə söz tapmalı idilər: axı onların kiminsə arxasınca danışmaq imkanları yox idi.



* * *



İlanı yemək qadağan olunsaydı, Adəm onu da yeyəcəkdi.



* * *



Adəmın bəxti gətirmişdi! Birdən o itiağıllılıq eləsəydi, haçansa kiminsə etdiyi zarafatı təkrarlamadğına arxayın ola bilərdi.



* * *



Bizə yaxşılıq eləmiş Adəmə minnətdar olmalıyıq. O, bekarlıq "xoşbəxtliyini" əlimizdən alıb bizi,"lənətə gəlmiş" əməyə qatlaşmağa sürükləmişdi.



* * *



Mən indi Həvva ilə bağlı düşüncələrimdə yanıldığımı anlayıram:
yaxşısı, cənnətdən qıraqda onunla yaşamaqdır, nəinki cənnətdə onsuz
qalmaq.



BİBLİYA HAQQINDA



Bibliyanı oxuyanda Tanrının hər şeyi bildiyinə deyil, onun bunca biliksiz olmasına görə təəcüblənirsən.



* * *



Tanrı yaradıcılıqla məşğul olduğu sonuncu gün, yorulub əldən düşəndə, insanı yaratmışdı.



* * *



Tanrı dünyanı yaradandan sonra öz gördüyü işdən razı qaldığını
demişdi. Mən də özümün yaratdığım birinci əsərimdən beləcə razı
qalmışdım.



Ancaq zaman belə tələSöyüş Söymə qənaətlərin yanlış olduğunu üzə
çıxarır. Mənə elə gəlir, indi o da öz yaradıcılığına, mənim birinci
yaratdığım "Avamlar yad ölkədə" əsərimi bəyənmədiyim kimi yanaşır. Fakt
göz önündədir: mənim də, onun da yaradıcılığımızda çoxlu bişməmiş yerlər
var.



* * *



Çox vaxt, mənə elə gəlir, ümüumdünya daşqını olanda Nuh öz komandası
ilə birgə gecikib gəmiyə minə bilməsəydi, daha yaxşı olardı.



* * *



Dünyanın başlanğıcında yaşasaydım, Qabili mühakimə eləməzdən öncə,
onun Habili nə üçün öldürməsi ilə bağlı qonşuların nə dediklərini
öyrənərdim.



* * *



Bibliyada yazıldığına görə, Mafusail 969 il yaşamışdı. Siz, istəkli
oğlanlar və qızlar, on il sonra Mafusailin bütün ömrü boyu gördüyündən
daha çox şeylər görəcəksiniz.



* * *



Başqa heç bir kitabın satışından Bibliya qədər qazanc götürmək olmur,
düzdür, ondan başqa da, ədəbsiz... daha doğrusunu desək, başqa
ədəbsizlik yayan kitablar da, yaxşı qazanc gətirir. 



* * *



İndiyədək də, mənim uşaqlıq və gənclik illərimin yaxşı keçməsi
qayğısına qalmalı olan insanlara acığım soyumamışdır: onlar məni
ağılsızlıqdan çəkindirmək yerinə, nəinki mənə Bibliyanı oxumağa icazə
vermiş, hətta özləri bilərəkdən, məni on beş yaşımadək onu başdan ayağa
oxumağa məcbur eləmişlər. Ömründə bircə dəfə də olsa Bibliyanı oxudunsa,
ömrünün sonuna kimi heç cür günahkar düşüncələrdən qurtula bilmirsən.



* * *



Bibliyanın qoca tanrısı çox gözüaçıq bir işbaz olmuşdur. Söz gəlib
nəğd gümüşə çatan kimi, o, rəsmi danışıqlarla bağlı yanşamağını saxlayır
(möminlikdən, yüksək duyğulardan, ürəyiyumşaqlıqdan danışmaq onun üçün
dəyərini itirir) və əsas işə keçir. Gümüş cingiltisi və qazancı
hesablamaq Bibliyanın ana xəttidir.



* * *



Hətta İncildə deyilənlərdən də İblisin çox sadəlövh birisi olduğu
görünür. O, İsanı uca bir dağın başına gətirir, özünə boyun əyərsə ona
bütün dünyanı bir mülk olaraq bağışlayacağını vəd eləyir.



Birincisi, İsa Məsih Tanrının tək oğlu olduğu üçün dünya onsuz da onun
mülkü idi. İkincisi, İblisin uca bir dağ başından ona göstərə biləcəyi
yerlər bütün dünyanı qapsaya bilməzdi, olsa-olsa Fələstinin bir-neçə
hektar daşlı torpağı ola bilərdi. Belə bir şirnikdirmə ağlabatan
olsaydı, onda böyük neft kompaniyası olan "Standart Oil Company" yiyəsi Rokfelleri də bir qallon (4.5 litrə yaxın) kerosinlə yoldan çıxarmaq olardı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!