Çətin işləri asanlaşdırar: Qəmər surəsinin fəzilətləri

Çətin işləri asanlaşdırar: Qəmər surəsinin fəzilətləri
Qadın və Din
10.09.2017 37
"Qəmər" surəsi - Quranın 54-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 55 ayəsi vardır.

Həzrət
Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: "Hər kim "Qəmər" surəsini
günün ortasında oxuyarsa - Qiyamətə o halda daxil olar ki, üzü on dörd
günlük ay kimi parlayar. Hər kim onu gecə oxuyarsa - daha yaxşıdır və
Qiyamət günü o halda gələr ki, üzü ağlıqdan parlayar". (Tebyan)

İmam Sadiq (ə) bbuyurur: "Hər kim "Qəmər" surəsini oxuyarsa, Allah onu
qəbrindən o halda çıxardar ki, behişt dəvələrindən birinə minmişdir".

Bu surənin bərəkətləri:

1. İnsanların arasında sevimli olmaq. Həzrət Peyğəmbər (s) buyurur:
"Hər kim cümə günü zöhr zamanı "Qəmər" surəsini yazar və onu əmmaməsinin
altında qoyar və ya yanında qərar verərsə - insanların yanında sevimli
və abırlı olar".

2. Çətin işlər asanlaşar. İmam Sadiq (ə) buyurur: "Əgər cümə gününün
zöhründə "Qəmər" surəsini yazsanız və yanınızda qərar versəniz, Allahın
izni ilə çətinlik asanlaşar".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!