Necə edə bilərik ki, əxlaqımız gözəl olsun?

Necə edə bilərik ki, əxlaqımız gözəl olsun?
Qadın və Din
10.09.2017 28
Bütün
peyğəmbərlərin (ə) və İlahi dinlərin əsl hədəfi - əxlaqlı və insani
fəzilətlərə malik olan bir cəmiyyət yaratmaqdır. Bu da onu göstərir ki,
əxlaqi məsələlər həmişə diqqət mərkəzində olmuşdur. 



Ancaq bizim zamanımızda xüsusi əhəmiyyətə malikdir. Çünki bizim zamanımızda fəsad amilləri daha çoxdur. 

Bəs necə edə bilərik ki, əxlaqımız gözəl olsun?



1. Qəflətdən ayılmaq. Bu hədəfə çatmaq üçün ilk edə biləcəyimiz iş -
qəflətdən ayılmaqdır. Bəzi insanlar ancaq heyvani instinktləri ilə
yaşadıqlarına görə bəzi şeyləri görmürlər. Bilmirlər ki, həyatda elə
haqlar vardır ki, gərək onu qəbul edəsən. Elə batillər vardır ki, gərək
ondan əl çəkəsən. Quran bu insanları dördayaqlı heyvanlara bənzədir və
buyurur: "Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar".
("Əraf" 179).



2. Elm və imanı gücləndirmək. İnsan yaşadığı aləmə diqqət etdikdən
sonra onda belə şəkk yaranacaqdır ki, peyğəmbərlərin (ə) buyurduqları
haqdırmı? Bu suala cavab vermək üçün yəqinə çatmaq lazımdır. Bu yolda
insana elm və iman yardım edər. Əlbəttə, elm olmadan imanı əldə etmək
olmaz. Məlum olur ki, elm imanın şərtidir və bu zaman insan belə bir
sual ilə rastlaşır ki, bəs elmi necə öyrənməli? Bu sualın cavabı da
budur ki, elmin açarı - fikir və düşüncədir. Quran ayələri bizə tövsiyə
edir ki, saleh əməl yerinə yetirərək, imanınızı gücləndirə bilərsiniz.
Əgər insanın imanı güclü olarsa, əxlaqı və təqvası da güclü olar. Bu
iman kamil olmalıdır, həm Allaha və Rəsuluna (s) və həm də İmamlara (ə)
iman bəsləməlidir.



3. Ağıldan yardım almaq. İnsan bu mərhələyə çatandan sonra gözəl
sifətləri, Allahı və Kitabı sübut edən ağıldan yardım alaraq
öyrənməlidir. Yaxşını pisdən ayırmağı bacarmalıdır. O şeyi ki, ağıl dərk
etmir, dindən yardım almalıdır.



4. Əməlin nəticələrinə diqqət etmək. Pis və yaxşı işlərin
nəticələri haqqında düşünməliyik. Yaxşı iş görmək üçün ən mühüm meyar -
Allaha və İlahi övliyalara sevgi bəsləməkdir. Qüdsi hədisdə oxuyuruq:
"Ey Musa! Məni xəlqə sevimli et!".

Beləliklə deyə bilərik ki, insan əgər öz mənəvi inkişafına diqqət
göstərsə və İslami bəsirətini gücləndirsə, əxlaqi fəzilətləri əldə edə
biləcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!