Dinsizliyin gətirdiyi bəlalar

Dinsizliyin gətirdiyi bəlalar
Qadın və Din
10.09.2017 9
Dinsizliyin
gətirdiyi bəlalardan qısa olaraq yazmaq istədim. Allaha səmimi iman
gətirən insanlar bütün həyatları boyu Allahın onlara göstərdiyi yola
tabe olurlar. Onun əmrlərinə, hökmlərinə diqqətlə yanaşır, ömürlərini
Rəbbimizin rizasını qazanmaq üçün keçirirlər. Bunun üçün də Allahın
insanlar üçün seçib-bəyəndiyi din olan İslama uyğun yaşayır və Quranı
özlərinə rəhbər tuturlar. Yüksək vicdanlarına görə Allahın onlardan
istədiyi və bir çox ayəsində nümunə göstərdiyi gözəl əxlaqı bütün
həyatlarında əks etdirirlər. Əsla Rəbbimizin hökmlərindən kənara çıxmaz,
qadağalarına etinasız yanaşmazlar.

Lakin,
Allahın varlığını israrla inkar edən, inkar etməsə də, Onun göndərdiyi
dinə təslim olmağı qəbul etməyən bəzi insanlar isə əsla bu gözəl əxlaqa
uyğun yaşamazlar. Quran əxlaqının tələb etdiyi yaxşılıqları heç vaxt
etməzlər. Buna görə, din əxlaqına uyğun yaşamayan insanlar hər cür
əxlaqsızlığı, çirkin hərəkəti qorxmadan, sonunu düşünmədən edirlər.

Allah
qorxusu olmayan insan rahatlıqla yalan söyləyir, oğurluq edir, rüşvət
alır, adam öldürür, özünə qəsd edir, qumar oynayır, insanların
hüquqlarını tapdalayır, ədalətsizlik edir. Bunları ya açıq-aşkar, ya da
özünə görə əsaslandıraraq edir. Qəzəbini boğmur, kinlidir, həsəd aparır,
insanları incidən sözləri rahatlıqla deyir, öz mənfəətlərini hər şeydən
üstün tutur. Bu insanların arasından: "Mən dindar deyiləm, ancaq pis
insan da deyiləm, qəzəblənmirəm də”, – deyənlər çıxa bilər. Ancaq bu
insan gün gələr, onu özündən çıxaran hadisə ilə qarşılaşar, Allaha
təvəkkülü olmadığı üçün qəzəblənər və şəxsinə yaraşdırmadığı hər cür
pisliyi etmək üçün özünə haqq verə bilər. Hətta adam öldürər, arxasınca:
"Buna layiq idi”, – deyə bilər. Bu, Allahdan qoxub-çəkinən insana əsla
xas olmayan nəticədir. Çünki inanclı insan səbirlidir və Allah’ın
qadağan etdiyi şeyi etməz. Buna görə, qəzəbini cilovlayar.

İnancsız
insan: "Mən dinsizəm, ancaq rüşvət almıram, dürüstəm”, – deyə bilər.
Ancaq bu, sadəcə bir iddiadır. Çünki Allahdan qorxub çəkinməyən insan
çətinliyə düşdükdə hər cür pisliyi asanlıqla edir. Məsələn, "uşaqlarımı
oxutmaq üçün rüşvət aldım” kimi özünə görə doğru olan bəhanə uydurur.
Halbuki, dindar insan belə bir şeyi əsla etməz. Allahdan qorxub-çəkinən
insan axirətdə hesabını verə bilməyəcəyi hərəkətdən çəkinər.

Oğurluq
da bu qeyri-səmimi davranışa yaxşı misaldır. Oğurluq kimi cəmiyyətdə
cinayət hesab edilən hərəkət belə bu insanlar arasında bəzi şərtlər
altında normal görünür. Məsələn, otellərdən, kafelərdən götürülən
dəsmal, çəngəl-bıçaq kimi əşyalar oğurluq hesab edilməz. Halbuki, din
əxlaqına görə bu, hər cür halda əxlaqsızlıqdır.

Dinsizliyin
gətirdiyi pis əxlaq, hər şeydən əvvəl, insanların rahatlığını pozur,
qəlblərində böyük sıxıntı əmələ gətirir. Məsələn, həsəd aparan və buna
görə ətrafına pislik edən insanın qəzəbi, çəkdiyi vicdan əzabı və
həsədin qəlbinə mənfi təsiri çox sıxıntı verir. İnsanın həsəd
apardığından çox vaxt qarşı tərəfin heç xəbəri olmaz, olsa da, bundan
zərər görməz. Ona görə, insan həsəd apardıqda ancaq özü vicdan əzabı
çəkir və qəzəblənir. Bu da dinsizliyin insanda meydana gətirdiyi
sıxıntılı əhvaldır.

Dinsizliyin
gətirdiyi pis əxlaq, hər şeydən əvvəl, insanların rahatlığını pozur,
qəlblərində böyük sıxıntı əmələ gətirir. Məsələn, həsəd aparan və buna
görə ətrafına pislik edən insanın qəzəbi, çəkdiyi vicdan əzabı və
həsədin qəlbinə mənfi təsiri çox sıxıntı verir. İnsanın həsəd
apardığından çox vaxt qarşı tərəfin heç xəbəri olmaz, olsa da, bundan
zərər görməz. Ona görə, insan həsəd apardıqda ancaq özü vicdan əzabı
çəkir və qəzəblənir. Bu da dinsizliyin insanda meydana gətirdiyi
sıxıntılı əhvaldır.

Mərhəmət,
sevgi və fədakarlıq üzərində qurulan, Quran əxlaqına əsaslanan ailələr
bir cəmiyyətin gələcəyi və rahatlığı baxımından həyati əhəmiyyət
daşıyır. Ancaq bu dəyərlərin aradan qalxdığı dinsiz mühitdə cəmiyyətin
əsas dirəyi olan ailə pozularsa, millət də pozular. Qurana tabe olmaqla
əldə edilən bu rahat mühiti təmin etmək ancaq insanların Allah inancı və
Allah qorxusu ilə mümkündür. Bunlar qəti, açıq-aşkar həqiqətlərdir.

Elə
isə, dinsilzliyin cəmiyyətin gözəl, insanpərvər duyğularını məhv
etdiyini düşünüb bundan dərs çıxarın və Allah’ın hökmünə təslim olmayan
insanların dünyada da, axirətdə də çətinlik və peşmançılıq içində
yaşayacaqlarına əsla etinasız yanaşmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!