Bitməyən dərdlər deyil, savablardır

Bitməyən dərdlər deyil, savablardır
Qadın və Din
10.09.2017 18
Dünyadakı
heç bir şey mükəmməl deyil. Bunu gözləmək də dogru davranış deyil.
Axtardığımız qüsursuz həyat ancaq axirətdəki həyatdır. Heç vaxt
unutmamalıyıq ki, dünya imtahan yeridir.

Dünya
həyatı imtahan yeri olduğuna görə insan daima sıxıntılar və
çətinliklərlə qarşılaşacaq. Amma bütün bu sıxıntılara üsyanla, kədərlə
deyil, savablar silsiləsi ilə qarşılaşdığını bilərək davranacaq.
Qarşılaşdığımız sıxıntılar xüsusi bir planla xırda detalları ilə
qarşımıza çıxacaq. Və imtahanın vaxtı gələndə o an əmr olunduğumuz yerdə
əmr olunduğumuz şeyləri edəcəyik. Yəni hər bir insan öz qədərini
yaşayacaq. İnsan nə edirsə-etsin, nələrdən qaçırsa-qaçsın, hansı
tədbirləri alırsa-alsın yeri və zamanı gələndə qədərində hansı sözü
demək, hansı addımı atmaq yazılıbsa, onu da edər və etdikləri ilə
imtahan olunar. Elə imtahanın sirri də burdadır. İnsan öz qədərini
yaşayarkən imtahanın tələbi olaraq bütün bunları özü planlayırmış kimi
hiss edər. Əslində hər şey Allah tərəfindən planlanan qədər üzrədir.
Önəmli olan şey vaxtı gələndə insanın necə davranmasıdır. Vicdanına
uyub, təvəkkül edib səbirli olacaq, yoxsa kədərlənərək Allaha üsyan
edəcək?

İnsanın
ən böyük səhvlərindən biri də, belə etməsəydim bunlar olmazdı, evdən
çıxmasaydım bunlar başıma gəlməzdi kimi düşüncələrə qapılmasıdır.
Həyatımızda başımıza gələn hər şey qədərimizdə yazılıdır və bunlardan
qaça bilmərik. Əlbəttə ki, ağılnan, vicdanla Allahın razılığını qazanmaq
üçün lazım olan tədbirləri almalıyıq. Başımıza nə gəlirsə-gəlsin,
Allaha təvəkkül edib, səbirli davranıb, Allaha dua edərək ona
yönəlməliyik.

Bir
insanın imtahanı həyatının sonuna qədər davam edəcək. Yəni 80 il
yaşasa, 80-cı ilin son gününə qədər Allaha qarşı məsuliyyəti davam
edəcək.

Hər
hansı bir sıxıntı, çətinliklə qarşılaşanda səbirli olmağın, təvəkkül
etməyin, Allaha yönələrək dua etməyin zamanıdır deyib, Allahın bizim
savab qazanmağımız üçün yaratdığı o anlarda Qurana uyğun şəkildə hərəkət
etməliyik.

Və bütün bunları nəticəsini axirətdə "Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur" (Nəhl surəsi, 99) ayəsində
bildirildiyi kimi, Allaha təslim olan, Allahı sevən, bütün sıxıntıları
yaradanın Allah olduğunu bilən insanın qarşılaşdığı bu sıxıntıların
əslində bizim sonsuz xoşbəxtliyimiz üçün bir vasitə olduğunu görəcəyik…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!