Kişi ailəsinin evində naməhrəm bir adamı sakin edə yaxud qonaq saxlaya bilər?

Kişi ailəsinin evində naməhrəm bir adamı sakin edə yaxud qonaq saxlaya bilər?
Qadın və Din
10.09.2017 40
Sual: Şəriətə görə kişi zövcəsinin icazəsi olmadan başqa bir adamı
onunla bir dam altında qalması üçün evinə gətirə bilərmi? Bu cür işdə
qadının ərinə razı olması vacibdirmi? Bu məsələ ilə bağlı şəriət hökmü
nədir?



Cavab: Həmd Allaha məxsusdur.

Kişi xanımı üçün onu insanların gözündən örtəcək, onu soyuqdan və
istidən qoruyacaq ayrıca bir evlə (mənzil, yaşayış yeri ilə) təmin
etməlidir ki, burada qadın ona aid xüsusi işlərini heç bir narahatçılıq
olmadan yerinə yetirə bilsin. Kişinin xanımını kiminləsə birlikdə
qalmağa vadar etməyə haqqı yoxdur. Çünki bu cür etmək onun mənafeyinə
ziddir. Belə ki, bu, qadının şəriətlə təmin olunan ayrıca mənzil
hüququna ziddir.



əl-Kəsani, rahiməhullah, demişdir:

"Əgər kişi zövcəsinin günüsü yaxud qayınları, anası yaxud bacısı və
yaxud başqa nikahdan olan qız yaxud başqa bir qohum-əqrəbası ilə
birlikdə yaşamasını istəyirsə və qadın bundan imtina edirsə, bu halda
kişi onun üçün ayrıca mənzil təmin etməlidir. Çünki digərləri ilə qalmaq
qadının əsəbləşməsinə və əziyyət çəkməsinə səbəb ola bilər və qadının
imtina etməsi onun əsəbləşməsinə və əziyyət çəkməsinə işarədir. Bundan
başqa, kişi xanımı ilə istənilən vaxt yaxınlıq etmək imkanına sahib
olmalıdır və onların yanında üçüncü adam olduqda bu mümkün deyil. Əgər
evdə bir neçə otaq varsa və kişi zövcəsi üçün bir otaq ayırıb və qapıya
kilid qoyursa bu barədə alimlər belə demişlər: "(Bu halda) qadının
ərindən ayrıca mənzil (ev) tələb etmək haqqı yoxdur”. [8]



Qadının ayrıca mənzillə təmin olunması hüququ və alimlərin bu
barədə sözlərini bundan öncə artıq izah etmişik. Müvafiq fətvaya baxa
bilərsiniz.



Sual verənin sualda qeyd etdiklərinə gəldikdə bildiririk ki, bu
sualın cavabı sözügedən adamın həmin evdə qalmasına görə dəyişir:



Əgər, məsələn, qonaq evdə müvəqqəti qalırsa bu, kişinin haqqıdır.
Buna qadının etiraz etmək haqqı yoxdur. Burada qoyulan şərt budur ki,
evdə qadın onun yata biləcəyi və öz xüsusi işlərindən əmin ola biləcəyi
və qonağın bunu görməyəcəyi bir yerlə təmin olunmalıdır. Elə isə əcnəbi
(naməhrəm) birinin evdə qalması iki şərtlə icazəlidir:



Qadının yanında əri və məhrəmi olmalıdır.



Bir neçə otaq və kifayət qədər yer olmalıdır ki, əcnəbi (naməhrəm) qadını görməsin.



Şeyx Zəkəriyyə əl-Ənsari özünün əl-Ğurar əl-bəhiyyə fi şərhi bəhcəti vərdiyyə adlı əsərində (4/364) belə deyir:



"Buradan eyni mənzildə və yerdə yaşamaq məsələsi aydın olur. Aydın
olur ki, əgər qadının yanında məhrəmi varsa naməhrəm şəxs onlarla (bir
evdə) qala bilər və eləcə də, evdə bir neçə otaq varsa yaxud bir-birini
görməmələri üçün ev kifayət qədər geniş isə yalnız bu halda (naməhrəm
şəxs) eyni evdə onlarla qala bilər.



Kişinin evinə qonaq qəbul etməsinin icazəli olduğuna dair dəlil
İmam Muslimin Səhih əsərində (2084) Cabir ibn Abdullaha, radiyallahu
anhumə, istinadən rəvayət etdiyi hədisdir. Rəsulullah sallallahu aleyhi
və səlləm belə demişdir: "Bir çarpayı kişinin, biri zövcəsinin, üçüncüsü
qonağın, dördüncüsü isə şeytanındır”.



Bu hədis göstərir ki, kişi evində qonaq qəbul etməsi üçün çarpayı
qoya bilər və bunda bir qəbahət yoxdur. Feydul qadir şərhi cəmi səğir
əsərində (4/424) belə deyilir: "Qonaq üçün çarpayını ev sahibi
hazırlayır. Çünki bu qonağa hörmət və onun haqqını yerinə yetirməkdir.
Çünki özü və ailəsi ilə eyni çarpayıda yata bilməz. Hədis onu ifadə edir
ki, əgər kişi birdən çox çarpayı qoymaq istəyirsə bu halda bunların
sayı ən çox üç olmalı və dördüncüsü lüzumsuzdur və ona görə də, israf
sayılır”.



Müvafiq saylı fətvada izah etmişik ki, özünə birbaşa zərəri
olmadığı müddətcə qadının ərinin qonaq qəbul etməsinə etiraz etmək haqqı
yoxdur.



Yox əgər sözügedən şəxs evdə daimi və uzunmüddətli qonaq qalırsa bu
halda qadının buna etiraz etmək hüququ vardır və kişi xanımını bunu
qəbul etməyə məcbur edə bilməz. Çünki qadın evdə əcnəbinin olmasından
zərər görür və eləcə də, qadının müstəqil məskən (yaşayış yeri, evi)
hüququna ziddir.



Bu məsələ ilə bağlı hökmlərə gəldikdə qonaq yaxud sakin ilə kişinin
zövcəsi arasında xəlvət[1]qəti olmamalıdır və qonaq qalan naməhrəm şəxs
baxışlarını aşağı salmalı və şəriətdə buyurulan digər ədəb-ərkan
qaydalarına riayət etməlidir. Naməhrəmlə xəlvətə dair hökmlər üçün
müvafiq fətvaya baxa bilərsiniz.



Qadının ərinin qonaqlarına xidmət etməsi məsələsinə gəldikdə bu
barədə elm əhli arasında fikir ayrılığı var. Maliki hüquq məktəbinin
ardıcılları və onlarla bir rəydə olanlar belə bir rəy irəli sürürlər ki,
ərinin qonaqlarına xidmət etməsi qadına vacib deyil. Bu, hətta qadının
ərinə xidmət etməsi vacib olduğu hallara da aiddir.



Şeyx Dərdirinin "Şərh əl-Kəbir” əsərində və Dəsuqinin Haşiyəsində (2/511) belə deyilir:



"Əgər qadın ev işlərini görmək qabiliyyətində deyilsə yaxud bunu
bacarırsa və əri kasıbdırsa, bu halda xəmir yoğurmaq, süpürmək, ərinin
(paltarlarını və s.) təmizləmək və yemək bişirmək kimi əsas ev işlərini
görməlidir. Lakin bu qonağa aid deyil”.



Elm əhlindən bir qrupunun rəyinə görə qadın ərinin qonaqlarına
adət-ənənəyə görə xidmət etməlidir. əl-Ayni rahiməhullah demişdir: "Bu
göstərir ki, uşaqlar və qadın ev yiyəsinə vacib olduğu kimi qonaqlara
xidmət etməlidir”.[2]



Racih[3] budur ki, qadın adət-ənənəyə müvafiq olaraq ərinin qonaqlarına xidmət etməlidir.



Şeyx ibn Üseyminə, rahiməhullah, verilən sualda belə deyilir:



Sual: "Kişi Ramazanın bəzi günlərində xanımından tələb edir ki,
qonaqları üçün yemək hazırlasın və bunu edəndə çox yüklənir və həmin
gecələrdə namaza dura bilmir. Əgər bu hal Ramazan ayının əksər
gecələrində davam edərsə bu halda qadının ərinə itaət etməsi vacibdirmi?



Cavab: Vacib olan budur ki, qadın əri ilə və eləcə də kişi xanımı
ilə gözəl keçinməlidir. Allah-Təala buyurur: "Onlarla xoş rəftar
edin”.[4] Belə bir vaxtda və belə bir vəziyyətdə kişinin zövcəsini ona
xidmət göstərməsi üçün tükətməsi xoş rəftardan sayılmır. Lakin ər israr
edərsə bu halda qadının ərinə tabe olması daha məqsədəuyğundur. Əgər
qadın yorğun düşüb qiyama dura bilməzsə və ona çətin olarsa, elə isə
bilsin ki, Allah-Təala ona niyyətinə və istəyinə görə savab yazacaqdır.
Çünki bu qadın qiyamı (gecə namazını) üzrlü bir səbəbdən tərk etmişdir,
yəni ərinə itaətlə bağlı şəriətə görə ona vacib olanları yerinə
yetirmişdir.

Doğrusunu Allah bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!