Alış-veriş və maliyyə sövdələrinin fiqhini öyrənmək vacibdirmi?

Alış-veriş və maliyyə sövdələrinin fiqhini öyrənmək vacibdirmi?
Qadın və Din
10.09.2017 8
Sual: Alış-veriş, maliyyə sövdələrinin fiqhini öyrənmək alqı-satqı
işi ilə məşğul olan əczaçı və əczaçılıq şirkətinin nümayəndələri kimi
hər bir kəsə fərdi olaraq vacibdirmi?



Cavab: Həmd Allaha məxsusdur.



Əgər bir müsəlman onun bu dünyada xəlq olunmasında məqsəd və
qayəsinin Allahın qayda-qanunlarına bağlı qalması və bunlara Allah
Sübhənahu və Təalaya ibadət etmək niyyətilə riayət etdiyini başa
düşərsə, bu halda o Allahın qanunları barədə hökmləri öyrənmək və onun
qarşısında duran vəzifələrin nə olduğunu öyrənməyin vacib olduğunu
həmçinin başa düşəcək. Belə ki, vacibin yerinə yetirilməsi yalnız onunla
mümkün olan hər bir vasitə vacibdir.



Hədisdə bildirilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: "Elm öyrənmək hər bir müsəlmana vacibdir”.[1]



Alimlər bu hədisin mənasının səhih olduğunu bildirmişlər.



İbn Abd əl-Bərr, rahiməhullah, demişdir:

"Hədis barədə müəyyən qədər fikir ayrılığı olmasına baxmayaraq hədisin mənası (alimlərin) rəyinə görə səhihdir”.[2]



Imam Nəvəvi, rahiməhullah, əl-Mənsura (səh.287) əsərində İbn
əl-Qeyyimin Miftah Dar əs-Səədə (1/480)əsərində bildirdiyinə bənzər bir
fikir bildirmişdir.



İbn Abd əl-Bərr həmçinin demişdir:

"Alimlərin yekdil rəyinə görə elmin bəzi şaxələrinə yiyələnmək
fardul ayndır. Hər bir şəxs buna fərdi olaraq yiyələnməlidir. Elmin
digər şaxələri vardır ki, bunlara yiyələnmək fərdul kifayədir.
İnsanlardan bir qismi bunu öyrənərsə digərlərinin üzərindən bu öhdəlik
düşür”.[3]



Alimlərimiz, Allah onlara rəhmət etsin, fərdi olaraq tədrisi vacib
olan elm ilə bağlı açıqlamalar vermiş və hər bir müsəlmanın yiyələnməli
olduğu vaciblik dərəcəsi barədə danışmışlar. Bildirmişlər ki, haram bir
şeyə yol verməmək üçün və yaxud özləri də bilmədən sələmçiliyə
bulaşmamaq üçün bura ticarət işi ilə məşğul olanların satış ilə bağlı
hökmləri öyrənməsi aiddir. Səhabələrdən, Allah onlardann razı olsun,
nəql olunan rəvayətlər bizim bu fikrimizi dəstəkləyir.



Ömər ibn əl-Xəttab, Allah ondan razı olsun, demişdir: "Dini biliklərə yiyələnməyənlər bizim bu bazarda satış etməsinlər”.[4]



Əli ibn Əbi Talib, Allah ondan razı olsun, demişdir: "Kim ticarəti
öyrənmədən ticarətlə məşğul olarsa sələmə bulaşar,sələmə bulaşar”.[5]



İbn Abd əl-Bərr demişdir:

"Hər kəsə öyrənməsi vacib olanlara aiddir: Barəsində cahil, nadan
qalması üzrlü olmayan şeyləri bütün insanların öyrənməsi vacib olan
məsələlər. Bunlara misal olaraq aşağıdakıları sadalamaq olar:



Dillə şəhadət gətirmək və qəlbində Allahın Tək və heç bir şəriki
olmadığına iqrar etmək... Allahın Ad və Sifətlərinin əbədi olduğuna
etiqad etmək, Allahın Əvvəl və Axır olduğuna, Allahın Ərşinə istiva
etdiyinə etiqad etmək;



Muhəmmədin Allahın qulu və rəsulu olduğuna, öldükdən sonra əməllərə
görə mükafatlandırılmaq və yaxud cəzalandırılmaq üçün bütün insanların
diriləcəyinə inanmaq, Quranın Allahın Kəliməsi olduğuna və Quranda
olanların haqq olduğuna şahidlik etmək;



Gündəlik beş namazın vacib olduğunu təsdiq etmək və dəstəmaz və
digər hökmlər kimi namazı icra etmək üçün zəruri olan biliklərə
yiyələnmək;



Ramazan orucunu tutmağın vacib oldğunu təsdiq etmək və orucu pozan
şeyləri və orucu tamamlamaq üçün zəruri olan şeyləri öyrənmək;



Kifayət qədər malı varsa və fiziki baxımdan həcc etmək
qabiliyyətində isə onun üzərinə düşən zəkat növünü və zəkat çıxarmaq
üçün vaxt və nə qədər zəkat çıxarmalı olduğunu öyrənmək; İmkanı varsa
ömründə bir dəfə həcc etmək;



Həmçinin müəyyən məsələlərdə ümumi biliklərə yiyələnmək və
bilmədiyinə görə üzrlü sayılmadığı məsələləri öyrənmək; məsələn, zina və
faizin haram olması, habelə spirtli içkilər, donuz, ölü ətini (leş)
yemək və bütün nəcis şeylər, qəsb etmək, yalnış şahidlik etmək (ifadə
vermək), insanların malın haqsız yerə yemək, zülmün hər bir növünün
haram olması, anası, bacısı yaxud onlarla eyni səviyyədə qeyd
olunanlarla evlənməyin haram olması və bir mömini haqsızca öldürməyin
haram olması;



Bundan başqa Qurani Kərimdə bəhs olunan və ümmətin icma etdiyi bütün digər məsələləri öyrənmək.[6]



əl-Məvsuəh əl-Fiqhiyyə (30/239) əsərində deyilir:

İbn Abidin, əl-Allamidən sitat gətirərək belə deyir:

"Hər bir mükəlləf şəxs, kişi yaxud qadına vacibdir ki, din və
hidayət barədə öyrəndikdən sonra dəstəmaz, qüsl, namaz, oruc, nisab [7]
yetişdikdə zəkat və vacib olan şəxslər üçün həcc barədə öyrənsinlər.



Tacirlər həmçinin ticarətlə bağlı hökmləri öyrənməlidirlər ki, öz
sövdələrində şübhəli və məkruh şeylərə yol verməsinlər; eyni məsələ
müəyyən bir ixtisas sahəsində çalışanlara da şamil edilir.



Hər hansı bir sahədə çalışan hər bir şəxs həmin sahə ilə bağlı hökmləri öyrənməlidir ki, haram şeylərdən çəkinmiş olsun.



İmam Nəvəvi demişdir:

"Satış, nikah və bənzər məsələlərə gəldikdə-belə ki, bunlar
özü-özlüyündə vacib deyil-bunlara dair şərtləri öyrənməmiş bununla
məşğul olmaq haramdır”.



əl-Qəzzali, Allah ona rəhmət etsin, demişdir:

"Əgər bir müsəlman ticarətlə məşğul olursa və həmin yerdə faiz
geniş yayılıbsa bu halda faizdən çəkinmək barədə öyrənməsi vacibdir. Bu
elmə yiyələnmək fərdi ayndır, yəni vacib olunanları necə yerimnə
yetirməyə dair biliklər”.[8]



Əli ibn Həsən ibn Şəqiq, İbn əl-Mübarəkə dedi:

"Bir mömin elmə yiyələnmədən necə keçinə bilər ki? Hansı biliklərə yiyələnməsi vacibdir?



Cavab olaraq dedi: "Elmi olmadan heç bir şey edə bilməz və sual vermədən keçinə bilməz”.[9]



əl-Qəzzali, Allah ona rəhmət etsin, demişdir:

"Hər bir insan gündəlik həyatında öz ibadəti və insanlarla
münasibətlərində mütləq yeni şeylərlə rastlaşır. Odur ki, hər bir şey
barəsində, rastlaşdığı hər bir yeni məsələdə soruşmalıdır və bunlarla
rastlaşmazdan öncə rastlaşacağını gözlədiyi məsələləri öyrənməyə
tələsməlidir”.[10]



Ticarət, alış-verişlə məşğul olan kəslərə nəsihətimiz budur ki,
əqdlərin fiqhi ilə bağlı yazılmış kitablar oxusunlar. Məsələn, Şeyx
Saleh əl-Fəuzanın müəllifi olduğu əl-Mulaxis əl-Fiqhi əsəri və Professor
Abdullah əl-Muslimin və Saleh əl-Savinin birgə müəllifi olduğu Mə lə
yəsu ət-tacir cəhluhu əsəri.



Doğrusunu Allah bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!