Allah bəndəsini qoruyan əməllər (Vəsvəsə və şübhələrdən qorunma)

Allah bəndəsini qoruyan əməllər (Vəsvəsə və şübhələrdən qorunma)
Qadın və Din
10.09.2017 8
Aişə
(r.a) -dən rəvayet olunur ki Allah rəsulu (s.a.v) buyurmuşdur: "Bir
kimsəyə vəsvəsə gəlsə "Mən Allaha və Onun rəsuluma iman gətirdim” desin.
Həqiqətən bu onu vəsəvələrdən qoruyar”. 

آمَنْتُ بِاللهِ وَرَسُولِهِ

/Əməntu bi-Lləhi və rəsulihi/.



(Əhməd, 6/258. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir. Bax "Əs-silsilə əs-səhihə”, 116. )



Əbu Zümeyl rəvayət edirki: "Mən İbn Abbasdan soruşdum: "Mən qəlbimdə
bir şeylər hiss edirəm”. O soruşdu: "Yəni nə?” Mən dedim: "Allaha and
olsunki mən bu haqda danışa bilmirəm”. O soruşdu: "Bu şübhələrdəndirmi?”
Sonra o təbəssüm edərək dedi: "Bundan heç kim azad deyil, axı Uca Allah
Quranda (Öz peyğəmbərinə) demişdir: "Əgər sənə nazil etdiyimizə şübhə
edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah
ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən
gəlmişdir. Şübhə edənlərdən olma!”(Yunus, 94.) ” Sonra İbn Abbas: "Əvvəl
də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!”(əl-Hədid
(Dəmir), 3.) – deyərək əlavə etdi”. 

هُوَ الأَوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

/Huual-Auualü vəl-Axiru və-Zahiru vəl-Batınu və hua bikulli şey in ‘alim/



"Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl
kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən)
soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən
olma!” ayəsi, peyğəmbər (s.s.v) -in ona nazil olunduquna şübhə etməsinə
dəlalət etmir. Xeyr, çünki peyğəmbər (s.av) ən möhkəm etiqada və
yəginliyə malik olan bir qul idi. Bu sözlər Uca Allahın: "(Ya
Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin
birincisi mən olaram!” ayəsinə bənzərdir. Məgər bu ayə Allahın oğlu
olduqunu təsdiq edir?! Əlbəttə ki yox, bu ibrət üçün bir misaldır. Buna
bənzər olaraq Allahın: "Şübhə edənlərdən olma!” kəlmələridə peyğəmbər
(s.a.v) –in şübhə etməsinə dəlalət etmir, çünki bir şeyin qadağan
olunması həmin şeyin mövcud olmasına dəlalət etmir. Bu Allahın: "Allahın
ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər) səni
(onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə
(ibadətə) dəvət et və əsla müşriklərdən olma!” (əl-Qasas, 87.) –
kəlmlərinə bənzərdir, çünki bu qadağa peyğəmbər (s.s.v) –in müşrik
olduquna dəlalət etmir. (Bax "Usul fi at-tafsir”, 33.)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!