Qədr gecəsi

Qədr gecəsi
Qadın və Din
10.09.2017 18
Qədr
gecəsi ilin ən fəzilətli gecəsidir. Allah Quranda buyurur: "Həqiqətən,
Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! (Ya Peyğəmbər!) Sən nə
bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab
cəhətdən) min aydan daha xeyrilidir!”

O gecə qılınan namaz, oxunan Quran, edilən zikr və s. içində Qədr gecəsi olmayan min aylıq əməldən daha xeyirlidir.



Qədr gecəsini axtarmağın müstəhəb olması

Qədr
gecəsini Ramazanın son 10 günündə axtarmaq müstəhəbdir. Peyğəmbər
(s.ə.s) Qədr gecəsini Ramazanın son 10 günündə axtarmışdır. O, (s.ə.s)
Ramazanın son 10 günü gecələri yuxudan durar, zövcələrini oyandırar,
onlardan uzaqlaşaraq özünü ibadətə verərdi.



Hansı gecənin Qədr gecəsi olması?

Alimlər
Qədr gecəsinin hansı gecə olması barədə fərqli fikirlər söyləyirlər.
Bəzilərinin rəyinə əsasən bu Ramazanın 21-ci gündür, bəziləri deyir ki,
bu 23-cü gündür, digərləri deyir ki, bu 25-ci gündür və digərləri isə
hələ də deyir ki, bu 29-cü gündür. Bəziləri isə deyir ki, bu ildən ilə
dəyişir, lakin bu Ramazanın son 10 gecəsi arasındadır. Alimlərin çoxu
bunu Ramazanın 27-ci günündə olduğunu deyirlər.



Əhməd
səhih isnadla İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir:
"Kim ki həmin gecəni axtarmağı xoşlayırsa, onda bunu Ramazanın 27-ci
günü etsin. Ubay ibn Kəb demişdir: "Allaha and olsun ki, bu Ramazan
ayındadır və Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Qədr
gecəsi, Peyğəmbərin (s.ə.s) bizə ibadət etməklə əmr etdiyi Ramazanın
27-ci gecəsidir. Bunun işarəsi isə odur ki, səhər çağı günəş ağ və
şüasız olaraq çıxar". Bu hədis Müslim, Əbu Davud, Əhməd və Tirmizi
tərəfindən rəvayət edilmişdir və bunu səhih saymışdılar.



Qədr gecəsində namaz qılmaq və dua etmək

əl-Buxari
və Müslim Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir:
"Hər kim Qədr gecəsini inanaraq və savabını Allahdan gözləyərək ibadətlə
keçirərsə, keçmiş günahları bağışlanar". 

Aişə
(r.a) demişdir: "Mən Peyğəmbərdən (s.ə.s) soruşdum: "Ya Rəsulullah Qədr
gecəsinin hansı gecə olduğunu bilərsəm bu gecə ərzində nə
söyləməliyəm?" O (s.ə.s) dedi: "De: Ya Allah Sən bağışlayansan və
bağışlamağı sevirsən, məni bağışla". Bu hədis Əhməd, İbn Macə və Tirmizi
tərəfindən rəvayət edilmişdir və bunu səhih saymışdılar.



Seyyid Sabiqin "Fiqh əs-sünnə” kitabından götürülmüşdürскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!