Son ana buraxılan Namaz

Son ana buraxılan Namaz
Qadın və Din
10.09.2017 33
Nənəsinin
sözləri əks-sədalandı qulaqlarında: "Oğlum namaz heç bu vaxta
buraxılarmı?!" Nənəsinin yaşı yetmiş olardı, amma azan oxunduğu vaxt
yerindən sıçrayar, yaşından gözlənilməyəcək bir sürətlə dəstəmazını alar
və namazını qılardı.



Özü isə, nəfsini heç cür məğlub edə bilmirdi. Nə olursa, həmişə...
Namaz son dəqiqələrə qalır, bu səbəblə namazını tələm-tələsik qılardı.
Bunu düşünərək qalxdı yerindən, gözü saata dəydi. Şam azanının
oxunmasına on beş dəqiqə qalmışdı. Başını hər iki istiqamətə peşmanlıqla
yelləyərək, "Yenə gecikdirdim namazı." dedi öz-özünə. Cəld hərəkətlərlə
dəstəmazını aldı və daha əlini üzünü tam qurulamadan özünü otağına
atdı. Məcbur olaraq, sürətli hərəkətlərlə namazı qıldı. Təsbihatını
edərkən nənəsini düşünmədən edə bilmədi."Bu halımı görsə, şirin-sərt
qızardı yenə mənə." dedi. 



Çox sevirdi onu...Hələ elə bir namaz qılışı vardı ki, onu həmişə bir
göy qurşağı heyranlığıyla seyr edərdi. Namazda elə bir duruşu vardı ki,
hicabından rəngdən rəngə girərdi...Duasını edərkən, başını əllərinin
arasına götürüb səcdəyə dayandı. Namazdan sonra bir müddət bu şəkil
təfəkkür etməyi sevərdi. Gözləri bağlanar kimi oldu. "Nə qədər də
yorulmuşam." dedi. Fikrə getdi eləcə...



Qiyamət qopmuşdu...Məhşəri bir izdiham vardı. Hər istiqamət insanlarla
dolu idi. Kimi dona qalmış, hərəkətsiz bir şəkildə ətrafı izləyir; Kimi
sağa sola qaçdırır, kimisi də diz çökmüş, başı əllərinin arasında
gözləyirdi. Ürəyi yerindən atılacaq kimi atır, sanki qəfəsindən xilas
olmağa çalışır, soyuq soyuq tərlər tökürdü. Həyatdaykən qiyamət, sorğu
sual və mizan haqqında çox şey eşitmiş və axirət həyatı adına bu
anlayışlar özü üçün künc daşı olmuşdu. Amma məhşər meydanında ürpərdi,
qorxu və gözləyişin bu cür dəhşət verəcəyini düşünməmişdi.



Hesab və sorğu davam edirdi. Bu vaxt onun adını da oxudular. Heyrətlə
bir sağa, bir sola baxdı. "Mənim adımımı oxudunuz?" dedi dodaqları
titrəyərək...



İzdiham birdən yarılmış, bir yol olmuşdu qarşısında, iki adam qollarına
girdi. Məhşər meydanının vəzifəliləri olduqları müəyyən idi. İzdiham
arasından çaşmış baxışlarla getdi. Mərkəzi bir yerə gəlmişdilər.
Mələklər hər iki yanından uzaqlaşdılar. Başı önündə idi bütün həyatı,
bir film kimi keçirdi gözlərinin qarşısından...



" Şükrlər olsun " dedi, öz-özünə və davam etdi;" Gözlərimi dünyaya
açdım, həmişə xidmət edən insanları gördüm. Atam söhbətlərdən söhbətlərə
qaçır, malını İslam yolunda xərcləyirdi. Anam evə gələn qonaqları
ağırlayır, yemək süfrələrin biri qalxıb , bir yenisi qurulurdu. Mən isə,
həmişə bu yolda oldum. İnsanlara xidmətə çalışdım. Onlara Allahı izah
etdim. Namazımı qıldım. Orucumu tutdum. Fərz olan nə varsa yerinə
yetirdim. Haramlardan qaçındım. "Kirpiklərindən aşağı gözyaşları
tökülərkən, "Rəbbimi sevirəm, heç olmasa sevdiyimi zənn edirəm."
deyirdi. Amma bir tərəfdən də "Onun üçün nə etsəm az, Cənnəti qazanmama
çatmaz." deyə düşünürdü. Tək sığınacağı Allahın rəhməti idi. Hesab
sürdükcə sürdü. Muncuq muncuq tərləyirdi. İslaq olmuş, tir - tir
titrəyirdi...



Gözləri tərəzinin əqrəbindəki nəticəni gözləyirdi. Sonunda hökm
veriləcəkdi. Vəzifəli mələklər əllərində bir kağız, məhşər meydanındakı
kütləyə döndülər. Əvvəl adı oxundu. Artıq ayaqları tutmaz olmuşdu.
Haradasa yıxılıb qalacaqdı. Həyəcandan gözlərini bağlamış, oxunacaq
hökmə qulaq kəsilmişdi. Məhşəri izdihamdan bir uğultu yüksəldi.
Qulaqları səhvmi eşidirdi??? adı Cəhənnəmliklər Siyahısında idi.
Dizlərinin üstünə yığıldı. Heyrətdən dona qalmışdı...



" Olmaaaazzzz " deyə qışqırdı. Sağa sola qaçdırdı. "Mən necə
Cəhənnəmlik olaram? Həyatım boyunca ibadət edən insanlarla birliklə
oldum. Onlarla birlikdə qaçdırdım. Həmişə rəbbimə ibadət
edirdim."deyirdi.



Gözləri sağnaq olmuş, titrək bədənini isladırdı . Vəzifəli iki mələk
qollarından tutdu. Ayaqlarını sürüyərək və izdihamı yararaq alovları
göylərə yüksələn Cəhənnəmə doğru getməyə başladılar. Çırpınırdı. Mədət
yox idimi? Bir kömək edən çıxmayacaq idimi?

Dodaqlarından sözlər qırıq dökük, yalvarmaqla qarışıq töküldü..

"Savablarım... 

Oruclarım...

Oxuduğum Quranlar...

Namazım...

Heç biri məni qurtarmayacaqdı???" deyirdi. 

Qışqıra qışqıra yalvarırdı. Cəhənnəm mələkləri onu sürüməyə davam
etdilər. Alovlara çox yaxınlaşmışlardılar . Başını geriyə çevirdi. Son
çırpınışları idi.

Rəsulullah (s.ə.s.),

"Evinin qarşısında axan bir çay içində gündə beş dəfə yuyunan bir
insanı o çay necə təmizləyər, gündə beş defe namazda insanı günahlardan
elə təmizləyər." buyururdu. 

"Halbuki mənim namazlarımdamı məni qurtarmayacaq?" deyə düşünürdü.



" Namazlarım....Namazlarım....Namazlarım." deyə deyə hıçqırdı.

Vəzifəli mələklər heç dayanmadılar. Getməyə davam etdilər; Cəhənnəm
çuxurunun başına gəldilər. Alovların hərarəti üzünü yandırırdı. Son bir
dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidləri sönmüşdü.
Başını önə əydi. İkiqat oldu. Qollarını sıxan barmaqlar həll edildi.
Cəhənnəm mələklərindən biri onu itələdi. Bədənini birdən birə havada
tapdı. Alovlara doğru düşürdü. Tam bir iki metr düşmüşdü ki, bir əl
qolundan tutdu. Başını qaldırdı. Yuxarıya baxdı. Uzun ağ saqqallı bir
qoca onu düşməkdən qurtarmışdı, özünü yuxarıya çəkdi. Üstündəki ,
başındakı tozu silkələyərək qocanın üzünə baxdı. 

"Sən də kimsən ?" dedi.

Qoca gülümsədi:

" Mən sənin Namazlarınam." 

"Niyə bu qədər gecikdin???

Son anda çatdın???

Az qala düşürdüm!" dedi

Qoca üzünü gərərək, təkrar güldü; Başını yellədi; 

" Sən məni həmişə son anda yetişdirərdin, xatırladınmı? 

Səcdəyə qaldığı yerdən başını qaldırdı. Qan tər içində qalmışdı. Çöldən
gələn səsə qulaq asdı. Şam azanı oxunurdu. Bir ox kimi yerindən atıldı.
Dəstəmaz götürməyə gedirdi... "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!