Həyatımıza bərəkət verə bilən amillər hansılardır?

Həyatımıza bərəkət verə bilən amillər hansılardır?
Qadın və Din
10.09.2017 11
Bərəkət dedikdə, İlahi xeyrin qalıcı
olması və artması nəzərdə tutulur. Hər bir mömin istəyər ki, Allah onun
həyatına xeyir və bərəkət versin. Çünki bərəkətin İlahi və mənəvi
tərəfləri çoxdur. Nemətin qalıcı olmasına təsir göstərər, insanı dünyada
salamatlığa, axirətdə saədətə yaxın edər. (Tebyan)



Bəs həyatımıza bərəkət verə bilən amillər hansılardır?

1. İman və təqva. İman və
təqvanın insanın maddi həyatına təsiri çoxdur. "Əgər onlar (əsl) Tövrata
və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm)
başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər".
("Maidə" 66).

İmam Əli (ə) buyurur: "Sizə İlahi təqvanı tövsiyə edirəm. Çünki hər kim
təqvalı olar, çətinliklər ona yaxınlaşandan sonra uzaqlaşar. Rəhmət
biganə olandan sonra mehriban olar, nemətlər quruduqdan sonra onun üçün
qaynayar".



2. Ədalətli olmaq. İmam Əli (ə) buyurur: "Ədalətə görə bərəkətlər artar".



3. Sileyi-rəhm. Həzrət
Peyğəmbər (s) buyurur: "Hər kəs xoşlayır ki, ömrü uzun və ruzisi çox
olsun. İlahi təqvaya riayət edin və sileyi-rəhm edin".



4. Yemək vermək. Həzrət
Peyğəmbər (s) buyurur: "Bərəkət o evə ki, ondan insanlara xeyir çatar,
bıçaq dəvənin donqarına və ya selin öz sonuna çatmasından daha tez
çatar".



5. Evə daxil olan zaman
salam vermək. Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər kim evinə
daxil olsa, salam versin. Çünki bərəkət gətirər və mələklər onunla yaxın
olarlar".



6. Ticarətdə düz danışmaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman iki ticarətçi düz danışar, hər
ikisinə bərəkət verilər. Nə zaman yalan danışsa, heç birinə bərəkət
verilməz".



7. Qənaət. Peyğəmbər (s) buyurur: "Qənaət - bərəkətdir".



8. İlahi təqdirdən razı
olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəsin ruzisi vardır ki,
çarəsiz ona çatar. Hər kim ona razı olar - onun üçün bərəkətli və
kifayət qədər olar. Hər kim ona razı olmaz - nə bərəkəti olar və nə də
ona kifayət edər. Ruzi insanın ardıncadır, necə ki, əcəli ardıncadır".



İnsanın Allahla rabitə qurması malına bərəkət gətirər, böyüklərə hörmət etmək ruzisinin artmasına təsir qoyar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!