Səbir nədir? Səbri necə gücləndirmək olar?

Səbir nədir? Səbri necə gücləndirmək olar?
Qadın və Din
10.09.2017 11
Səbir - saliklərin məqamı, İlahi inayəti və feyzi dərk etməyin ən
mühüm zəminəsidir. Məsum İmamlar (ə) səbirlərinə və möhkəm əzmlərinə
görə imamət məqamına nail olmuşdular. "Səbir etdikləri və ayələrimizə
(Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə
(insanlara) haqq yolu göstərən imamlar təyin etdik". ("Səcdə" 24).

Səbir dedikdə insanın hər bir müsibət və xoşagəlməz hadisə
qarşısında hövsələ və dözüm gəstərməsi nəzərdə tutulur. Səbir dedikdə
insanın zilləti, məğlubiyyət qarşısında təslim olması nəzərdə tutulmur.
Səbir insana yeni bir həyat səhifəsi açır ki, Allaha daha çox
yaxınlaşsın, xarlıq və zillətdən uzaq olsun. (Tebyan)

Səbrin 3 növü vardır ki, hər biri üçün də özünəməxsus əcrlər təyin
edilmişdir. Müsibət qarşısında səbir etmək, itaət qarşısında səbir
etmək, günah qarşısında səbir etmək.

Bəs nə edək ki, səbrimizi gücləndirək, çünki bu müasir həyatımız
başdan-başa bizi sınayır və xoşagəlməz hadisələrlə doludur. Bəzən
taqətdən düşür və səbrimizi əldən veririk. Nə edək ki, səbrimiz daha
güclü olsun?



1. Hədəfə iman bəsləmək. Hədəfə iman bəsləmək insanın batini və
daxili mühərrikidir ki, hədəfə tərəf çəkər. Çətinlikləri insan üçün asan
edər. İnsanın getdiyi yola hər nə qədər imanı çox olarsa, çətinliklərə
dözmək və səbir etmək də bir o qədər asan olar. "Bizim yolumuzda (öz
nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz
(dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən,
Allah yaxşı iş görənlərlədir". ("Ənkəbut" 69).



2. Təqva. Mömin insanın ən mühüm müvəffəqiyyət rəmzi - onun
təqvasıdır. Təqva çətinlikləri insan üçün asanlaşdırar və yolu hamar
edər. "Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər". ("Təlaq" 4).



3. Dünyanı tanımaq. Səbri təmrin etməyin ən yaxşı yollarından biri -
dünyanı tanımaqdır. Bu dünya fanidir və burada savab və cəza yoxdur. Bu
dünya imtahan dünyasıdır və hər birimiz cavidan dünya üçün xəlq
olmuşuq. Əgər insan bu həqiqəti qəbul etsə, o zaman səbri güclənər və
daha çox müqavimət göstərə bilər. "Şübhəsiz, Biz insanı zəhmətdə və
məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla
müşayət olunur)". ("Bələd" 4).



4. İlahi vədəyə ümid bəsləmək. Əgər insan Allahın verdiyi bu vədəyə
iman bəsləsə: "Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!".
("Şərh" 6). O zaman çətinliklər onun üçün asan olar, çünki bilər ki,
çətinliklərin ömrü qısadır və mütləq asanlıq gəlib çatacaqdır.



5. Tarixi təcrübə. Keçmişdəkilərin tarixinə nəzər salmaq və onların
həyat hekayələrindən ibrətlər götürmək insanın səbrini gücləndirər və
daha müqavimətli edər. İnsan əgər başına gələnlərin ancaq ona aid
olduğunu bilərsə, o zaman səbirsizlik göstərər və taqəti azalar. Ancaq
əgər onun başına gələn müsibətlərdən də ağırını tarixdə müşahidə etsə və
ondan ibrət götürsə, o zaman səbir və hövsələsi artar. Qurani-Kərimdə
bu nöqtəyə işarələr vardır: "Şübhəsiz, səndən qabaq (da bir sıra)
peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət
müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi".
("Ənam" 34).



6. Əxlaqlı və səbirli insanlarla ünsiyyətdə olmaq.



7. "Əsr" surəsini çox oxumaq.

8. Səbir haqqında gələn hədisləri mütaliə etmək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!