Haram ilə məkruh arasında fərq

Haram ilə məkruh arasında fərq
Qadın və Din
10.09.2017 21
Sual: Məkruh sözünün mənası nədir? Və məkruh ilə haram arasında fərq nədən ibarətdir? 



Cavab: Həmd Allaha məxsusdur. 



Məkruh ərəb dilində "xoşlanılan və yaxud sevilənin əksi "mənasını ifadə edir. 



İstilahda
(şəriət terminologiyasında) mənası odur ki, Qanunqoyucu bizdən bunu
etməməyi istəyir, lakin bunu (mütləq) qəti şəkildə istəmir. (Allaha və
rəsuluna sallallahu aleyhi və səlləm) itaət niyəti ilə bunu etməyən
kəsin buna görə savab qazanacağı, lakin bunu edənin cəzalandırılmayacağı
mənası ifadə edir söyləmək olar. 



Haram ərəb dilində qadağan olunmuş mənasını ifadə edir. 



İstilahda
mənası budur ki, Qanunqoyucu bizdən bunu qəti şəkildə etməməyi tələb
edir. Haram halalın əksidir. Bir kəs itaət etmək niyətilə haram
işləmədiyinə görə ona savab veriləcəkdir. Lakin qorxudan, utandığından
və aciz olduğuna görə etmirsə, bu hallarda bunu etmədiyinə görə savab
verilməyəcəkdir. 



"Şərh əl-Vərəqət fi Usul əl-Fiqh "Abdullah əl-Fouzan, 29-30”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!