İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə dönəcək...

İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə dönəcək...
Qadın və Din
10.09.2017 33
Sual: Peyğəmbərin sallallahu aleyhi və səlləm "İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə dönəcək” sözünün mənası nədir?



Cavab: Bu hədisdə Rəsulullah sallallahu aleyhi və səlləm bildirir ki, "İlan öz yuvasına döndüyü kimi iman da Mədinəyə” dönəcək. Hədisdə keçən yərizu (burada "dönmək”
kimi tərcümə olunub) kəlməsində ra hərfi kəsrə ilə gəlib. Fəthə və
dammə işarəsi ilə də mümkündür. Yərizu kəlməsinin mənası ilan öz
yuvasından çıxıb yuvasına döndüyü kimi imanın da Mədinəyə dönüb orada
möhkəmlənəcəyi deməkdir. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm belə
bir həqiqətə işarə edir ki, insanlar fəsada uğradıqdan sonra din
Mədinəyə dönəcək, necə ki, ilan yuvasından çıxıb gəzib dolaşdıqdan sonra
yuvasına qayıdır.



Həmçinin hədisdə göstərilir ki, İslam dini Mədinədən başladığı kimi təkrar ora qayıdacaq. İslam
dini yalnız Mədinədə güclənməyə, hökmran olmağa və yayılmağa başladı.
Hərçənd mənbəyini Məkkədən götürmüşdür. Məkkə vəhyin ilkin mənbəyidir.
Lakin müsəlmanlar yalnız Mədinəyə hicrət etdikdən sonra özlərinin
dövlətini, hakimiyyətini qurdular və cihad etdilər. Ona görə də İslam dini Mədinədən başlayaraq öz hökmranlığı, nüfuzunu və qüvvətini yaydı və axır zamanda da ora dönəcək.



Elm əhlindən bəziləri belə demişlər: "Hədis
artıq baş vermiş bir məsələdən bəhs edir. Hədisin mənası budur ki,
insanlar Rəsulullahdan İslam şəriətini və təlimlərini öyrənmək üçün
Mədinəyə gələcəklər və qayıdacaqlar.



Lakin hədisin birinci mənası daha aydın və daha doğrudur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!