Dişlərin dibində qalan qida qalıqları və dəstəmaz

Dişlərin dibində qalan qida qalıqları və dəstəmaz
Qadın və Din
10.09.2017 10
Sual: Bir bacı soruşur ki, bəzən yeməyin qalıqları dişlərimin dibində qalır.

Dəstəmazdan öncə bu qalıqları təmizləməyim vacibdirmi?



Cavab: Fikrimcə
dəstəmazdan öncə bunu təmizləmək vacib deyil. Lakin heç şübhəsiz ki,
dəstəmazdan öncə bunların təmizlənməsi daha kamil, daha pak olar. Eləcə
də diş xəstəliyindən qorunmağa kömək edər. Çünki bu yemək qalıqları qaldıqca ağız boşluğundan pis qoxu gələr, diş və damaq xəstəlikləri meydana gələ bilər. İnsan
yeməyini bitirdikdən sonra yaxşı olar dişlərini yaxalasın ki, yemək
qalıqları təmizlənsin. Həmçinin misvakdan da istifadə etsin. Çünki yemək
ağızın iyini dəyişir. Peyğəmbər (s.a.v.) misvak haqqında demişdir: "Misvak ağızı təmizləyər, Rəbbin razılığını qazanmağa səbəb olar”.



Bu göstərir ki, ağız hər dəfə təmizlənməyə ehtiyac duyduqda misvakla təmizlənir.



Daha doğrusunu Allah bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!