Quran açdırmaq günahdırmı?

Quran açdırmaq günahdırmı?
Qadın və Din
10.09.2017 15
Sual:  Əssalamu
aleykum. Bir niyyət üçün n Quran açdırmaq gqnahdırmı? Bunu bilmək mənə çox vacibdir. Xahiş eləyirəm cavablandlrasınız.



Cavab: 

Aleykum
salam. İslamda Quran açdırmaq kimi bir anlayış mövcud deyil. İslamda bu
kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən hesab
olunur. Quran - açdırmaq üçün deyil, onu açıb oxuyub, başa düşüb və
orada yazılanlara əməl etmək üçündür: "Bu,
(Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir
şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən
çəkinənlərə) doğru yol göstərən bir Kitabdır." (əl Bəqərə, 2).

"And
olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək)
üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul
edən) varmı?!" (əl Qamər, 22).

"Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir". (Ali İmran, 138).

"Halbuki
sən bundan (islamın təbliği və imana dəvətdən) ötrü onlardan heç bir
mükafat istəmirsən. Bu (Quran) isə aləmlərə yalnız bir
öyüd-nəsihətdir!"  (Yusuf, 104)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!