Sevgi bir günahdır

Sevgi bir günahdır
Qadın və Din
10.09.2017 11
Məkkə surələrindəndir.

Bismilləhir Rahmənir Rahim!



1) Həqiqətən, Biz sənə Kövsər əta etdik.

2) Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! 

3) Sənin düşməninin özü sonsuzdur!



İmam Əhməd
deyir: Bizə Məhəmməd ibn Fudeyl Ənəs ibn Malikin belə dediyini nəql
etmişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir balaca
yuxuya getdi və başını qaldırıb gülümsədi. Ya o, ya da ona "niyə
güldün?” deyə sual edildi. Peyğəmbər (Ona Allahın salavatı və salamı
olsun!) buyurdu: "Bir qədər əvvəl mənə bir surə nazil oldu”. Və oxumağa
başladı: "Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həqiqətən, Biz sənə
Kövsər əta etdik”. O, surəni sonadək oxudu və dedi: "Siz bilirsinizmi
Kövsər nədir?” Orada olanlar dedilər: "Allah və rəsulu daha yaxşı
bilir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: "Onu
mənə izzət və cəlal sahibi Rəbbim Cənnətdə əta etdi. Onda çoxlu
xeyir-bərəkət var. Qiyamət günü ümmətim onun qırağına gələrlər. Onun
qatları ulduzlar qədərdir. Qul onun kənarında titrəyəcəkdir. Mən
deyəcəm: "Ey Rəbbim, o, mənim ümmətimdəndir. Deyiləcək ki, sən özündən
sonra onların nə etdiklərindən xəbərdar deyilsən”. İmam Əhməd hədisi üç
isnadla rəvayət etmişdir. Bu isnad Həmd ibn Fudeylin Muxtar ibn Fulful
vasitəsilə Ənəs ibn Malikdən nəql etdiyi rəvayətdir.



Hovuzu təsvir
edən bölümdə varid olur ki, Qiyamət günü göydəki iki oyuq vasitəsilə
Kövsərirmağından su axar. Göydəki ulduzlar qədər onun yanında qablar
var. Bu hədisi Muslim, Əbu Davud və Nəsai Məhəmməd ibn Fudeyl vasitəsilə
Ənəsdən nəql etmişlər. Muslimin ifadəsi belədir: "Peyğəmbər (Ona
Allahın salavatı və salamı olsun!) bizimlə birgə məsciddə olarkən birdən
yavaşca yuxuya getdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik:
"Ey Allahın elçisi, niyə gülümsədin?” O, "bir qədər əvvəl mənə surə
nazil oldu” dedi və həmin surəni oxudu: "Mərhəmətli və Rəhimli Allahın
adı ilə! Həqiqətən, Biz sənə Kövsər əta etdik. Ona görə də Rəbbin üçün
namaz qıl və qurban kəs! Sənin düşməninin özü sonsuzdur!” Sonra dedi:
"Siz bilirsinizmi Kövsər nədir?” Dedik: "Allah və rəsulu daha yaxşı
bilir”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bjuyurdu: "O,
bir çaydır ki, Rəbbim onu mənə vəd etdi. Onda çoxlu xeyir var. O elə bir
hovuzdur ki, ümmətim Qiyamət günü onun yanına gəlib-gedər. Yanında da
göydəki ulduzların sayı qədər qablar var. Orada bir qul titrəyəcəkdir.
Mən deyəcəm: "Ey Rəbbim, o, mənim ümmətimdəndir”. O, deyəcək: "Sən
özündən sonra onun nə etdiyini bilmirsən”. 

Bir çox
qarelər bu surənin Mədinədə nazil olduğunu, bəzi fiqh alimləri də
"Bismilləhir-Rahmənir-Rahim”-in də surənin bir ayəsi olduğunu
söyləyirlər. Onların sözlərinə görə, "Bismilləhir-Rahmənir-Rahim” də
surədəki digər ayələrlə birgə nazil olmuşdur. 

Surənin
əvvəlində Allah təala buyurur: "Həqiqətən, Biz sənə Kövsər əta etdik”.
Qeyd etdiyimiz hədisdə bildirildiyi kimi, Kövsər Cənnətdə çayın adıdır.
İmam Əhməd bu barədə başqa ravilər vasitəsilə də Ənəs ibn malikdən hədis
rəvayət edərək demişdir: "Ənəs "Həqiqətən, Biz sənə Kövsər əta etdik”
ayəsini oxudu və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə
buyurduğunu nəql etdi: "Mənə Kövsər əta edildi. O, axar bir irmaqdır. O,
qollara ayrılmayıb. Onun qarşısında incidən qübbələr var. Əlimi onun
torpağına vurdum və gördüm ki, xoş qoxulu müşkdür. Onun daşları da
incidir”. İmam Əhməd başqa bir rəvayət nəql edərək deyir: Bizə Məhəmməd
ibn Adiy Həmid vasitəsilə Ənəs ibn Malikdən nəql etdi ki, Peyğəmbər (Ona
Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: "Cənnətə girdim və
özümü bir irmağın yanında tapdım. Onun hər iki tərəfi inci ilə əhatə
olunmuşdu. Əlimi suyun axdığı yerə vurdum və gördüm ki, bu, xoş qoxulu
müşkdür. Dedim: "Bu, nədir, Ey Cəbrayıl?” O, mənə dedi: "Bu, izzət və
cəlal sahibi Allahın sənə əta etdiyi Kövsərdir”. Bu hədisi Buxari və
Mulsim eyni adlı öz "Səhih” kitablarında qeyd etmişlər. Muslim isə
Şeyban ibn Əbdürrəhman vasitəsilə Ənəs ibn Malikdən nəql etmişdir. Belə
ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) səmaya
yüksəldildiyi haqda danışarkən demişdi: "Elə bir çayın yanına gəldim ki,
onun hər iki tərəfi inci qüvvələri ilə əhatə olunmuşdu. Soruşdum: "Ey
Cəbrayıl, bu nədir?” O, mənə dedi: "Bu, Kövsərdir”. Bu ləfz Buxariya
(Allah ona rəhmət etsin!) aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!