Başqa dinlərdə oruc varmı?

Başqa dinlərdə oruc varmı?
Qadın və Din
10.09.2017 10
Ancaq günlərinin sayı və necəliyi ilə bir-birindən fərqlənirlər. 



Başqa
dinlərdə də oruc vardır. Ancaq günlərinin sayı və necəliyi ilə
bir-birindən fərqlənirlər. Hər bir dində oruc tutmağın əsl hədəfi -
nəfsi tərbiyə etmək, mənəvi paklıq yaratmaq və bəlaları dəf etməkdir.
Allah qüdsi hədisində buyurmuşdur: "Oruc Məndəndir və Mən ona görə
mükafat verirəm".

Əgər bütpərəstliyə nəzər salsaq, görərik ki, heç bir bütpərəst oruc
tutmur. Namaz qılır, ibadət edir, ancaq oruc tutmur. Ona görə də oruc
ancaq və ancaq Allaha aiddir. Heç bir müşrik öz bütünə yaxınlaşmaq üçün
oruc tutmamışdır. Çünki oruc - İlahi bir əmrdir. Allah orucu Özünə aid
etmişdir. Orucun mükafatını da Özü verir.



Yəhudilik dini.

Yəhudilik dinində oruc tutmaq bir yəhudinin bədənini zəlil etməsi,
incitməsi deməkdir. Yəhudi qövmünə aid olanlar öz acizliyini təzahür
etmək istəyən zaman oruc tutardılar. Bu yolla günahlarını etiraf edər və
orucun vasitəsilə Allahın rizasını qazanardılar. Xüsusilə də ümümi
müsibət baş verən zaman oruc tutardılar. Onlar südəmər körpələri və
hətta heyvanları belə ac saxlayardılar. Bundan başqa hər kəs ayrı
ayrılıqda oruc tuta bilər. Məsələn, Davud (ə), İlyas (ə), Daniyal (ə) və
başqa peyğəmbərlər fərdi oruc tutardılar. Misal üçün, onların dini
kitabında oxuyuruq: "Davud Allahdan uşağın sağalmasını dua etdi və oruc
tutdu və bütün gecəni torpağın üzərində yatdı". Tövratda belə yazılır
ki, oruc hədəf deyildir. Bəlkə insanın öz günahını etiraf etməsi üçün
bir vasitədir. İnsan öz qəlbini Allah üçün təvazökar etmişdir. Rəftar və
əməlində dəyişiklik edərək, həqiqi tövbə edər. Oruc tutan zaman tövbə
etməmək dəyərsiz olar. Yəhudilər üç halda oruc tutardılar:



1. Ümumi bəlanı və müsibəti dəf etmək üçün oruc tutardılar.



2. Düşmən tərəfindən bir hücum təhlükəsi olarsa, ümumi oruc tutardılar.



3. Ölülərin ruhları ilə görüşmək üçün oruc tutardılar.



Xristian dini.

Orucluq kilsa təqvimində də qeyd edilmişdir. İncildə deyilir: "O zaman
ki, İsa Ruhun qüvvəti ilə İblisin onu imtahan etməsi üçün aşağı aparılan
zaman 40 gecə-gündüz oruc tutmuşdu. Nəhayət ac olmuşdu".



İncildə oruc vacib bir əməl kimi vurğulanmış və təriflənmişdir. Yəhudi
dinində oruc müxtəlif cür tutulurdu. Yeməkdən çəkinmək, söz danışmaqdan
çəkinmək və sair kimi olmuşdu. İsa (ə) peyğəmbərin zamanında da
həvarilər oruc tutardılar və hətta bu İsanın (ə) davamçılarının
xüsusiyyətinə çevrilmişdi. Bu onu göstərir ki, Həzrət İsa (ə) özü oruca
xüsusi əhəmiyyət verirdi. Şagirdləri də ona baxıb bu vacibatı yerinə
yetirərdilər. Xristian dinində həm oruc var və həm pəhriz. Pəhriz zamanı
ancaq ətdən çəkinirdilər. Ancaq oruc zamanı ətdən çəkinməklə yanaşı,
yemək vədələrini də məhdudlaşdırırdılar.



Xristian dinində Pak gün deyilən bir gün vardır. Həzrət İsanın (ə)
qiyamı münasibətilə əziz tutulan bir gündür. Bu gündən əvvəlki həftə
müqəddəs həftə adlandırılmışdır. Bu həftədə oruclar müəyyən edilir.



Bəziləri deyirlər ki, oruc və dua şeytani vəsvəsələrlə mübarizə
vasitəsidir. Həqiqi oruc o orucdur ki, heç bir pisliyə düçar olmayasan.
Xalis qəlblə özünü Allaha vəqf edirsən. Xristianlar bu fikirdədirlər ki,
oruc zahiri bir iş deyildir. Bəlkə batini və mənəvidir. Onun əsl hədəfi
odur ki, təvazökarlıqla Allaha yaxınlaşasan.



Xristianların oruc tutmaqda hədəfi:

1. Bu zaman qəlb Allah hüzurunda yumşalır və təvazökar olur.



2. Xristianlar Allah hüzurunda hidayəti hiss edərlər.



3. Üsyankar nəfs zəifləyər.



4. Xristianın pərəstiş və duası güclü və təsirli olar.



Sayibilər (Yəhya (ə) peyğəmbərin davamçıları).



Sayibilər ilin bəzi günlərini batil günlər adlandırırlar. Onlar ət,
yumurta, balıq yeməkdən çəkinirlər. Onların dini kitabında yazılır: "Ey
möminlər! Sizə demişəm ki, böyük oruc təkcə yeyəcək və içəcəklərdən
imtina etmək deyildir. Bəlkə baxışlarınızı şeytani baxışlardan və
insanların evində səsləndirdiyi sözlərdən qulaqlarınızı qoruyun.
Dillərinizə yalan söz gətirməyin"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!