Təsvil nədir?

Təsvil nədir?
Qadın və Din
10.09.2017 8
Bəzən insanın nəfsi onu aldadır, yəni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? 



Quran da buyurur: «...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi [pis əməlinizisizə yaxşı göstərdi]...» ("Yusif",83).



Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir
ki, Quranda işlədilib. Bu kəlmənin mənası nədir? Onun mənası budur ki,
insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir
şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə
cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da
həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu
aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir
ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə
çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan
bəzən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və
psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm
çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün
ağılı tərk edir.



Hər halda nəfsin məkr və hiylələri – insan nəfsinin başqasına qarşı
olan hiylələri – çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox
yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi
cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə ürfanda
çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki,
doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin
müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan
qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün
bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar
istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan
yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!