Hansı surəni oxumaq daha çox savaba malikdir?

Hansı surəni oxumaq daha çox savaba malikdir?
Qadın və Din
10.09.2017 29
Ayətullah
Vəhid Xorasani buyurur: "Sübh namazını qılandan sonra 11 dəfə "Tövhid"
surəsini oxuyun. Yatan zaman da 11 dəfə oxuyun. 



Quranın bütün surələrini oxumaq insana dünya və axirət səadəti bəxş
edər. Hər bir surənin öz fəziləti vardır. Bu məsələyə diqqət etmək
lazımdır ki, Quran həyat proqramımız və əməl etməli olduğumuz kitabdır.
Onu oxumaq təfəkkür və imanın başlanğıcıdır. İnsan Quranı oxuyaraq ona
əməl edə bilər.



Biz Quran oxumağa ticari bir iş kimi baxmamalıyıq. Yəni ən çox savabı
olan surəni axtarmamalıyıq. Hədəfimiz bu olmalıdır ki, Quranı oxuyaraq
özümüzü tərbiyə edək və kamala çatdıraq. Bir surəni oxuyaraq, o biri
surələri oxumaqdan məhrum olmamalıyıq.

Əlbəttə bəzi surələrin fəziləti o biri surələrdən daha çoxdur. Ancaq
çalışaq ki, Quranın bütün surələrini qiraət etməyə çalışaq.

"Bismilləhir Rahmənir-Rahim!" ayəsinin savabı

İmam Sadiq (ə) buyurur: ""Bismilləhir-Rahmanir-Rahim" Allahın əzim adına yaxındır. Gözün bəbəyinin ağına yaxın olduğu kimi".



"Həmd" surəsinin fəziləti.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Fatihətul-kitab surəsini
oxuyarsa, ona elə bir mükafat verilər ki, sanki Quranın üçdə birini
oxumuşdur. Və hər bir möminə sədəqə vermişdir". "Hər kim "Həmd" surəsini
oxuyar, Allahdan nə istəsə, ona verər". Həmd surəsi hər bir xəstəliyin
şəfa və əlacı hesab edilir.



"Tövhid surəsinin fəziləti

"Tövhid" surəsinin də fəziləti çoxdur və onu oxumaq Quranın üçdə birini
oxumağa bərabər hesab edilmişdir. Cənazə mərasimində bu surəni oxuyan
zaman 70 min mələk gələr. Peyğəmbər (s) buyurur: "O kəsin ki, Allaha və
Qiyamət gününə imanı var, hər namazdan sonra "Tövhid" surəsini oxumağı
tərk etməsin. Çünki hər kim onu oxusa, Allah dünya və axirət xeyirini
onun üçün cəm edər. Özünü, valideynlərini, övladlarını bağışlayar".



Gün ərzində boş olanda, yol gedəndə, bu surəni oxuyun".



"Ayətül-kürsü"nün fəziləti

Həzrət Peyğəməbərə (s) sual verilir ki, hansı surə daha fəzilətlidir?
Həzrət (s) buyurur: ""Bəqərə" və orada da "Ayətül-kürsü"".

"Ayətül-kürsü"nün savabı o qədər çoxdur ki, Həzrət Peyğəmbər (s)
buyurur: "Nə zaman mömin "Ayətül-kürsü"nü oxuyar, savabını qəbir əhlinə
hədiyyə edərsə, Allah hər bir hərfinə görə onun üçün mələk qərar verər
ki, Qiyamət gününə qədər onun üçün təsbih edərlər".



"Nas" və "Fələq" surələrinin fəziləti

Həzrət Peyğəmbər (s) səhabələrindən birinə buyurur: "İstəyirsənmi sənə
iki surə öyrədim ki, Quranın üstün surələridir?". Dedi: "Bəli". Həzrət
Peyğəmbər (s) "Nas" və "Fələq" surələrini ona öyrətdi. Sonra bu iki
surəni sübh namazında qiraət etdi. Buyurdu: "Nə zaman yerindən qalxırsan
və ya yatırsa, bu iki surəni oxu".



Çalışın gün ərzində Qurandan bir qədər qiraət edəsiniz. Ən azı 50 ayə
oxumağa səy edin. Bu zaman dünya və axirət bərəkətinin on bərabəri
nəsibiniz olar. Hər gün "Yasin" surəsini oxumağa çalışın, çünki indi
İmam Zaman (ə.f) zamanıdır. Bu surəni hər gün oxuyun və İmama (ə.f)
hədiyyə edin.



Beləliklə deyə bilərik ki, Quranın bütün surələrinin fəziləti vardır və Quranın bütün surələrini oxumağa çalışaqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!