Hamilə qadın oruc tuta bilərmi?

Hamilə qadın oruc tuta bilərmi?
Qadın və Din
10.09.2017 14
Bəzi
hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss
edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən
düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan
hansının düzgün qərar verdiyini necə bilmək olar?

Rəvayətlərə
nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda
hamilə xanımların doğru qərar verməkləri asanlaşar. Belə ki, hamiləlikdə
uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin
həllini xanımların öz ixtiyarına qoyur. Həmin rəvayətlərdən bəzisini
nəzərinizə çatdırırıq: İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini
bəyan edərək belə buyurub: "Bu onun özundən asılıdır, çünki qadın öz
fiziki durumunu digərlərindən daha yaxşı başa düşür”. Əba Cəfərdən (ə)
rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan
analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc
tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə
verməlidirlər”.



Həmçinin hamiləliyin ilk aylarında da ortaya çıxan bəzi dözülməz
hallar, ürək bulanması, sürətlə qidalanmaq hamilədə xəstə hökmünü ortaya
çıxarır. Əlbəttə, hər kəsin vəziyyəti fərqli ola bilər. Habelə,
hamiləliyin axır vaxtlarında da oruc tutmaq ana üçün dözülməzdir. Çünki
uşağın inkişafı axır üç ayda sürətlə artır. Axır iki ayında isə, uşağın
çəkisi iki bərabər olur. Bu zaman döl birbaşa ananın qanı ilə
qidalandığından, dölün qidaya olan ehtiyacı ananı kifayət qədər yeməyə
sövq edir. Belə ki, iştahanın artması səbəbilə mədə fasiləsiz çalışır.
Bu vaxt ana az miqdarda, lakin tez-tez yeməlidir. Əgər süd vermək
səbəbilə ananın südü azalarsa və bununla da körpənin qidalanmağında
problemlər ortaya çıxarsa, onda imam Hadinin (ə) hədisindən istifadə
edərək deyə bilərik ki, bu qisim analar oruclarını daha sonra qəza
edəcəklər. Hədisin mətni bu cürdür: "Əgər uşaq üçün dayə tutmaq
mümkündürsə, dayə tutulmalı və bu halda ana öz orucunu qəza etməməlidir.
Bu hal onun üçün mümkün olmazsa, orucunu yeməli və körpəsini
əmizdirməlidir. Daha sonra imkan düşəndə orucunun qəzasını tutmalıdır”.



Hamilə qadının oruc tutmasına dair şəri hökmlər

– Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olacağından qorxsa,
oruc tutmamalı və hər gün üçün fidyə verməlidir. Sonralar orucun
qəzasını tutmalıdır.Ayətullah Xamenei "Şəri suallara cavab”, 803 və 806-cı suallar)



– Əgər süd verən qadın oruc tutma nəticəsində südünün azalması və ya
quruması səbəbilə körpəsinə zərər olacağından qorxsa, oruc tutmamalıdır.
O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır.(Ayətullah Xamenei "Şəri suallara cavab”, 747-ci sual)



Diqqət:İki il ardıcıl hamilə
qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun
qəzası ona vacib olur. Əlbəttə əgər onun şəri üzrü orucun bətnindəki
körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn
qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir.
Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin Ramazan
ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma
kəffarəsi də ona vacib olur.(Ayətullah Xamenei "Şəri suallara cavab”, 806-cı sual)



Fidyənin miqdarı

Fidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir. Bir müdd=750 qr. yеməkdir.(Ayətullah Xamenei "Şəri suallara cavab”, 747, 752 və 806-cı suallar)



Sual: 750.Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?

Cavab:Təkcə hamiləliyin orucun
vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və
ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl
qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib
dеyildir.



Sual: 751.Əgər hamilə qadın oruc tutmağın bətnində olan uşağa zərər olub-olmamasını bilməsə, onda oruc tutmaq ona vacib olarmı?

Cavab:Əgər oruc tutmaqla
qadının bətnində olan uşaq üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl
qəbul еdən еhtimaldan doğsa, onda ona vacibdir ki, orucunu açsın; bеlə
olmazsa, onda vacibdir ki, orucunu tutsun.



Sual: 753.Həmd olsun Allaha ki,
hamiləlikdən sonra mənə bir övlad vеrdi və o, hal-hazırda süd əmir.
İnşaallah qarşıdan mübarək ramazan ayı gəlir və mənim də oruc tutmağa
imkanım var. Lakin mən fiziki cəhətdən zəif olduğum üçün oruc tutanda
südüm quruyur. Əlhəmdu-lillah, uşaq da hər on dəqiqədən bir məndən süd
istəyir. Mən nə еtməliyəm?

Cavab:Əgər oruc tutmaqla südün
azalması və ya quruması uşağınıza zərər təhlükəsi yaratsa, onda icazə
vеrilir ki, orucunuzu yеyəsiniz və hər günə bir "müdd” fəqirə vеrməklə
orucun qəzasını tutasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!