Allahı tanımaq istəyən insan, özünü necə tanımalıdır?

Allahı tanımaq istəyən insan, özünü necə tanımalıdır?
Qadın və Din
10.09.2017 5
Həzrət Əli (ə) buyurur: "Özünü tanıyan Allahını tanımışdır”
("Qurərul-hikəm”) Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da
"hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ
hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır.
"Rum” surəsinin 30-cu ayəsində buyurulur: ”Üzünü Allahın fitri olaraq
insanlara verdiyi dinə tərəf tut.”



Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi
yalnız layiq bəndələrinə əta edir. Quranda oxuyuruq: "Beləcə, İbrahimə
göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.”
("Ənam”,75)



Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır.
Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək,
daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba
və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan
elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən
qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər
vasitəsi ilə suallarına cavab tapmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!