Paltarda pişik tükü olması namazı batil edirmi?

Paltarda pişik tükü olması namazı batil edirmi?
Qadın və Din
10.09.2017 17
Heyvanların
arasında, yalnız quruda yaşayan it və donuz murdardır. Ona görə də,
diri pişik və onun tükü pakdır. Onun fəzləsi nəcisdir və bu hökm pişiyə
məxsus deyil, əksinə əti haram olan və atıcı qanı olan heyvanların
hamısının fəzlələri pişik də o heyvanların biridir. Əlbəttə, ölü pişik
murdardan sayıldığına görə, onun ruha malik bədən üzvləri nəcisdir.
Pişiyin tükünün ruhu olmadığına görə, nəcis deyil.

Amma
namaza münasibətdə, demək lazımdır ki, namaz qılanın paltarı, əti haram
olan heyvanın əczasından olmamalıdır. Məlumdur ki, pişik əti haram olan
heyvanlardandır. Mərcələrin çoxu buyurublar: Hətta o heyvanın bir tükü
namaz qılanın üstündə olsa, onun namazı batildir.

Yalnız
Ayətullah əl-üzma Sistani buyurubdur ki, namaz qılanın bədən və paltarı
o heyvanın sidik, nəcis, tər və tüklərinə bulaşmamalıdır. Amma əgər
heyvanın bir tükü məsələn onun paltarında olsa, heç bir zərəri yoxdur.
Həmçinin əgər onlardan bir hissəsini məsələn qutuya qoyub və özü ilə
daşısa da bu hökm ona şamil olur.

Əti
haram olan heyvanın rütubəti barəsində bütün təqlid mərcələri
buyurublar: Pişik kimi əti haram olan heyvanın ağız suyu, ya burun suyu
ya digər bir rütubəti, namaz qılanın bədən ya paltarında olsa, əgər yaş
olsa, namaz batil və quruyub və onun eyni aradan getmiş olsa, namaz
düzgündür.

Amma
sağlamlıq və həkimlik nəzərindən, bəzən deyirlər ki, pişik ya pişiyin
tükü qadınların ya qızların sonsuzluğuna səbəb olur. Bu məsələ bizim
təxəssüsümüzdən xaricdir və biz onu həkimlərin öhdəsinə qoyuruq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!