Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir

Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir
Qadın və Din
10.09.2017 12
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



1230. Abır-həyalı olmağa həvəsləndirmək.

4051.
İmam Əli (ə): «Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında
daha əliaçıq olanlardır.» (Ğurərul-Hikəm, hədis 3190)

4052. İmam Əli (ə): «Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun.» (Ğurərul-Hikəm, hədis 3038)

4053. İmam Əli (ə): «Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir.» (Nəhcül-Bəlağə, hikmət 362)

4054. İmam Sadiq (ə): «Abır tökülsə,onu yığıb yığışdırmaq (bərpa etmək) çətin olar.» (Əlam-d-Din, səh.303)



1231. Müsəlmanların heysiyyatına toxunmaqdan çəkinməyin savabı.

4055.
İmam Səccad (ə): «Kim müsəlmanların heysiyyatına toxunmaqdan çəkinsə,
Allah qiyamət günündə onun büdrəyişlərini bağışlar.» (Səhifətul İmam
Reza(ə), səh.85, hədis 195)



1232. Müsəlmanların heysiyyatını qorumağın savabı.

4056.
Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, bu
əməli onunla cəhənnəm odu arasında pərdə olar.» (Əmali Mofid, səh.338,
hədis 2)

4057.Allahın
Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, şübhəsiz
ki, cənnət ona vacib olar.» (Vəsailuş-Şiə, c.8, səh.606, hədis3)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!