Adəm peyğəmbər (ə) və onun yaranması

Adəm peyğəmbər (ə) və onun yaranması
Qadın və Din
10.09.2017 19
Allah
taala yer üzünün torpaq və sularından hazırlanmış palçıqdan,öz qüdrət
əliylə Adəmin bədənini yaratdı.Rəvayətlərdə deyilir ki, Adəm "qabıq və
ya dəri "mənasını verən "Ədim" sözündən əmələ gəlib. Çünki Adəmin bədəni
yerin qabığından yığılmış palçıqdan yaranmışdır: ona acı, şor və şirin
sular qarışmışdır: Odur ki, onun gözünün suyu şordur: belə olmasaydı,
göz bəbəyinin piyi əriyərdi.Onun qulaqlarına yığılan şirə acıdır: belə
olmasaydı, ora xırda həşərat girərdi. Burunun içindəki rütubət bəd
iylidir: belə olmasaydı, insan xoş iyləri duymazdı. Həmçinin ağızın suyu
şirindir: belə olmasaydı, insan yemək və içməkdən ləzzət ala bilməzdi.



Adəmin
bədənini yaratdıqdan sonra Allah- Taala öz xəzinəsindən olan ruhdan
üfürdü. Adəm bu ruhdan cana gəlib dirildi. Sonra asqırıb dedi:
"əlhəmdulillah"-yəni "həmd olsun Allaha".Allah Taala buyurdu:
"yərhəmükəllah"-yəni Allah sənə rəhm edər".



Allah
Taala mələklərə əmr elədi ki, Adəmə səcdə etsinlər. Onlar səcdə
etdilər, lakin iblis səcdə etməkdən imtina edib dedi ki, məni oddan
yaratmısan, Adəmi isə palçıqdan xəlq eləmisən. Od palçıqdan şərafətli
olduğu üçün mən Adəmə səcdə etmirəm.



Qeyd
edirik ki, burada Adəmə səcdə etmək, ona tabe olmaq mənasındadır. Yoxsa
səcdə həmişə Allah Taalaya edilir və ondan qeyrisinə səcdə etmək caiz
deyil.



İblis odu palçıqdan şərafətli hesab edərək özü də xəta qıldı, çünki od ağacdan yaranır, ağac isə özü də torpaqdan göyərib çıxır.



Adəmi
yaratdıqdan sonra, Allah Taala Həvvanı yaratdı. Bu barədə müxtəlif
rəvayətlər var: Bəzi rəvayətlərdə deyilir ki, Adəmin yarandığı palçığın
artığından Həvva yaranmışdır. Digər xəbərlərdə deyilir ki, Adəm yuxuda
ikən Cəbrail onun sol tərəfindən bir qabırğasını çıxarıb ondan Həvvanı
yaratdı. Bu xəbər daha çox qüvvəlidir. Çünki Həzrət rəsul (s) qadınlar
haqqında buyurub: "nə etməli, əyri sümükdən yaranıblar, düzəltmək
istəsən sınarlar". Bu xəbərə qüvvə verən bir də Həvva sözünün özüdür ki,
"həyy" sözündən əmələ gəlib,ərəbcə "diri" deməkdir, yəni o diridən
yaranmışdır.



Adəm yaranıb cana gəldikdən sonra Allah Taala yuxunu ona müsəllət elədi. O, şirin yuxuya getdi.



Adəm
yuxudan oyandıqda Həvvanı gördü və özünə oxşar bir vücud olduğu üçün
ona meyl etdi. Allah Taalanın əmriylə onları cənnətə aparıb tapşırdılar
ki, orada olan bütün nemətlərdən yeyib-içə bilərlər, yalnız bir ağaca
"Şəcərəyi-Mənhiyyə"deyirlər, yəni "nəhy edilmiş ağac" Onun hansı ağac
olması Quranda aşkar deyilmir. Xəbərlərdə mextəlif meyvələrin adı
çəkilir: onlardan biri də buğdadır ki, məşhur olub.



İblis
Adəmə səcdə etmədiyi üçün lənətləndiyindən, Adəmə möhkəm ədavət
bəsləmişdi. O, bir hiylə ilə cənnətə daxil olub Həvvaya dedi ki,
"Şəcərəyi-Mənhiyyə" meyvəsindən hər kəs yesə, cənnətdə əbədi qalar.
Sizin buruda əbədi qalmağınızı istəmirlər, ona görə də bu ağacdan nəhy
ediblər. Həvva Cənnətdə əbədi qalmaq arzusu ilə İblisin iğvasına inanıb o
ağacın meyvəsindən yedi, Adəmə də yedirtdi.



Beləliklə,
onlar Allah Taalanın fərmanından çıxmış oldular. Odur ki, onların
cənnətdən qovulmasına Allah Taala tərəfindən əmr gəldi. Haman anda
onların bədənində olan faxir cənnət libasları töküldü., hər ikisi üryan
qaldılar Onlar ağac (əncir və ya üzüm) yarpaqlarından qırıb, ən eybli
yerlərini örtərək böyük həsrət və xəcalətlə oradan çıxıb yerə endilər.
Onların cənnətdə qalması, dünya saatı ilə təqribən yeddi saat olub. Belə
ki, günortadan sonra oraya daxil olub, hələ günəş batmamış oradan
çıxıblar. Məlum olur ki, onların olduğu cənnət dünya misalında imiş,
orada günəş və ay var imiş. Əgər o məkan "cənnəti-xüld olsaydı, orada
həmişəlik qalardılar, çünki o cənnətə daxil olan kəs əbədi olaraq orada
qalır (xüld-əbədi deməkdir).



Allah
Taala mələklərə əmr etdi ki, Adəmin əlindən tutub, onu oradan
çıxarsınlar. Adəm cənnətdən çıxarkən dedi:"Ey mənim Allahım, Məhəmməd,
əli, Fatimə,Həsən və Hüseyn xatirinə məni bağışla"



Allah Taaladan vəhy gəldi:"yerə en, orada sənin tövbəni qəbul edərəm".



Adəm
dünyada yerə endi, ətrafa baxaraq gördü ki, İblis ondan qabaq yerə
enib. O, əllərini qaldırıb dedi:"Pərvərdigara, mənim iblislə mübarizə
aparmağa taqətim yoxdur, burada yenə onu mənə müsəllət etmisən?



Vəhy
gəldi ki, ey Adəm, İblisi sənə müsəllət etmişəmsə də, onun müqabilində
sənə başqa imkanlar və nemətlər vermişəm: Əgər bir günah etsən, sənə bir
günah yazılar,bir savab iş görsən,sənə on savabdan yeddi yüzə qədər
savab yazılar.

Adəm ərz elədi: Pərvərdigara, daha da artır.

Vəhy gəldi ki, ey Adəm, sənin övladlarından tövbə etsələr, onların tövbəsini qəbul edərəm.

Adəm ərz elədi: Pərvərdigara, yenə də artır.

Vəhy gəldi ki, sənin övladların hər cür günah etmiş olsalar, onların tövbəsini qəbul edərəm.

Adəm ərz elədi: Kifayətdir.İblis dedi: Pərvərdigara, sən mənimlə Adəm arasında hayil olub mənim ona vəsvəsə etməyimə mane oldun.

Vəhy gəldi ki, ey İblis, hər bir Adəm övladı doğulduqda, onun müqabilində sənin iki övladın olar.

İblis dedi: Pərvərdigara, daha da artır.

Vəhy gəldi: sənin övladın Adəm övladına şirin arzular vədə verib onları aldadar.

İblis dedi: Kifayətdir.

Bu vaxtdan etibarən İblis və onun övladı Adəm övladına düşmən və müsəllət oldu.

Cənnətdən çıxdıqdan sonra Adəm və Həvva bir-birindən ayrılıb dünyanın müxtəlif guşələrinə düşdülər.

Bu minval ilə yüz il, bəzi rəvayətlərə görə iki yüz il keçdi.



Nəhayət,
Cəbrail nazil olub, onun tövbəsinin qəbul olunduğunu xəbər verdi. Sonra
Cəbrailin bələdçiliyi ilə Adəm məkkəyə yola düşdü və orada həcc
qılarkən Ərafat dağında Həvvanı tapıb görüşdü. O gündən etibarən onlar
birgə yaşamağa başladılar. Onların sonraki həyatı barəsində müxtəlif
rəvayətlər var Bəzi xəbərlərdə deyilir ki, Həvva yetmiş dəfə, başqa
xəbərlərdə isə- beş yüz dəfə hamilə olub və hər dəfədə ekiz uşaqlar-bir
qız bir oğlan doğurdu. Bu minval ilə Adəm övladı yer üzündə çoxaldı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!