Zina nə üçün haram buyurulmuşdur?

Zina nə üçün haram buyurulmuşdur?
Qadın və Din
10.09.2017 30
Bir
məsələnin haram olduğu buyrulmuşdursa bu, Allah belə məsləhət bildiyi
üçün haramdır. Digər səbəblər isə günahın əsl səbəbi deyil. Məsələn:
donuz əti içərisində saxladığı virusa görə insan sağlamlığına zərərli və
haramdır. Ancaq bu zərər aradan qaldırılarsa da yenə haramdır. Zərərin
aradan qalxması, o şeyi halal etməz. Çünki o zərər bizim görə bildiyimiz
qədərdir. Daha bizim görə bilmədiyimiz çox zərərlər var və bu məsələnin
haram qılınmasının çox hikmətləri vardır.

 

Hər
haram buyrulan məsələnin insana zərəri vardır. Ancaq biz bu zərərlərin
nə qədərini bilirik?! Bizim bilməməmiz o məsələni zərərsiz etməz. Çox
əvvəllər donuz ətinin zərərli olduğu bilinmirdi, ancaq elm irəlilədikdən
sonra bu zərər ortaya çıxmışdır. Buna görə köhnədən zərəri bilinmədiyi
üçün insanlar buna etiraz etməli idi. Ancaq belə bir məntiq icra etmə
doğru olmaz. Biz əmr ediləni itaət etməklə hökümlüyük, elm irəlilədikcə
də Allaha itaətimizin görülə biləcək faydaları çıxdıqca da inam artacaq.

 

Elm
Allahın əmrlərinin hikmətlərini anlamaqda hələ acizdir , bunlar zamanla
aydın olmaqdadır. Zinanın həm insanın şəxsi həyatına, həm də cəmiyyətə
çox böyük zərərləri var. Bunlar psixoloqlar və sosioloqlar tərəfindən
bildirilmişdir.

 

Zina
İslamda və əvvəlki bütün səmavi dinlərdə haram və çox çirkin bir
hərəkət olaraq qəbul edilmişdir. O böyük günahlardandır. Təcavüçülər və
məsəb istiqamətli bir cinayət olduğu üçün cəzası da həddləri ən
şiddətlisidir. Qul, zina səbəbiylə əldə edəcəyi keçici ləzzətlə bu
ləzzətin ardınca gələcək olan şiddətli cəzanı, həyatında və ya Ölümündən
sonra cəmiyyət qarşısında biabır olacağını, alnına vurulacaq olan utanc
damğasını düşünər və bu günahı işləməyə yaxın durmaz. Ağlı sayəsində bu
cinayətə uzaq dayanmağı seçim edər. Şəxsiyyət və dəyərini, ismətini və
bədənini qorumaq üçün bu cinayətdən qaçmağı seçər.



Zinanın Zərərləri

Zina edən, dünyada üç zərərə uğrayar: İmkanı nöqsanlaşar, ömrü qısalar, üzündə nur qalmaz.

Axirətdə də üç zərərə uğrayar

1 - İlahi qəzəbə uğrayar. Hədis - i şərifdə buyuruldu ki, "Zina edənin üzü Cəhənnəmdə odda yanar."

 

2
- Hesabı çətin olar. Allahu təala Musa (ə.s.), "Zina edənə
geyindiriləcək olan atəşdən köynək, bir dağa atılsa, dağ yanıb kül olar"
deyə vəhy etdi.

 

3
- Cəhənnəmə atılar. Zina edib tövbə etmədən ölən, axirətdə böyük
azablara düçar olar. Hətta cəhənnəm əhli belə bunlardan narahat olar.

 

Hədisi
şərifdə buyuruldu ki, "Zina edənlərin cinsiyyət üzvlərinin qoxusu,
bütün Cəhənnəm xalqına əza verər." Zərərin harasından dönülərsə
qazancdır. "Zinakar Allah artıq məni bağışlamaz" deyərək günahlara davam
etməməlidir! Günahım çox deyə tövbədən qaçmamalıdır. Ən böyük
günahların da tövbəsi olar.

Qurani-kərimdə tərcümə olaraq buyurulur ki,

Qullarıma
mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!
Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları
bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!"



قُلْ
يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا
مِنْ رَحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ
إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!