Allaha Təvəkkül

Allaha Təvəkkül
Qadın və Din
10.09.2017 17
Yaylaqda hamı onu tanıyırdı. "Necə təvvəkküllü (səbəbləri yerinə yetirib nəticəni ALLAHa
həvalə edən, hər şeyə rəğmən qədərdən razı olan, şükr edən )adamdır”
deyərdilər. Başına nə iş gəlsə dərd etməz”, "yəqin, bir hikməti var”
deyib üstündən keçərdi. O il caamatın mal-qoyunu sapsağlam yaylaqda
otlayanda qəflətən onun ulağı öldü. Ulaq işinə çox yarayırdı. Hara
getsə, onun belində gedər, yükünü onunla daşıyırdı. Ancaq buna təvvəkkül
edərək heç qonşuları qədər də heyifslənmədi ulağın ölümünə. "Bunda da
bir hikmət var”-dedi.



Aradan
çox keçməmişdi ki, qapısından aralanmayan iti öldü. Qonşuları
dərdlənərkən o yenə: "Bunda da bir hikmət var”-deyib əhəmiyyət vermədi.

Ziyan
bununla bitmədi. Bir gün də hər sabah onu namaza qaldıran xoruzu öldü.
Qonşular yenə: "Burada bir uğursuzluq var”, desə də, o "Boş yerə özünüzü
üzməyin, bunda da bir hikmət var,”-dedi.



Bu
mudrik, təvvəküllü adam həyatda çox şey görmüşdü. Bilirdi ki, dalbadal
gələn bu zərərlərin arxasında mərhəmət cilvələri, mərhəmət təcəlilləri
gizlənib. Belə şeylərə çox şahid olmuşdu, buna görə də dərd eləmir, ona
təsəlli verənlərə də:

-Mülk ALLAHındır. Biz də bu mülkün işçiləri kimiyik. Mülk sahibi mülkünə istədiyini edər, -deyirdi.

Bir
gecə quldurlar onların məskənlərinə basqın etdi. Gecə gizlicə gələn bu
quldurlar əvvəlcə ətrafı səssizcə dinşəyir, sonra harada bir ulaq
anqırtısı, bir it hürşü, bir xoruz banı eşitsələr, orada adma olduğunu
bilir, həmin yerə basqən edib caamatı soyub-talayırdılar. Həmin ərazidə
açmadıqları qapı, talamadıqları ev qalmadı, mudrik qocanının evindən
başqa.



Sübh
namazından sonra hay-küydən qonşuları talan edildiyini anladı. Hər yer
talandığı halda, ona toxunulmamış, belə bir evin varlığından xəbər
tutmamışdılar. Qonşular başlarına gələn müsibətlərin üzüntüsündən dilə
gətirərkən, o, sakitcə cavab verdi:

-Həyatda
heç bir uğur sizi həddən artıq sevindirməsin, uğursuzluğa görə də
həddən artıq üzülməyin. Hər iki vəziyyətdə təvvəkül etməyi yaddan
çıxartmayın. Bunların hamısı keçici şeylərdir. Həyatda baş verən bütün
hadisələrin kökündə hikmət və ibrət var. Heç bir şey mənasız və təsadüfi
deyildir. Siz gözlənilən hadisələrə qarşı bir qul kimi əvvəlcə tədbir
görün, sonra da "ALLAHa təvvəkkül” deyib rahat olun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!