Zəkat nədir və nəyə düşür?

Zəkat nədir və nəyə düşür?
Qadın və Din
10.09.2017 7
İslam
təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu
din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların
iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq,
bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. həmin
təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm
tədbirlərdən biri, zəkatdır.





Şəksiz
ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr,
yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır.
Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini
ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam
Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də
olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac,
çılpaq, evsiz-eşiksiz qalır».Elə bu səbəbdən də, İslamda zəkat vacib
buyurulmuşdur: «Onların mallarından zəkat al»





Lakin
zəkat hamı üçün vacib deyildir. Zəkatı vacib edən, zəkat veriləcək
şeyin miqdarının «nisab» deyilən həddə çatmasıdır. On şey nisab həddinə
çatdıqda, zəkat verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa,
kişmiş, qızıl, gümüş, fitrə (bədənin zəkatı).





Məsələn,
beş dəvəyə bir qoyun, otuz inəyə bir baş iki yaşa girmiş dana, qırx
qoyuna bir qoyun zəkat ödənilməlidir. Say artıqca, zəkatın miqdarı
dəyişə bilər. Məsələn, qoyunun sayı üç yüz biri aşarsa, hər yüz qoyundan
biri zəkat verilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!