Din ve fanatizm

Din ve fanatizm
Qadın və Din
10.09.2017 11
Bildiyimiz
kimi dünyada yüzlərlə din mövcuddur. Dinlərin ən müqəddəsi və ən
sonuncusu Mühəmməd (ə.s.) -ın Allahın əmri ilə əsasını qoyduğu İslam
dinidir. İslam Allahın vahidliyini,Mühəmmədin peyğəmbərliyini təbliğ
edir,müqəddəs kitabı Quranı qəbuul etməyi vacib bilir. İslam barış
dinidir. Amma burada mən İslam dinindən yox, Allahın adından istifadə
edib avam şəxsləri aldadan bəzi din düşmənlərindən danışacam.

Fanatizm
- hər hansı bir varlığa həddən artıq inanmaq, pərəstiş etmək,ona
bağlanmaq deməkdir. Müasir zamanda buna fanatlıq demək olar. Dinə həddən
artıq çox bağanmaq, dinə fanatik olmaq sonda bir zamanların Şeyx
Nəsrullahlarının,İbrahimxəlil kimyagərlərinin qayıtmasına,din adıyla
insanları aldatmasına səbəb olur.

Falçılar
və falabaxma- təəssüf ki,müasir zəmanəmizdə belə axmaq falçılara rast
gəlmək olur.Əslində onlara axmaq deyə bilmərəm, pul qazanmaq üçün bu
yolu seçən özünə ilahi insanlar adı verən bu şəxslər avam və fanatik
insanları aldatmaqda mahirdirlər. Kimi birinin taleyini dəyişir,o biri
bəxtini açır,bu birisi üstündəki qara buludları aradan götürür,hətta elə
həyasızları da tapılir ki, insandirildən çıxir. Guya gündə ona müraciət
edən şəxslərin ömrünü uzadir,öləcəksə onu sağaldır və ölməyə imkan
vermir.Ən dəhşətlisi bunu Allahın adıyla etdiklərini demələridir.İslamın
nə demək olduğunu dəqiq bilməyən avamlar isə bu yalançıların sözlərinə
inanır,onlari ilahi insanlar hesab edirlər. Halbuki bu dünyaya hər şəxs
insan kimi gəlir,digər insanlardan fərqli heç bir xüsusiyyətə malik ola
bilməz. Allah heç kimə fovqəltəbii qüvvə vermir.Bəzi falçıların
yalanının üstünü açmaq üçün ona tapşırıq verəndə min bəhanə uydurduğunu
görmüşük.

Ekstrasenslər-
bəlkə də ən gülünc insanlar deyərdim onlara. Özlərini gələcəyi görən,
Allaha yaxın olan və hər kəsin başına gələn və gələcək hadisələri bilən
kimi təqdim edib utanmadan bunu Tanrı vergisi adlandırirlar. Bu da ancaq
muftə yerə pull qazanmaq,cibini haram yolla doldurmaqdan başqa heç nə
deyil. Allahın kitabı Quranda deyilir ki, bu dünyada hər cür sehr və fal
batildir. Onda ya bu ekstrasenslər müsəlman deyil,ya da dindən istifadə
edib avam camaatı aldadan yalançı tayfasıdır.

Dünyanın
sonu 21 Dekabr- O günü unutmağım demək olar mümkün deyil. Bilmirəm
hansı mayyali deyib,ya da heç yazıq deməyib, hamının dilində  əzbər olan
qiyamət günü iddiaları ölkəmizin,tariximizin,bəlkə də İslam dininin
"qanla yazılmış səhifə"si oldu. O gün başa düşdüm ki,hər gün namaz
qılan,oruc tutan,özünü Allaha təslim etmiş bir çox müsəlmanların dindən
anlayışı belə yoxdur. Eşitdiyim ilk gündən bəri bu xəbərə gülsəm də bu
axmaqlara inananları görəndə ağlamaq istəyirdim. Allahın ayəsidir,mənim
sözüm deyil, Quranda yazılıb ki, ey müsəlmanlar,Qiyamətin nə vaxt
gələcəyini yalnız Allah bilər.O gün Allahın imtahanıydı,dinin sınağıydı,
amma təəssüf ki, çoxları bu sınaqda uduzdu.

Bəzi
mollalar haqqında da demək istəyirəm. O mollalar ki, ciblərini
doldurmaq məqsədiylə yalandan "necə gəldi" Yasin surəsini oxuyub
mənasından xəbərsizdirlər. Soruşsan Allahın İxlas surəsini belə əzbərdən
deyə bilmirlər. Allahın nəyi savab nəyi günah elan etdiyindən xəbərləri
də yoxdu və bəzi ruhanilər ki, özlərinə utanmasalar imam, peyğəmbər də
deyərlər. Adlarını deməyəcəm,din adından istifadə edib sünni -şiə
qırğını salan, mafia təşkilatları yaradıb Allahu Əkbər deyə-deyə baş
kəsən vicdansızları, günlərini eyş-işrətdə keçirib zinadan danışan
molları demirəm də heç.

Çox
danışmayım,əziz müsəlmanlara səslənirəm sizə, bax and içə bilərəm,nə
falçılar,nə ekstrasenslər,nə də ruhani ya mollalar sizin nə taleyinizi
dəyişir,nə din yoluna yönəldir.İnsan doğru yolu özü tapmalıdır,daha
ekstasens bəxtimi açsın,molla dua oxusun gözümün ağrısı keçsin,falçı fal
oxusun bəxtim açılsın ərə gedim yox. Allah günahlarımızı bağışlasın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!