Möminlərin əmiri Həzrət Əlinin(ə) 9 möcüzəsi

Möminlərin əmiri Həzrət Əlinin(ə) 9 möcüzəsi
Qadın və Din
10.09.2017 13
1) HƏZRƏT ƏLİNİN(Ə) GÜNƏŞ İLƏ DANIŞMASI

İbni
Abbas deyir: Məkkəni fəth edib qayıdırdıq, gecə vaxtı Həvazendə idik.
Peyğəmbər(s), Əliyyibni Əbi Talibə(ə) buyurdu: Ey Əli! Qalx, Allah
yanında olan dərəcəni dərk et! Günəş doğan zaman onunla söhbət et!

Mən
Fəzlə dedim: Qalx ayağa, görək Əli(ə) günəş ilə necə söhbət edir. Günəş
doğdu. Əli(ə) ayağa qalxıb, ona xitab edərək dedi: Salam olsun Sənə Ey
Allahın itaətində həmişə duran saleh bəndə! Günəş onun cavabında dedi:
Salam olsun sənə ey Peyğəmbərin(s) qardaşı, canişini və Allahın xalqına
olan dəlili! Bu zaman Əli(ə) şükr səcdəsi etməyə başladı. Gördüm Allahın
Rəsulu(s) ayağa qalxdı. Həzrət(s) öz əlini, Əlinin(ə) üzünə çəkib
buyurdu: Qalx mənim həbibim! Asiman əhli sənin ağlamağına görə,
ağlayırlar. Allah-təala, səninlə yüksək fələyi saxlayanlarla fəxr edir.



2) GÜNƏŞİN QAYITMASI

İmam
Əli(ə) öz əshabı ilə birlikdə Babilə tərəf yola düşdülər. Yolun
ortasında namaz qılmaq üçün münasib yer tapdılar. Nəhayət, namaz qılmaq
üçün münasib yer tapa bilməyib, hərəkətlərinə davam etdilər. Amma
günəşin batmasına çox az qalmışdı. Hərçənd Əli(ə) bir qrup əshabı ilə
namazını qılmışdı. Lakin əshabın bir qrupu namazını qılmamışdı. Buna
görə də öz namazları barədə danışmağa başladılar.

İmam
Əli(ə) onların söz-söhbətini eşitdikdən sonra, Allah-təaladan günəşin
qaytarılmasını istədi. Allah-təala onun duasını qəbul etdi. Günəşi əsr
namazının vaxtına qaytardı. Həzrətin(ə) əshabı namazını qılıb
qurtarandan sonra, günəş qüruba endi. Camaat bu aşkar möcüzəni müşahidə
etdikdən sonra, Allaha şükr edib, ondan bağışlanmaq istədilər. Bu xəbər
hər tərəfə yayıldı.



3) YERİN İMAM ƏLİ(Ə) İLƏ DANIŞMASI

Əsma binti Ümeys deyir: Həzrəti Fatimə(s.ə) buyurdu: Gecələrin birində Əli(ə) evə daxil olduqdan sonra məni qorxuya saldı.

Dedim: Ey dünya qadınlarının xanımı! Səni necə qorxuya saldı?

Xanım buyurdu: Yerin onunla və onun yer ilə danışmasını eşitdim.



4) BÖYÜK BİR DAŞI YERDƏN QALDIRMASI

İmam
Əli(ə) öz əshabı ilə Siffeynə gedən zaman səhrada susuzluqla
qarşılaşdı. Onlar su tapmaq üçün çox səy etdilər. Lakin tapa bilmədilər.
Nəhayət, Əli(ə) bir yeri müəyyən edib, su tapmaq üçün oranı qazmağı
göstəriş verdi. Onalr yeri qazmağa başladılar. Qazıntı zamanı böyük bir
daşa çatıb dayandılar. Əlinin(ə) yanına gəlib dedilər: burada böyük bir
daş var və külüng ona təsir etmir.

İmam
Əli(ə) buyurdu: Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu
çıxarmaq olar. Bütün əshab o daşı qaldırmağa çalışdılar. Lakin faydası
olmadı. Əli(ə) gördü ki, bu daşı qaldırmaq onların işi deyil. Buna görə
də irəli gedib, əlini daşın altına saldı və daşı yerindən oynadıb
qaldırdı. Sonra onu bir neçə metr kənara atdı. Bu zaman əshab zülal suyu
müşahidə edib ondan içdçlər. Bu onların səfərdə içdikləri ən sərin və
şirin su idi.

Əli(ə)
buyurdu: Sudan için və ehtiyat üçün götürün. Sonra daşı götürüb, yerinə
qqoydu. Quyunun əsərlərini aradan aparıb gizlətdi.



5) XIRDA DAŞLARIN CƏVAHİRƏ ÇEVRİLMƏSİ

İmam
Əli(ə) və onun əshabından bir neçəsi Kufə məscidində oturmuşdular. Bir
kişi Həzrəti-Əliyə(ə) xitab edərək, dedi: Atam-anam sənə fəda olsun. Bu
dəsətənin əlində olan dünyaya təəccüb edirəm. Siz bu dünyadan
faydalanmırsınız.

Həzrət
buyurdu: Sən təsəvvür edirsən biz dünyanı istəyirik və bizə verilmir?
Bu zaman bir ovuc xırda daş götürüb, öz möcüzəsi ilə cəvahirə çevirib,
soruşdu: Bunlar nədir?

Dedim:
Ən yazşı növ cəvahirdir. Həzrət(ə) buyurdu: Əgər dünyanı istəsək bizim
üçün həmişə var, lakin istəmirik. Sonra əlindəki cəvahirləri yerə atdı.
Yenidən xırda daşlar öz əvvəlki halına qayıtdı.



6) ZƏLZƏLƏNİN DAYANMASI

Fatimeyi-Zəhra(s.ə)
buyurur: Əbu Bəkr və Ömərin dövründə böyük bir zəlzələ baş verdi.
Camaat qorxuya düşüb, Əbu Bəkr və Ömərə pənah apardılar. Lakin gördülər
ki, o iki nəfər qorxudan Əliyə(ə) pənah gətiriblər. Camaat da onların
arxasınca, Əlinin(ə) evinə getdilər.

Əli(ə)
onların qorxu və vəhşətinə diqqət etmədən evdən eşiyə çıxdı. Camaat da
onun arxasınca hərəkət edirdilər. Nəhayət, uca bir nöqtəyə çatdılar.
İmam Əli(ə) orada oturdu. Başqalarıda onun ətrafında oturub, şəhərin
zəlzələdən titrəyən evlərinə tamaşa edirdilər. Bu zaman Əli(ə) buyurdu:
Elə bil siz bu zəlzələdən qorxuya düşmüsünüz.

Cavab
verdilər: Necə qorxmayaq ? Halbuki indiyə qədər belə bir şey
görməmişik. İmam Əli(ə) dodaqlarını tərpətdikdən sonra, əllərini yerə
vurub ona buyurdu: Sənə nə olubdur? Sakit ol!

Yer sakit oldu. Camaat zəlzələdən təəccüb etdiklərindəndə çox, Əlinin(ə) bu işinə təəccüb etdilər.

İmam(ə) buyurdu: siz mənim işimdə təəccüb etdiniz?

Dedilər: Bəli.

Buyurdu:
Mən o şəxsəm ki, Allah-təala buyurmuşdur: Yer zəlzələyə gələn zaman, öz
içindəki xəbərləri aşkar edər, İnsan deyir: Yer nə olmuşdur?***

Mən həmin şəxsəm ki, qiyamət günündə yerə deyəcəyəm: Sənə nə olubdur? «Bu gündə yer öz xəbərlərini açıqlayacaq.» ***

Yer mənim üçün öz xəbərlərini bəyan edəcək.



7) CƏNNƏT VƏ CƏHƏNNƏMİN ÜZƏRİNDƏN PƏRDƏ GÖTÜRMƏK

Həzrəti
Əlinin(ə) əshabından bir neçəsi ona dedilər: Həzrəti Musa(ə) və
İsanın(ə) canişinləri, camaat üçün dəlil, nişanə və möcüzələr
göstərdilər. Siz də əgər bizə möcüzə göstərsəniz qəlblərimiz inam və
yəqinlik tapar.

İmam(ə) buyurdu: Sizin nişanə, dəlil və möcüzəni görməyə dözümünüz yoxdur. Amma camaat israr etdilər.

Nəhayət,
Əli(ə) camaatı qəbristanlığa tərəf apardı. Onlar quru və şoran olan bir
məntəqəyə çatdılar. Bu zaman yavaş səslə dua edib dedi: Öz pərdələrini
kənara çək.

Qəflətən
səhranın bir tərəfində bağlar, çaylar, başqa bir tərəfində isə
cəhənnəmin atəşi aşkar oldu. Bəziləri isə həzrətin möcüzəsini qəbul edib
dedilər: Peyğəmbər(s) buyurardı: Qəbr, behişt bağlarından biri, ya
cəhənnəm çalalarından biridir.



8) ÇINQIL DAŞLARIN TƏSBİH DEMƏSİ

Salman
deyir: bir neçə nəfər, Peyğəmbərin(s) hüzurunda oturmuşduq. Bu zamanda
Əli(ə)-da gəldi. Peyğəmbər(s) bir ovuc çınqıl daş götürüb ona verdi.
Daşlar hələ Əlinin(ə) əlində qərar tutmamışdı ki, dil açıb dedilər:
«Allahdan başqa, allah yoxdur. Mühəmməd(s) onun elçisidir. Razı oldum
ki, Allah mənim pərvərdigarım, Mühəmməd(s) Peyğəmbərim və Əli(ə) isə
mənim ağamdır.» ***

Peyğəmbər(s)
buyurdu: Sizlərdən hər kəs, Allahı və Əliyyibni Əbitalibin(ə)
vilayətini qəbul edib razı olsa, Allahın əzabından amanda qalacaq.



9) FƏRATIN SUYUNU YATIRMASI

Fəratın suyu çoxalmışdı. Camaat bu hadisədən qorxuya düşmüşdü. Əlinin(ə) hüzuruna gedib suyun çoxluğundan şikayət etdilər.

İmam Əli(ə) iki oğlu Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə, Fəratın
sahilinə gəldi. İmam Əli(ə) çayın kənarında durdu. Bir halda ki, su iki
tərəfdən qalxıb-coşurdu. Əlinin(ə) əlində Peyğəmbərin(s) şallağı var
idi.

Həzrət(ə) şallaq ilə suya vurdu. «Su yarım metr miqdarında aşağı yatdı.
Sonra daha bir zərbə vurdu. Bu dəfə su yarım metr miqdarında aşağı
yatdı.

Camaat Əlinin(ə) bu aşkar möcüzəsini müşahidə edib dedilər: Ey əmirəl-möminin(ə)! Suyu bir az da azalt!

Həzrət(ə) buyurdu: Mən Allahdan istədim və o da müşahidə etdiyinizi əta etdi(bağışladı). İsrar edən bəndə olmağı xoşlamıram.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!