İnsanlara yardım etməyənlər dünyada və axirətdə tək qalarlar

İnsanlara yardım etməyənlər dünyada və axirətdə tək qalarlar
Qadın və Din
10.09.2017 20
İnsanlar
elə xəlq olublar ki, bir-birlərinə möhtacdırlar. Təkbaşına həyat sürə
bilmirlər. İnsanların bir-birinə olan ehtiyacı birlikdə yaşamaqları üçün
şərait yaradır. Nəticədə bir cəmiyyət formalaşır.

İnsan
körpə olan zaman və qocalanda başqalarının yardımı ilə yaşayır. Lakin
deyə bilərik ki, insan cavan olanda da, yetkinlik yaşında da
başqalarının yardımına həmişə möhtacdır.

insanın maddi
ehtiyacları olduğu kimi, məhəbbət və sevgi kimi mənəvi ehtiyacları da
vardır ki, bu ehtiyacları ailədə təmin olunur. İnsanları bir-birinə
yaxın edən amillərdən biri də xəstəlikdir. Hər bir insan ömrü boyu
xəstələnir və sağalır. Xəstə insan sağalana qədər başqalarının yardımına
ehtiyac hiss edir. Bəzən hətta öz şəxsi ehtiyaclarını belə özü yerinə
yetirə bilmir. 

Allah insanları
elə yaratmışdır ki, hacətini təkbaşına yerinə yetirə bilməz və
başqalarının ona yardım etməsi şərtdir. Başqalarının hacətini yerinə
yetirmək onları bir-birinə yaxınlaşdırar və dost edər. Başqalarının
hacətini yerinə yetirmək üçün səy göstərmək Allah yanında o qədər
əzəmətli bir işdir ki, ən az mükafatı - behiştdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim möminin bir ehtiyacını yerinə yetirərsə, Allah onun çoxlu ehtiyaclarını yerinə yetirər ki, onların ən azı behiştdir".

İmam Sadiq (ə) buyurur: "Möminin
ehtiyacını yerinə yetirmək - min qəbul olmuş həccdən, Allah yolunda min
qul azad etməkdən, Allah yolunda min yüyənlənmiş atı hədiyyə etməkdən
daha üstündür".

Lakin çox
təəssüf ki, bu gün cəmiyyətdə insanların bir-birindən uzaqlaşmaqlarının
şahidi oluruq. Bəzən insan ailəsindən və valideynlərindən belə qafil
olur. İnsanların dini təlimlərdən uzaq olması onların arasına fasilə
salır və bir-birindən uzaqlaşdırır.

Bu gün
cəmiyyətdə ən kiçik insani ehtiyaclar pulla aradan qaldırılır. Xəstə
insan ona baxmaq üçün bir nəfəri tutur və ona pul verərək ehtiyaclarını
aradan qaldırmaqda yardım etməsini istəyir. Nəticədə də qohumlar
bir-birindən uzaqlaşır və hər şeyi pul həll edir.

O zaman ki,
insan öz qohumlarından uzaq düşür, dostluq və qohumluq bağlarına böyük
zərbələr dəyir. Ona görə də insanların öz ehtiyaclarına diqqət etməsi
zəruridir.

İslam dininin
nəzərinə görə, insanlar bir-birinə yardım etməlidir. O kəs ki, bu işdə
səhlənkarlıq edər, həm dünyada və həm də axirətdə tək qalar. İmamSadiq (ə) buyurur: "Nə zaman mömin, qardaşına yardım edə bilərsə, ancaq onu tək qoyarsa - Allah dünya və axirətdə onu tək qoyar".

Beləliklə deyə
bilərik ki, insanların bir-birindən uzaqlaşmasının əsl səbəbi dini
unutmaqları və dini təlimlərini yerinə yetirməməkləridir. İnsanlar gərək
nə qədər ehtiyaclı olduqlarına diqqət edərək, bir-birlərinə yardım
etsinlər və bir-birinə yaxınlaşsınlar. Əks halda dünyada da, axirətdə də
tək qalarlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!