Ruzinin çoxalması üçün ayə

Ruzinin çoxalması üçün ayə
Qadın və Din
10.09.2017 18
Dəfələrlə
təcrübə olunmuşdur ki, hər kəs hər gün vacib namazlardan sonra üç dəfə
salavat deyərək "Təlaq" surəsinin üçüncü ayəsini oxuyub və daha sonra üç
dəfə salavat deyərsə, bu ruzinin çoxalmasına səbəb olar. Ayə belədir:

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا

وَيَرْزُقْهُ
مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ
حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَاللَّهُ لِكُلِّ
شَيْءٍ قَدْرًا

"Və
mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuquhu min həysu la
yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliqu
əmrihi qad cəələllahu likulli şəyin qadra"

Tərcüməsi:
"Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta
edər.Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə,
(Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər
şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir."

Ruzinin çoxalması üçün ayrı bir ayə.

Bunun üçün hər gün sübh çağı namazdan sonra əlləri asimana tərəf qaldırıb dua niyyəti ilə bu ayəni on dəfə oxumaq lazımdır:

رَبَّنَا أَنْزِلْ
عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا
وَآخِرِنَا وَآيَةً مِنْكَ ۖ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ

"Rəbbəna
ənzil ələyna maidətən minəs-səmai məkunu ləna iydən liəvvəlina və
axirina və ayətən minkə vərzuqna və əntə xəyrur-raziqin."

(Maidə-114)

Tərcüməsi:
""Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o
bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra
gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə
olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”

Ruzi qazanmaq ibadətdir

 

İslam
dinində ibadət sayılan mövzulardan biri də ruzi dalınca gedib halal
nemət qazanmaqdır. Bu niyyətlə ki, öz ehtiyacına görə başqalarına əl
açmasın. Qurani-Kərim bu barədə buyurur:

«[Cümə]
namazını qılıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən
ruzi diləyin! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə
qovuşasınız!» [Cümə-10]

"Allahın
kərəmindən ruzi diləyin" ifadəsi çox vaxt Quranda,ruzi diləyib ticarət
istəmək mənasındadır. Lakin, demək olar ki, bu ifadənin məfhumu kimi,
ruzi və ticarət onun nümunələrindən biridir.

Bəziləri
bu ayədən istifadə edirlər ki, cümə namazından sonra ruzi ardınca olub
ticarət etməyin bərəkəti vardır. Rəvayətlərdə nəql olunur ki, İslam
Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cümə namazından sonra
bazara baş çəkirdi. Aşağıdakı rəvayətlər ruzi ələ gətirməyin ibadət
olduğunu bəyan edir:

İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:

«İbadətin yetmiş cüzi var. Onların ən yüksəyi, halal ruzi tələb etməkdir!»

Əbu Həmzə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:

«Hər
kim əhalidən ehtiyacsız olmaq, onların yanında öz hörmətini hifz
etməkdən ötrü dünya malının ardınca olsa və bu mal-dövlət istəmək və
çalışmaq, insanın öz ailəsinə və qonşularına kömək üçün olsa, qiyamət
günü, üzü on dörd gecəlik ay kimi parlayan halda, Allahın hüzuruna
gələr!» [Vəsailüş-şiə,12-ci cild,səh.11,hədis-5]



Günay Cəfərovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!