Orucu batil edən işlər və onların hökmləri

Orucu batil edən işlər və onların hökmləri
Qadın və Din
10.09.2017 8
1-Yemək və içmək

Bilərəkdən
yeyib-içmək orucu batil edir –istər o şeyin yeyilib-içilməsi adət
olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac yarpaqları
kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından
çıxardıb, yenidən ağzına qoyaraq rütubətini udsa, orucu batil olur. Amma
əgər diş fırçasının rütubəti az olduğundan ağzının suyunda aradan
getsə, istisnadır.

Əgər
yemək yediyi və yaxud su içdiyi halda sübh olduğunu bilsə, ağzında
olanları geri qaytarmalıdır. Əgər bilərəkdən udsa, orucu batil olar və
kəffarəsi də var.

Səhv və unutqanlıq üzündən yeyib–içmək orucu batil etmir.

Vacib
ehtiyata görə, oruc tutan şəxs iynə, qida və dərman kimi istifadə
edilən sistemlərin vurulmasından çəkinməlidir. Lakin, bədən üzvünü
hissiz edən iynələrin vurulmasının eybi yoxdur.

Oruc
tutmaq istəyən şəxsin sübh azanından qabaq dişlərini fırçalaması və
xilal etməsi yaxışıdır. Əgər dişlərinin arasında qalan yeməyin gündüz
udacağını bilsə, vacib ehtiyata əsasən, qabaqcadan onları fırçalayıb
xilal etsin. Belə etmədikdə, yemək udulsa, orucu sona qədər tutmalı və
sonra qəzasını da yerinə yetirməlidir.

Ağız
suyunu udmaq–hətta əgər turşluq və s. kimi şeyləri xəyala gətirməklə
belə ağıza yığılsa, orucu batil etmir. Başdan, sinədən gələn suyu
(bəlğəm və burun suyunu), ağız fəzasına çatmadığı halda, udmağın eybi
yoxdur. Amma ağız fəzasına daxil olsa, ehtiyat-vacibə görə onu
udmamalıdır.

Uşaq
üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq, ağızı su və dərmanla
yumaqla onlardan bir şey boğaza getməsə, orucu batil etmir. Əgər
ixtiyarsız olaraq boğaza çatsa, eybi yoxdur. Amma əgər əvvəldən
ixtiyarsız olaraq boğaza çatacağını bilsə, orucu batildir, qəza və
kəffarəsi var.

Əgər
insan dözülməz həddə susuzlanıb, xəstələnmək və yaxud həlak olmaq
qorxusu hiss etsə, zəruri olduğu qədər su içə bilər. Lakin, onun orucu
batil olur. Əgər ramazan ayı olsa, sonrakı günləri oruc tutmalıdır.

İnsan
zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi dözülməz dərəcədə
olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.



2-Cima

Cima
(cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma
gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən
yerdən az daxil olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd
olunan miqdarın daxil olub-olmamasında şəkk etsə, onun orucu düzgündür.

Əgər
oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir ixtiyarı olmadığı
halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima əsnasında
(oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal
(cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.



3-İstimna

Əgər
oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma xaric etsə, onun
orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud oyaq
olduğu halda gəlsə, oruc batil olmur.

Əgər
oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim- yuxuda spermanın xaric
olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna xələl
gəlməz.

Əgər oruc tutan şəxs sperma gələn halda yuxudan oyansa, onun qarşısını alması vacib deyil.

Oruc
tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi üçün (hərçənd
belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını
bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün
bir zərəri yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl
etməlidir.

Oruc
tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını bilib qusuldan
qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı olar
ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil.

Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.

Əgər
oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz
arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan
spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən
ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın
gəlməməsindən xatircəm olsa, istisnadır.



4-Allah, Peyğəmbər (s) və İmamların adından yalan danışmaq

Əgər
oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)
və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq,
işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə,
vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət
Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.

Əgər
doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə,
gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin.
Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda "Peyğəmbərin
(səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”,
deməlidir.

Əgər
bir şeyin düzlüyünə etiqad bəsləyərək onu Allahın və yaxud Peyğəmbərin
(səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə
yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan
bildiyi halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru
olması məlum olsa belə, onun orucunun eybi var.

Əgər
başqasının quraşdırdığı yalan xəbəri bilərəkdən Allaha və Peyğəmbərə
(səlləllahu əleyhi və alihi və səlləm) nisbət versə, orucunun eybi var.

Əgər
oruc tutan şəxsdən "Peyğəmbər belə bir şeyi buyurub ?” deyə soruşsalar
və bilərəkdən "”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm) belə bir sözü buyurmadığı halda və yaxud "Yox” desə və Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi
var.

Əgər
şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən yalan danışsa, məsələn,
vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu Allaha və
Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa,
orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa,
haram iş görmüşdür, amma orucu batil deyil. Məlumatsız halda şübhəli bir
hökmü nəql edən şəxs də belədir.



5- Qəliz tozu boğaza çatdırmaq

Qəliz
toz boğaza çatıb gilə dönüb, içəri getsə, orucu batil edir. Belə
olmadıqda, istər yeyilməsi halal olsun, un kimi, istərsə də haram, oruc
düzgündür.

Əgər
külək və yeri süpürmək vasitəsi ilə qəliz toz qalxsa və ehtiyatsızlıq
üzündən boğaza çatsa, onun orucu batil olur (qabaqkı məsələdə qeyd
olunduğu kimi).

Bütün
insanların hər bir halda siqaret və digər tütün məmulatlarından
çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən,
orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan
şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına
baxmayaraq, hamama getməyin eybi yoxdur.

Əgər oruc olduğunu unutsa, özünü gözləməsə, yaxud ixtiyarsız olaraq toz və s. kimi şeylər boğaza çatsa, onun orucu batil olmur.

Tüstü
və tozun boğaza çata biləcəyini ehtimal verdiyi halda ehtiyat
etməlidir, lakin, onun boğaza çatmayacağına yəqin və yaxud ehtimalı
varsa orucu düzgündür.



6-Başı suya batırmaq

Vacib
ehtiyata görə, oruc tutan şəxs bilərəkdən, hətta bədənin qalan hissəsi
sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır. Amma
bədəninin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın
bir hissəsi sudan xaric olsa, oruc batil olmaz. Başı gülab kimi mayelərə
və başqa müzaf sulara batırmaq, mütləq suyun hökmündədir.

Əgər
əvvəlcə başın bir hissəsini, sonra isə o biri hissəsini suya batırsa,
orucu düzgündür. Lakin, bütün başını suya batırıb, yalnız saçıların bir
hissəsi çöldə qalsa, orucunun eybi var.

Boğulan
bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin
orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi
görmək vacibdir və sonradan qəzasını tutmalıdır.

Əgər dalğıclar başlarını papaqları ilə örtüb, onunla suyun təkinə getsələr, orucları düzgündür.

Əgər
oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud onu suya atsalar və
başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını suya
batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən,
tez başını sudan çıxarmalıdır.

Əgər
bir şəxs oruc olduğunu unudub qusul niyyəti ilə başını suya batırsa,
oruc və quslu düzgündür. Əgər müəyyən bir vacib oruc tutduğunu bilib,
qusul üçün qəsdən belə bir iş görsə, vacib ehtiyata əsasən, həm orucun
qəzasını yerinə yetirməlidir və həm də yenidən qusl almalıdır.



7-Sübh azanına qədər cənabət halında qalmaq

Vacib
ehtiyata görə, bilərəkdən sübh azanına qədər qusl etməyən cənabətli
şəxsin orucu batildir. Lakin, qusl etməyə imkanı olmasa və yaxud vaxt az
olsa, təyəmmüm etməlidir. Amma (qusul verməməsi) bilərəkdən olmasa,
orucu düzgündür. Heyz və nifas qanından təmizlənib, sübh azanına qədər
qusl etməyən qadının hökmü cənabət qusulunda qalan şəxsin hökmü ilə
eynidir.

Cənabət
halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun
qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.

Əgər
cənabətli olan şəxs ramazan ayında quslu unutsa və bir neçə gündən
sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin
qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu
bilmirsə, üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu
tutmaq isə ehtiyat müstəhəbdir.

Ramazan
ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir
şəxs, özünü cənabətli etsə, orucunun eybi var; ehtiyata görə, qəza və
kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız
təyəmmüm üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).

Əgər,
qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü cənabətli etsə və sonra
vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.

Ramazan
ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana
bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa,
orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də
yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər
və ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.

Ramazan
ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki,
yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul
alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu
düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki,
qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.

Əgər
belə bir şəxs yatıb oyansa və yaxud bilsə və ya ehtimal versə ki,
yatdığı halda sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb
oyanmasa, ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin,
üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində
ona kəffarə vacib olmur.

Möhtəlim olduğu yuxu birinci yuxu hesab olmur, lakin o yuxudan oyanıb, ikinci dəfə yatsa, ikinci yuxu sayılır.

Gün ərzində möhtəlim olan şəxs tez qusul etməlidir, lakin əgər qusul etməsə, onun orucunun eybi yoxdur.

Əgər
ramazan ayında sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görsə və
bunun istər azandan qabaq, istərsə də sonra baş verdiyini bilsə, yaxud
şəkk etsə, orucu düzgündür.

Ramazan
ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra
oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu
bilsə, əgər qəza orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən,
başqa bir gündə oruc tutsun. Əgər qəza orucunun vaxtı azdırsa, məsələn,
boynunda beş gün qəza orucu var və ramazan ayının başlanmasına da beş
gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.

Əgər
mübarək ramazan ayında sübh azanından qabaq heyz və nifasdan pak olub
qusul etməyə vaxtı olmasa, təyəmmüm etməlidir və orucu düzgündür. Lakin,
nə qusul və nə də təyəmmüm etməyə vaxtı olmasa, (orucunu tutmalı),
sonradan isə qusul etməlidir və orucu da düzgündür.

Sübh
azanından sonra heyz və ya nifas qanından pak olan, həmçinin gün
ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın
oruc tuta bilməz.

Əgər
qadın sübh azanından qabaq heyz və yaxud nifasdan paklanıb səhlənkarlıq
üzündən qusl etməsə, vacib ehtiyata görə, orucu batildir. Lakin
səhlənkarlıq üzündən deyil, yalnız hamamın açılmasını və yaxud suyun
isti olmasını gözlədiyi üçün azana qədər qusul etməsə, təyəmmüm aldığı
halda onun orucu düzgündür.

Əgər
istihazə halında olan bir qadın öz qusullarını istihazə hökmlərində
deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu düzgündür.

Meyyitə
məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul
almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu
batil olmaz, lakin namaz üçün qusul etməlidir.



8-Mayelərlə imalə etmək

Maye
şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən bir xəstəliyin müalicəsi
üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün istifadə olunan
qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan
ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.



9-Qusmaq

Bilərəkdən
qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq, xəstəliyi
dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin, səhvən
və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.

Əgər
gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq
qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə görə bu
işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə
yetirməlidir.

Oruc
tutan şəxsin zorla qusmağının qarşısını alması vacib deyil, lakin,
zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.

Əgər
yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc
tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün
olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə
çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa,
orucu batildir. Gəyirmək vasitəsi ilə boğazından qusmaq hesab olunan bir
şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin,
yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə ixtiyarsız
olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu
bilərəkdən udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi
yoxdur.

Öncədən
qeyd edilən doqquz şeyi səhvən və yaxud ixtiyarsız olaraq yerinə
yetirən şəxsin orucu düzgündür. Lakin, boynunda cənabət qüslü olan şəxs
yatıb, sübh azanına qədər qusl etməsə, orucunun əvvəldə izah etdiyimiz
şəkildə eybi var.

Oruc
tutan şəxs səhvən orucu batil edən şeylərdən birini yerinə yetirsə və
orucunun batil olmasını düşünərək bilərəkdən bu işlərdən birini yenidən
təkrar etsə orucu batil olmaz, lakin ehtiyat müstəhəbbə görə, qəzasını
tutmalıdır.

Əgər
zorla bir şeyi oruc tutan şəxsin boğazına töksələr və ya başını
tamamilə suya batırsalar, orucu batil olmaz. Lakin, onu iftar etməyə
məcbur etsələr, məsələn, desələr ki, əgər yemək yeməsən sənin canını və
malını təhlükədə qoyarıq və o da təhlükəni sovuşdurmaq üçün yemək yesə,
orucu batildir.

Vacib
ehtiyata görə, oruc tutan şəxs boğazına zorla nəyisə tökəcəkləri və ya
onu iftar etməyə məcbur edəcəkləri yerə getməməlidir. Lakin, belə bir
yerə getməyi qəsd edib sonra fikrindən daşınsa və ya getdikdən sonra ona
yeməyə heç nə verməsələr, orucu düzgündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!