Namaz qılmaq insanın nicatıdır

Namaz qılmaq insanın nicatıdır
Qadın və Din
10.09.2017 5
İnsan
özünü nəfsani istəklərdən qoruyub, Allaha pərəstiş etməklə öz
şəxsiyyətinə önəm verir. Maddi maraqlarının quluna çevrilməyən mö`min
insan azad yaşayır, sağlam düşünür və həmişə böyük ruh yüksəkliyi ilə
həyatını davam edir. Onun belə yaşamasına səbəb ən uca bir qüdrətə -
Allaha bağlı və kiçik, puç ünsürlərdən asılı olmamasıdır. Allah-taala bu
gözəl əxlaq sahiblərini Qur`ani-kərimdə yad edərək onları nicat
tapmışlar adlanıdırır.



"(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” 

Başqa bir surədə Allahın digər fərzləri ilə yanaşı namaz qılanların uca şəxsiyyətli olmasına işarə edilir.

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَالَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ



"Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)

O
kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız
Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında
kiçilərlər!)” . 



Namaz fərdi və cəmiyyəti islah edir

Ümumiyyətlə,
Allahın əmrlərini yerinə yetirib, haram edilən əməllərdən uzaqlaşmaq
yer üzündə ən mütərəqqi dövlətin yaranmasına səbəb olar. İslam dinində
əmr xarakteri daşıyan şeylər insanları elmə, ədalətə, bərabərliyə,
mübarizəyə, çalışmağa, səadətə və s. də`vət etdiyi halda qadağalar isə
onları azğınlıqdan, zəlalətdən uzaqlaşdırır. 

Dinin vacib əməllərindən biri olan namaz da bu keyfiyyətə malikdir. Qur`ani-kərimdə Allah bu məsələni belə xatırladır:

وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُواْ الصّلوةَ إِنَّا لاَ نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ



"Kitabdan
(möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar
(bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!” 



Dini
inanc insanı bütün çirkinliklərdən, nəfsani istəklərin ifrat halı
alması təhlükəsindən xilas edir. Dinin qaydalarına əməl edən şəxs
formalaşmış bir fərd olduğu üçün özünə hörmətlə yanaşdığı kimi,
başqaları ilə də hörmətlə davranır və özünü rəzil əxlaqi keyfiyyətlərdən
islah etdiyi kimi başqalarını da bu keyfiyyətdə görməyə çalışır.
Cəmiyyəti təşkil edən fərdlər olduğu üçün onların islahı böyük bir
kütlənin islah olunması ilə nəticələnir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!