Nadan və ağılsız..!

Nadan və ağılsız..!
Qadın və Din
10.09.2017 12
Nadan və ağılsız..!

Ünsiyyəti qadağan edilmiş şəxslərdən biri nadan və ağılsız adamdır.

Əlbəttə,dinin
axmaq adamlq dostluğu qadağan etməsi tövsiyə xarakterlidir.Çünki ağlı
olan hər bir kəs bilir ki,nadan və axmaqla dostluq etməkdə,əsla ,bir
xeyir yoxdur və o,zərər ziyanla dolu bir dostluqdur..

İmam Sadiq (ə)buyurur:

''Axmaq adamla yoldaşlıq etməkdən çəkin.''

Kafi c 4 səh 456

''Yalançı,axmaq
adamla yoldaşlıq etmə.Çünki o,nə vaxt sənə xeyir vermək istəsə,ziyan
vurar.O səndən çox uzaq şeyi sənə yaxınlaşdırar,yaxın şeyi sənə uzaq
göstərər.Əgər ona etibar etsən,sənə xəyanət edər,əgər o sənə etibar
etsə,sənə hörmətsizlik edər.Əgər səninlə söhbət etsə ,yalan danışar,əgər
sən onunla söhbət etsən,səni yalançı sayar.''

Biharul ənvar c74 səh193

İmam Əli(ə)buyurur:

''Əxlaqi pozğunluq ağılsızlarla ünsiyyət nəticəsində,əxlaqın sağlamlığı isə ağıllılarla ünsiyyətin bərəkətindən yaranır.''

Məarif və maarif c1 səh 2095

''Axmaqla yoldaş olma.Çünki o öz əməlini sənə gözəl göstərəcək və sənin də onun kimi olmağını istəyəcək.''

Nəhcul bəlağə.Feyzülislam səh 1228 ,285 ci hikmətскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!