Cənazən qarşıdadır, sənə verilən iki böyük əmanətə sahib ol

Cənazən qarşıdadır, sənə verilən iki böyük əmanətə sahib ol
Qadın və Din
10.09.2017 8
Cənazən qarşıdadır, sənə verilən iki böyük əmanətə sahib ol. 

Cənazə
qarşıdadır. Bir çoxlarını bilmirəm, qəlbi olub düşünən hər kəsi vahimə
bürüyür. Bu qədər insanların qarşısında dayanan cənazə məndə ola
bilərdim. Səndə ola bilərdin. Əslində məndə bir müddətdən sonra belə
cənazə olacağam və sən də olacaqsan. Məgər buna şübhən var? Yox. Bir
anlıq dayan. Səndə cənazəsən. İndi qarşıda gördüyün cənazə mənəm, baxıb
pis olma, əksinə bax və təsirlən ki, sən də cənazəsən. 



Bədənin
buz kimidir. Tabutdasan. Bədənin sakit vəziyyətdə qalıb. Heç nə deyə
bilmirsən. Çünki artıq dilin bağlanıb. Heç bir hərəkət edə bilmirsən,
çünki artıq əllərin və ayaqların bağlanıb. Ətrafında olanlar hamısı
vahimə içindədirlər. Çünki artıq kitabın bağlanıb. Hörmətli dostum məgər
inanmırsan belə olacağına? İnanırsan. Elə isə gənc dostum, yaxud
hörmətli, dəyərli, Allahın mələklərini özlərinə baş əydirdiyi insanlar,
vaxtınızı hara, nə üçün, kimin üçün ayırırsınız? Nə üçün sizə verilən ən
qiymətli vaxtınızın qədrini bilmirsiniz? Elə bir vaxt ki, o bir daha
sizə verilməyəcək, həmçinin sizə verilən bu vaxta görə həm Allah yanında
məsuliyyət daşıyır, həmçinin sizin bu səviyyəyə çatmağınız üçün zəhmət
çəkən bütün insanlar qarşısında məsuliyyət daşıyır, bundan başqa özünüz
öz nəfsiniz üçün məsuliyyət daşıyırsınız. Dəyərli oxuyucu elə bir günü
düşün ki, bütün bədən orqanların, dərin, əlin, ayağın, gözün və s. bütün
orqanların sənin əleyhinə, sənin üzünə duracaqlar. Həmin günü sənə
xatırlatmaq, həmin günə hazırlanmaq üçün həm özümə, həmdə sənə faydalı
hesab edəcəyim bəzi həqiqətləri çatdırmaq istəyirəm. Əvvəlcə xatırladım,
bəlkə fərqində deyilik, Allah təala bizə bu qədər nemətlər verib ki,
bunlardan ikisi daha böyük və mühüm nemətlərdir. O nemətləri mən yox,
Allah tərəfindən bizə göndərilən peyğəmbər (səllallahu aleyhi və səlləm)
bizə xəbər vermişdir. 

İbn
Abbasdan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə O belə
demişdir: "Allahın Rəsulu (səllallahu aleyhi vəsəlləm) dedi: "- İki
nemət vardır ki, insanların çoxu onda aldanmışlar: Bədənin səhhəti
(sağlam olması) və boş vaxtdır” (Buxari, 6412). 

Aişədən
(Allah ondan razı olsun) rəvayət olunmuşdur ki, O belə demişdir:
"-Rəsulullah (səllallahu aleyhi və səlləm) Ramazanın son on günü gəldiyi
zaman gecələri ibadətlə keçirər (yəni əhya edər), ailəsini yuxudan
oyadar, digər vaxtlarda etdiyi ibadətdən daha çox ibadət edər və kəmərni
möhkəm saxlayardı (yəni ibadət etmək üçün xanımlarından uzaq durardı)”
(Buxari, 2 024, Müslim, 1174). 

İbn
Məsuddan rəvayət olunduğuna görə Rəsulullah (səlləllahu aleyhi
vəsəlləm) belə buyurmuşdur: "Qiyamət günü bu beş şeydən soruşulmadıqca
Adəm oğlunun ayağı Rəbbinin yanından ayrılmayacaqdır: Ömrünü harada
keçirdiyindən (hədər etdiyindən), gəncliyini harada tükətdiyindən (fəna
etdiyindən), malını haradan əldə edib haraya xərclədiyindən,
bildiklərinə (elminə) nə qədər əməl etdiyindən” (Tirmizi 2416). Albani
bu hədis haqqında "Səhihul-Cami”də 7299-cu hədisdə həsəndir demişdir.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) bu hədisi oxuduqda belə
demişdir: "Hər biriniz açıq-aydın, heç bir buludun olmadığı gecədə ay
ilə təkbətək, baş-başa, yəni ayı təmiz görərək qaldığı kimi Qiyamət
günündə Allah təala ilə baş-başa (yəni təkbətək) qalacaq və Allah təala
ondan bunları soruşacaqdır: 

- Ey qulum! Mənə qarşı səni aldadan nə idi?

- Öyrəndiklərinlə nə qədər əməl etdin?

- Elçilərimə (göndərdiyim peyğəmbərlərə) nə cavab verdin? (Heytəmi, Məcmauz-Zəvaid, 347, Tabarani). 

Yenə
Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: "Günəşi
batan, ömrümü azaldan və əməlimi artırmayan bir günə peşman olduğum
qədər heç bir şeyə peşman olmadım”. 

Peyğəmbər
(səllallahu aleyhi və səlləm) bu dəyərli sözü axirəti istəyən kimsə
üçün örnək vermişdir. Çünki şeytan, o kimsənin yolunun üstündə
gözləyəcək, nəfsi və yalançı əməlləri də onun yardımçıları olacaqdır.
Əgər gedəcəyi yola diqqət edərsə və əməlində, işində niyətini xalis
(yalnız) Allaha aid edərsə şeytandan, onun hiyləsindən və köməkçilərinin
özünün yolunu kəsməsindən əmin olar. Allahın Rəsulu (səllallahu aleyhi
və səlləm) axirət yoluna yönəlmənin, axirəti əldə etmənin çox çətin
olduğuna və çox az bir çalışmaqla onu əldə etməyin mümkün olmayacağına
diqqət çəkmşdir. 



Bu
gün biz Allaha və göndərdiyi Rəsuluna (səllallahu aleyhi və səlləm)
tabe olduğumuza görə baxırsan ki, əvvəllər həmişə bizimlə olmağı
istəyən, həmişə bizimlə olan yaxınlarımız bizimlə əlaqəni kəsməyə cəhd
edirlər. Daha doğrusu özləri haramların içndə olduqları üçün bizi yaxın
buraxmırlar. Bu Allaha bağlı olanlar üçün əslndə bir sevinc olmalıdır.
Çünki dərk etməlidir ki, Allah həmin şəxsin qəlbini görür və Allaha
bağlı olduğu üçün daima onun qəlbinə nur və rahatlıq gətirir. Yer
üzərində ən dəyərli insanlar məhz Allaha və sonra Rəsuluna tabe olan və
axirəti üçün çalışan insanlardır. Bu gün Allaha bağlılıq göstərən bir
insan haram məclislərə getmir deyə, harama baxmır, haramı dinləmir deyə
ondan üz çevirmə. Ona bilmədyin bir məsələyə görə arxa çevirmə. Unutma!
Yer üzərində olan bütün insanlar həmin şəxsdən üz çevirsələr belə, əgər
Allah ondan razıdırsa və Allaha bağlı olduğu üçün özünü xoşbəxt hesab
edirsə sənin üz çevirmən ona nə zərər gətirər nə də fayda verə bilər. 

Əbu
Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə o belə
demişdir: Rəsulullah (səllallahu aleyhi və səlləm) belə dedi: "Kim
düşmənin hücumundan qorxarsa gecə vaxtı tədarük görüb yola düşər. Kim
gecədən yola düşərsə gedəcəyi yerə (mənzilə) çatar. Yaxşı-yaxşı bilin
ki, Allahın verəcəyi nemətləri (verəcəyi dad, məta) çox (dəyərli, üstün)
bahalıdır. Yaxşı-yaxşı bilin ki, Allahın verəcəyi o üstün (dəyərli)
dad, ləzzət, məta Cənnətdir” (Tirmizi, 2450, Albani səhih demişdir). 

Buna
görə də biz dayanmadan gecə və gündüz axirət həyatımız üçün tədarük
görməliyik. Beləliklə, biz dərk etməliyik ki, vaxt həyatın özüdür
(əsasıdır). Hər km vaxtını boş yerə keçirib itirərsə həyatını itirmiş
olar. Bundan başqa axirətdə boş yerə xərclədiyi, israf etdiyi bu
vaxtından hesaba çəkləcəkdir. Bir çox insan vaxt barəsində aldanıb
zərərə düşür, vaxtını dünya və axirətdə özünə zərər verəcək işlərdə
hədər edir. Belə hala düşməkdən Allaha sığınır və bizim bütün
xətalarımızı düzəltməsində uca Allahdan kömək istəyirik. Bu bir
xatırlatma idi. Əsas da özüm üçün. Çünki artıq həmişə bizmlə olan,
həmişə bizdən ayrılmayan, həmişə bədənimzə öyrəşdirdiyimiz ruhumuz
mütləq əvvəlcədən təyin olunmuş, müəyyən əcəl vaxtımızda bədənimizi tərk
edəcək. 



Dəyərli
dostum gəlin köməkləşib son mənzilmiz üçün tədarük görək. Bu nəsihəti
həm özüm üçün, həm də sizin üçün etməkdə məni müvəffəq edən uca Allaha
həmd olsun. 



Yazıb hazırladı: Əkrəm Həsənovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!