Hz. Əli (ə)dən soruşdular

Hz. Əli (ə)dən soruşdular
Qadın və Din
10.09.2017 8
Allahın
ən güclü əsgəri kimdir?”. O, belə cavab verdi: "Dəmirə baxdım, onun
möhkəmliyini və sərtliyini görüb Allahın ən güclü və əzəmətli əsgərinin
dəmir olduğunu düşündüm. Daha sonra oda baxdım. Gördüm ki, od dəmiri
əridir. Dedim ki, Allahın ən güclü və əzəmətli əsgəri oddur. Daha sonra
suya baxdım gördüm ki, su odu söndürür. Bu zaman suyun Allahın ən güclü
və əzəmətli əsgəri olduğunu zənn etdim. Sonra buludlara baxdım.
Buludların suları daşıdığını görüb buludların Allahın ən güclü və
əzəmətli əsgərləri olduğunu düşündüm. Küləyə baxdım. Buludların küləklər
vasitəsi ilə hərəkətə gətirildiyini gördüm. Öz-özümə küləklərin Allahın
ən güclü və əzəmətli əsgərləri olduğunu fikirləşdim. Sonra dağlara
baxdım. Gördüm ki, küləklərə sinə gələn dağlardır. Dağların Allahın ən
güclü və əzəmətli əsgərləri olduğunu düşündüm. Daha sonra insana baxdım.
Gördüm ki, insan dağların üstündə dayanıb. Bu dəfə insanın Allahın ən
güclü və əzəmətli əsgəri olduğunu düşündüm. Sonra insanı zəif edən
səbəbə baxdım. Gördüm ki, yuxu insanı zəiflədib, özündən bixəbər edir.
Dedim ki, yuxu Allahın ən güclü və əzəmətli əsgəridir. Yuxunu qaçıran
səbəblərin nə olduğunu düşündüm. Qəm və kədərin yuxunu qaçırdığını
gördüm. Qəm və kədərin Allan ən güclü əsgəri olduğunu dedim. Daha sonra
gördüm ki, qəm və kədərin yeri qəlbdir. Qəlbin Allahın ən güclü və
əzəmətli əsgəri olduğunu düşündüm. Baxım ki, bu qəlb yalnız Allahı zikr
etməklə hüzura və rahatlığa qovuşa bilir. Bu zaman əmin oldum və dedim
ki, Allahı zikr etmək ən güclü və əzəmətli əsgərdir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!