Fitrə kimə, nə qədər verilməlidir?

Fitrə kimə, nə qədər verilməlidir?
Qadın və Din
10.09.2017 19
Ramazan
Bayramında fitrə vermək də vacibdir. Ona görə də müsəlmanlar bu şərtə
əməl etmək üçün ailə üzvlərinin sayına uyğun fitrə çıxmalıdırlar. Qeyd
edək ki, ötən ildən fərqli olaraq bu il QMİ sədri H.A.Paşazadə
adambaşına düşən fitrənin məbləğini də açıqlamadı. QMİ-dən bildirdilər
ki, bu məbləğ üç kiloqram buğda, xurma, unun dəyəri ola bilər. Orta
hesabla adambaşına üç manat fitrə çıxmaq olar: «Fitrə elə məbləğdə
çıxılmalıdır ki, ayrılan fitrə hesabına xüsusi verildiyi adam evində
bayram süfrəsi aça bilsin. Çünki fitrə sədəqə deyil. Fitrənin məramı
odur ki, ayırdığın pulla hansısa sosial baxımdan çətinlik içərisində
yaşayan insanın evində bayram süfrəsi açılsın».



Binəqədi
Rayon Dini İcmasının sədri Mirpaşa Bayramov da fitrənin konkret hansısa
məbləğdə çıxılmasının şərt olmadığını söyləyir. M.Bayramov deyir ki,
şəriətə görə fitrə adambaşına 3 kq buğda, un, yaxud xurmanın qiymətini
hesablamaqla çıxarılmalıdır: «Ola bilər ki, hansısa ailənin gəliri o
qədər də yüksək deyil. Bu zaman həmin insan öz imkanına uyğun istər 3
kiloqram buğdanın, istərsə də eyni çəkidə unun dəyərində fitrə çıxa
bilər. Fitrə çıxarkən bütün insanlar düşünməməlidirlər ki, onların
verdikləri xüms hesabına hansısa imkansız ailə bayram süfrəsi aça
bilməlidir. Çünki belə şəxslərə fitrə əksər hallarda bir yox, bir neçə
insan tərəfindən verilir».



M.Bayramov
maddi imkanı daha da məhdud olan insanların, hətta çox cüzi məbləğdə
fitrə çıxmasının mümkün olduğunu söylədi: «Belə halda ailə sahibi evdəki
adamların sayından asılı olmayaraq 1, yaxud 2 manat ayırıb həyat
yoldaşına verə bilər. Həyat yoldaşı isə həmin pulu uşağına verməli,
ailədə çox uşaq varsa, ayrılan fitrə beləcə bir-birinə ötürülməklə
çıxarıla bilər».

İcma sədri bayram gecəsi evdə olan qonağın da fitrəsini verməyin ev sahibinin boynuna düşdüyünü söylədi.



O
ki qaldı fitrənin kimlərə və nə vaxt verilməsinə, M.Bayramov deyir ki,
fitrə ilk növbədə yaxın ətrafdakı imkansız insanlara verilməlidir. Əgər
yaxında belə insan olmasa, kənardan imkansız və əlsiz-ayaqsız adam
axtarmaq olar. Fitrə pulu isə bayram axşamı ayrılmalı, bayrama qədər
imkansız insanlara çatdırılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!