Fatimeyi Zəhra (s.ə) niyə gecə ikən dəfn olundu?

Fatimeyi Zəhra (s.ə) niyə gecə ikən dəfn olundu?
Qadın və Din
10.09.2017 17
Deyirlər
ki, həzrət Fatimənin (s.ə) gecə ikən dəfn olunmasına səbəb xanımın
özünün Əbu Bəkrin xanımı Əsma binti Ümeysə vəsiyyəti idi ki, onun
cəsədinin əndazəsini naməhrəmlərin görməsini istəmirdi.

Gecə
ikən xəlifədən xəbərsiz və onun namazda iştirak etməməsi məqsədilə
yerinə yetirilən dəfnin gizli qalan sirləri vardır ki, dərinliyinə
varanda mesajlar ortaya çıxır. Düzdür ki, bu cür dəfn olunmağı Fatimə
(s.ə)özü istədi və belə vəsiyyət etdi, amma sual budur ki, axı xanımın
bu cür vəsiyyət etməsinə səbəb nədir? Məgər cavab bu deyilmi ki, xanım
düşmənlərinə qarşı olan qəzəbini izhar edir, düşüncəli tarixçilərin və
gələcək nəslin qarşısına sual qoyur ki, soruşsunlar: Nə üçün Peyğəmbərin
(s.ə) yeganə qızının qəbri gizlidir?! Niyə Peyğəmbərin (s) yeganə qızı
gecə ikən və gizli şəkildə dəfn olundu?! Niyə imam Əli (ə) Əbu Bəkr və
Ömərə xəbər vermədən ona namaz qıldı? və s.

Məgər Peyğəmbərin (s.ə) canişini (əlbəttə özlərinin iddiasına əsasən) Əbu Bəkr o Xanıma namaz qılmağa layiq deyildi?

Bəli
Fatimə (s.ə) vəsiyyət etdi ki, onu gecə ikən dəfn edib, ona zülm
edənlərin heç birini bundan xəbərdar etməsinlər. Bu iş də öz növbəsində
şiə üçün Siddiqeyi Şəhidənin (s.ə) məzlum dünyadan köçməsinə və ona zülm
edənləri heç zaman bağışlamayacağına ən yaxşı dəlildir.

Şiə və sünni kitablarında bu mətləbə dəlil olaraq çoxlu rəvayətlər vardır ki, qısaca bir neçəsinə işarə edirik.

 

Gecə ikən dəfn əhli sünnə kitablarında:



Buxari yazır:

Fatimeyi
Zəhra (s.ə) Allah rəsulundan sonra 6 ay yaşadı. Dünyadan köçəndə həyat
yoldaşı Əli (ə) onu gecə ikən dəfn etdi və Əbu Bəkrə xəbər etmədi.

(Əbuxariyul-Cufi,
Muhəmməd ibn İsmail əbu Abdullah. Səhihe Buxari, c 4, s 1549, hədis
3998, Kitabul-məğazi, ğəzvətul-Xeybər babı. Mustafa Deybul-bəğa, Dar ibn
Kəsir nəşriyyatı, Əlyəmamə-Beyrut)

 

İbn Quteybə deynəvəri "Təvilun müxtəliful-hədis"də belə yazır:

Fatimə(s.ə)
Əbu Bəkrdən atasının mirasını istədi. Əbu Bəkr qəbul etmədi. Ona görə
də, Fatimə (s.ə) and içdi daha onunla (Əbu Bəkrlə) danışmayacaq və
vəsiyyət etdi ki, Əbu Bəkr onun dəfn mərasimində iştirak etməsin.
(Əldeynəvəri, Təvilun muxtəliful-hədis c 1, s 300. Təhqiq: naşir
Darul-ceyl Beyrut (1393 h.q,1972 m).



Əbdur-Rəzzaq Sənani belə yazır:

Peyğmbərin
(s) qızı Fatimə (s.ə) ona görə gecə ikən torpağa tapşırıldı ki, Əbu
Bəkr ona namaz qılmasın, çunki onların arasında (xoşagəlməz) hadisələr
baş vermişdi.

 

Həmçinin deyir:

Hüseyn
ibn Muhəmməddən də bu cür rəvayət nəql olunubdur ki, Fatimə (ə) şəxsən
özü belə vəsiyyət etmişdir. (Əlsənani əlmusnəf; c 3, s 521, hədis 6554
və 6555, Təhqiqun Həbibur-Rəhman əl-Əzəmi. Nəşriyyat
məktəbul-islami-Beyrut. Əttibiəh: Əssaniyəh1403 h.q)

 

İbn Bətal "Səhih-Buxari"nin şərhində yazır:

Əksər
alimlər gecə ikən cənazənin dəfninə icazə vermişlər. Əli ibn Əbu Talib
(ə) həyat yoldaşı Fatiməni (ə) gecə dəfn etdi ki, Əbu Bəkr ona namaz
qılmasın. Çünki onlar arasında hadisə baş vermişdi. (Əlqurtubi-Səhihi
Buxarının şərhi, c 3, s 320)

İbni
Əbil Hədid, Cahizdən nəql edərək belə yazır: Fatimənin (s.ə)
(qəsbkarların əlindən) narahatçılığı o həddə çatmışdı ki, Əbu Bəkrin ona
namaz qılmamasını vəsiyyət etmişdi.(İbni Əbil Hədid, Nəhcul-bəlağənin
şərhi, c 16, s157)



Həmçinin başqa bir yerdə yazır:

Fatimənin
(ə) ölümünü və dəfn olunduğu yeri məxfi saxlamaq Əbu Bəkr və Ömərin ona
namaz qılmaması üçün olduğunu və seyid Mürtəzanın bütün dediklərini
təsdiq edirəm. Çünki bu hadisənin isbatı üçün çox sayda və ən səhih
hədislər mövcuddur. Həmçinin Fatimənin (ə) o iki Şeyxə (Əbu Bəkr və
Ömərə) olan qəzəb və narahatçılığı başqa deyimlərdən (əqval) daha
etibarlıdır.(Nəhcul bəlağənin şərhi c 16, s 170)

 

Şiə rəvayətlərinə görə həzrətin gecə dəfnn olması

Baxmayaraq
ki, Siddiqeyi Tahirənin (ə) bu vəziyyətinin səbəbi biz şiələr arasında
məlumdur, amma yenə də bir rəvayətə işarə edirik:



Mərhum Şeyx Səduq o həzrətin gecə dəfn olunması səbəbi haqda belə yazır:

Əli
ibni Əbu Həmzə imam Sadiqdən (ə) soruşdu: "Niyə Fatiməni (s.ə) gündüz
yox, gecə dəfn etdilər?" Buyurdu: Fatimə (s.ə) vəsiyyət etmişdi ki, onu
gecə dəfn etsinlər ki, Əbu Bəkr və Ömər onun cənazəsinə namaz
qılmasın.(Əssəduq, "İləluş-şəraye", c 1, s 185)



Mərhum Seyid Muhəmməd Musəvi Amuli (r.ə) deyir:

Fatimənin
(ə) məzarının gizli olmasının səbəbi uyğun və zidd rəvayətlərdə nəql
olunduğu kimi, o həzrətin imam Əliyə (ə) gecə ikən dəfn etməsini sifariş
etməsidir ki, ona əziyyət verən və atasının irsindən məhrum edənlər
cənazəsinə namaz qılmasınlar.(Mədarkul-əhkam fi şərhin şəraiul-islam, c
8,s 279)

 

Nəticə:

Mövcud
olan sənədlərə və əhli-sünnə böyüklərinin etirafına diqqət etdikdə belə
qənaətə gəlirik ki, o həzrətin gecə ikən dəfn olma vəsiyyətinin səbəbi
odur ki, ona zülm edənlər onun cənazəsinə namaz qılmasın və bu işlə
onların xilafəti qəsb etdiyini və onlara olan qəzəb və nifrətini əbədi
olaraq bildirsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!