Duaların qəbul olunması üçün zəruri olan şərtlər

Duaların qəbul olunması üçün zəruri olan şərtlər
Qadın və Din
10.09.2017 52
"Dua”
kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən
ümumi şəkildə "çağırmaq” nəzərdə tutulur. Termində isə, dua
Allah-taaladan hacət istəmək mənasınadır. Quranda "dua” və bu kökdən
alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.

Dua
bir növ ibadət olduğundan, sair ibadətlər kimi müəyyən (isbati və
inkari) şərtlərə malikdir. Belə ki, onlara riayət olunması insanın Allah
dərgahına yaxınlaşmasına və duasının qəbul olunmasına səbəb olur.
Duanın qəbul olunmasının mənası onun dərhal qəbul olunması və
nəticələrinin qısa müddət ərzində zahir olması deyildir. Buna görə də
bəzən qəbul olunmanın əsər-əlamətləri qırx ildən sonra zahir olur, yaxud
Allah-taala o duanın əvəzini axirətdə bir neçə qat artıqlaması ilə dua
edən şəxsə verir və dua edən şəxs onu müşahidə etməklə "kaş dünyada heç
bir hacətim və duam qəbul olunmayaydı!” - deyə arzu edər. Quran buyurur
ki, bəndənin Allaha dua etməsi - onun vəzifəsidir, belə ki, Allahdan
hacətini istəməmək Ona qarşı etinasız olmaq mənasını verər. Allah
buyurur: "Əgər sizin duanız olmasaydı, Allah sizə etina etməzdi”.

Duanın qəbul olmasının iki şərti vardır:

1. Dua etmək.

2. Xaliscəsinə Allahdan istəmək, başqasından deyil.

Bəzi dualar qəbul olmur və zahirən bunun səbəbi odur ki, duada bu şərtlərdən biri olmamışdır. Yəni
ya dua həqiqi deyildir, ya da dua edən Allahdan xaliscəsinə
istəməmişdir. Bəzən də dua qəbul olar və ancaq dua edən qafil olur.

Çünki qəbul olan duaların növləri vardır:

1. yerinə yetməsi təxirə düşən;

2. axirətdə yerinə yetən;

3. ehsana çevrilərək yerinə yetən.

Ona görə də duanın bu iki şərtinin həyata keçməsi üçün çalışmalıyıq. Xüsusilə
də duada ixlas olmalıdır. Əlbəttə bəzən Allah da böyüklüyünə görə
ixlası olmayan duaları da müsbət cavablandırar və yerinə yetirər.
Beləliklə bu iki məqalədən belə nəticə çıxartmaq olar ki, bəndənin duası
iki şərt olmadan qəbul olmaz. Birincisi onu Allahdan istəməlidir və
ikincisi isə onu səmimi qəlbdən istəməlidir, xaliscəsinə istəməlidir.
Yəni keyfiyyəti mühümdür. Duanın qəbul olmasına mane olan amilləri
aradan qaldırmalıdır ki, onlardan biri də günahdır. Bunu da yaddan
çıxartmaq lazım deyildir ki, bəzi duaların qəbul olması qiyamətə
saxlanılmışdır. Həmin günü bizə hədiyyə kimi təqdim ediləcəkdir.

Sonda isə bir cavan oğlanın rəvayətini diqqətinizə çatdırırıq:

 

Bir
cavan oğlan olur. Həmin oğlanın elm oxumağa çox marağı olur. Lakin o,
təhsil almaq üçün elmi hövzələrin birinə dəfələrlə imtahan versə də
daxil ola bilmir. Bir sözlə, nə qədər çalışsa da müvəffəq ola bilmir.
Zaman keçir, həmin oğlan yaşa dolur və dünyasını dəyişir. O, bir nəfərin
yuxusuna girir və yuxuda ona belə deyilir. "Dünyada ikən elmdə
müvəffəqiyyət əldə edə bilməyən oğlan burda böyük nüfuza malikdir. Belə
ki, cənnətin elə bir mərtəbəsi var ki, alimlər, üləmalar həmin cavan
oğlandan dərs almamış ora yüksələ bilmirlər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!