Dabbətul-ərz nə deməkdir?

Dabbətul-ərz nə deməkdir?
Qadın və Din
10.09.2017 37
"(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli
dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə
yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə
məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın.
Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının
xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsil həqiqəti və
ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır)". ("Nəml"
82).

Bu ayənin zahirindən belə başa düşmək olur ki, Allah dünyanın
sonlarına yaxın yerdən bir varlıq çıxardacaqdır (dabbətul-ərz) ki,
insanlarla söhbət etsin. Bu hadisə təfsirçilərin nəzərinə görə,
Qiyamətin əlamət və şərtlərindəndir. Bu ayədən sonrakı ayədə isə
insanların həşr olmasından söhbət açılır. Bütün insanların deyil, bəlkə
bir dəstə insanların. Əhli-beyt (ə) məktəbinin nəzərinə görə bu hadisə
rəcətə işarə edir, yəni kiçik Qiyamətə.

Çünki böyük Qiyamətdə bütün insanlar məhşur olacaqdır. İmam Sadiq (ə)
dabbətul-ərz hadisəsi ilə bağlı buyurur: "Bu hadisənin rəcətdə baş
verəcəyinin dəlili Allahın sözləridir: "(Yada sal), hər bir ümmətdən
Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün,
onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub
saxlanılar. Hazır olduqları zaman (Allah) buyurar: "Mənim nişanələrimi
onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə
edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?"". ("Nəml" 83-84).

Dabbətul-ərzin nə olduğu ilə bağlı bizə çatan hədisləri iki dəstəyə bölmək olar:

1. Əbu Zubeyr onu belə təsvir etmişdir: "Başı inək başı, gözü donuz
gözü, qulaqları fil qulağı, buynuzları maral buynuzu, boynu göyərçin
boynu, sinəsi dəvə sinəsi, rəngi bəbir rəngində, arxası pişik arxası,
quyruğu qoç quyruğu, əl və ayaqları dəvənin əl və ayağı kimidir və
əzələləri arasındakı fasilə 12 zirəhdir (6 metr)".

2. Əhli-beyt (ə) mənbələrinə əsasən Dabbətul-ərz ali məqamlı insandır
ki, hədislərin çoxunda ən ali insanın İmam Əli (ə) olduğu
vurğulanmışdır. İmam Sadiq (ə) buyurur: "İmam Əli (ə) məsciddə başının
altına bir qədər qum toplayıb yatmışdı. Peyğəmbər (s) ona çatan zaman
ayağı ilə hərəkət etdirib buyurdu: "Qalx, ey Dabbətul-ərz". Bir nəfər
soruşur ki, biz bir-birimizi də belə çağıra bilərikmi? Həzrət (s)
buyurur: Xeyr, Allaha and olsun ki, bu ad ona məxsusdur. O, həmin
Dabbədir ki, Allah Quranda buyurmuşdu". Sonra Nəml" surəsinin 82-ci
ayəsini oxuyur".

Ona görə də demək olar ki, Dabbətul-ərz o kəsdir ki, Allahın hüccətini
insanlara çatdırar. O kəs ki, Allahın hüccətini çatdırar, gərək insan
olsun. Əks halda bir çoxları etiraz edər ki, sən insan deyilsən və bizim
ehtiyaclarımızdan xəbərin yoxdur. Ona görədir ki, Allah peyğəmbərlərin
(ə) insanlardan olmasını istəmişdir.

Müxtəlif hədislərin nəql etdiyinə görə Dabbətul-ərz müqəddəs bir
varlıqdır və o, müqəddəs bir məkan olan Səfa dağından və ya Səfa ilə
Mərvə arasından xaric olacaqdır. Özü ilə Musanın (ə) əsasını və
Süleymanın (ə) üzüyünü gətirəcəkdir. Möminlərin üzünə pakların möhürünü,
kafirlərin üzünə isə napakların möhürünü vuraraq, onları bir-birindən
ayıracaqdır. Ona görə də bu varlığın heyvan olması qeyri-mümkündür. Əgər
heyvan insanların üzünə möhür vurarsa, bu İlahi ədalətə zidd olar.
Çünki bir heyvan möminə belə bir şey edə bilməz. Heyvanın dərəcəsi
insandan daha alçaqdır. Bu hərəkət mömini xar və zəlil edər.

Ona görə də hədislərimizin dili ilə desək, bu işi görən insan
olacaqdır və bu insanın İmam Əli (ə) olması ehtmalı daha çoxdur. Çünki
bu dünyada Peyğəmbərdən (s) sonra ondan üstün insan olmamışdır. İmam Əli
(ə) "Mübahilə" ayəsinə əsasən Həzrət Peyğəmbərin (s) nəfsi (özü) kimi
bu işi görə biləcəkdir.

İmam Əli (ə) özü buyurur: "Mən Dabbətul-ərzəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!