Allah Təala insanlara niyə vəd edir?

Allah Təala insanlara niyə vəd edir?
Qadın və Din
10.09.2017 32
Allah
insana niyə vədələr verir? İnsanın təbiəti belədir ki, bir işə meyli
olmasa, onu yerinə yetirməyəcəkdir. Ona görə də Allah bəşər övladına
ləzzətləri vədə verir ki, hərəkət etməsi üçün stimul olsun. Və ya onları
əzabı ilə qorxudur ki, pis işlərdən çəkinsin. İnsan öz məqamının nə
qədər uca olduğunu asanlıqla dərk etmir, amma bu vədələrin sayəsində
insanlığının nə qədər əhəmiyyətli olduğunu başa düşə bilir. (Tebyan)

Allah
Təala buyurur: "Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə
tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə)artıq (mükafat)
vardır". ("Yunus" 26).

Allahın verdiyi vədələr xitab etdiklərinin fərqli olduğu üçün onlar da
fərqlidir. "O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz
malını (Allah yolunda) verir. Və onun boynunda heç kəsin neməti və
minnəti də yoxdur ki, bu, onun mükafatı olsun, O, ancaq özünün ən uca
olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər). Və əlbəttə, o,
tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır". ("Ləyl"
18-21).

Allahın Quranda ən çox verdiyi vədələr.

Bağışlanma və böyük mükafat vədəsi. Allahın möminlərə verdiyi
vədələrdən biri bağışlanma və böyük mükafat və əcr vədəsidir."Allah iman
gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat
olacağını vəd etmişdir". ("Maidə" 9).

Məad və qiyamət vədəsi. Allahın Quranda ən çox verdiyi vədələr -
Qiyamət və məadla bağlı vədələrdir. "Sizin hamınızın dönüşü Ona
tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən
yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa
çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə
mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur". ("Yunus" 4).

Behişt və behişt nemətlərinin vədəsi. "İman gətirib yaxşı işlər
görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan cənnətlərə
daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi
haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!". ("Nisa" 122).

Cəhənnəm və əbədi əzab vədəsi. Allah insana behişt vədəsi verdiyi
kimi, əzab vədəsi də vermişdir. Buyurmuşdur ki, hər bir insanın əməli
qeydə alınır və ondan hesab çəkilir. "Və onların hamısının vədə yeri,
mütləq cəhənnəmdir". Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq)
üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi
vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların
bir dəstəsi bölünmüşdür". ("Hicr" 43-44).

Yer üzündə xəlifə olmaq vədəsi. Allahın möminlərə verdiyi vədələrdən
biri də yer üzündə hökmranlıq vədəsidir. "Allah sizdən (müsəlmanlardan)
iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq
özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin
möminlərini) canişin etdiyi kimi, yer üzündə (Öz) canişin(i) və hakim
edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün
bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və
vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir". ("Nur"
55).

Allah bu ayədə möminlərə vədə verir ki, tezliklə özləri kimi saleh bir
cəmiyyət quracaqdır ki, hökmranlığını ixtiyarlarında qoyacaqdır. Bu
cəmiyyətdə hər kəs azad şəkildə ibadət edəcək və münafiqlərdən və
kafirlərdən pak olacaqdır.

Küfrə görə əzab vədəsi. "Və küfr edən kəslərə daim etdiklərinin cəzası
olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında
nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf
çıxmaz". ("Rəd" 31).

Allah Təala bizləri xoş vədələrin ünvanı qərar versin, inşəallah.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!