Ölüm-doğuşun misilidir

Ölüm-doğuşun misilidir
Qadın və Din
10.09.2017 4
İnsan
həyatının ümumi silsiləsini göz önünə alsaq, ölümün də, sanki bir doğuş
mərhələsi kimi görə biləcəyik. Digər tərəfdən də, ölüm
nöqteyi-nəzərindən insanın doğumu da, öz növbəsində ana bətninə nisbətən
sanki ölüb getməyə bənzəyir, yəni ana bətnində bir müddət yaşayıb
qidalanaraq, artıq, vaxtı çatdıqda da oranı tərk edib özü üçün naməlum
bir aləmə köçməsidir.



Digər
tərəfdən də, bir ana bətnində iki uşaq (əkiz) olduğu halda və onlar
aylarla (ruhları verildikdən sonra 4-5 ay) bir yerdə yaşadıqları bir
halda, aylarla bir-birinə öyrəşdikləri bir halda, biri-digərindən əvvəl
doğulduğu təqdirdə, ikincisi üçün (yəni, hələ orada qalan üçün) sanki
«ölüb» bunu tərk etmiş kimi, sonra isə, özünün də «ölərək» ardınca onun
yeni aləminə köçməsi kimi qiymətləndirilir. Beləcə də, bütün insanlar
ayrılıb-görüşərək mərhələdən mərhələyə keçərək, nəhayət Qiyamət Günü
yenidən görüşəcək və axirətin mərhələləri çərçivəsində ya əbədiyyən
bir-birlərinə qovuşacaq, ya da əbədiyyən bir-birindən uzaqlaşacaqlar.

Beləliklə
də, istər doğum, istərsə də ölüm - sadəcə bir mərhələdən digər bir
mərhələyə keçməkdir, sadəcə təzə həyata başlanğıcdır, sadəcə ümumi
həyatın dalğalarında üzərək əbədi olan sonuncu mərhələyə doğru
irəliləməkdir.



Ölən
kəs, yalnız diri qalanların nəzərində ölərək bizim aramızdan,
həyatımızdan fiziki olaraq çıxır və ondan yalnız yaddaşımızda xatirələr
qalır. Lakin, onun ümumi həyatı davam edir. Bizim də borcumuz onun üçün
Allahdan rəhmət (əvf olunma və günahlarının bağışlanmasını) diləmək
olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!